Sirkə kasası

Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat. limbus acetabuli) əmələ gətirmiş olur. Beləliklə bud sümüyünün oynaq başı oynaq yuvasında — sirkə kasasında oturmuş və qeyd olunan qığırdaqla əhatələnmiş olur ki, bu da onun luksasiyasının (oynaqdan sürüşüb çıxmasının) qarşısını almış olur.

Sirkə kasası çuxuru,
Çanağın quruluşu
Çanağın quruluşu
Sirkə kasasını əmələ gətirən çanağın sümükləri (hüdudları mavi rənglə verilmişdir)
Sirkə kasasını əmələ gətirən çanağın sümükləri (hüdudları mavi rənglə verilmişdir)
Bitişir
MeSH Acetabulum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar