Siyasi Vəsiyyətim (alm. Bormann Vermerke) — Adolf Hitlerin 1945-ci il fevralın 4-dən aprelin 2-nə qədər olan müddətdə dostu Martin Bormana fasilələrlə yazdırdığı 18 qeyddən ibarət kitab.
Siyasi Vəsiyyətim | |
---|---|
alm. Bormann Vermerke | |
| |
Müəllif | Adolf Hitler |
Janr | Memuar |
Orijinalın dili | Almanca |
Ölkələr | Almaniya |
Tərcüməçi | Aysel Araz, Rəhim İmranov |
Rəssam | Firdovsi Səfərov |
Nəşriyyat | Turkkitab.Az (2017) |
Səhifə | 80 |
Tiraj | 1000 |
Adolf Hitler "Siyasi Vəsiyyətim" adı altında qələmə aldığı kiçik həcmli bu əsərini müharibənin sonlarına yaxın sığınacaqda yazdığı ehtimal olunur. 1952-1953-cü illərdə Avropanın bir çox ölkələrində "Bormann Vermerke" (Bormanın qeydləri) adı altında nəşr olunan kitab, Hitlerin 1945-ci il fevralın 4-dən aprelin 2-nə qədər olan müddətdə ən etibarlı yoldaşı Martin Bormana fasilələrlə yazdırdığı 18 qeyddən ibarətdir.
Kitab Aysel Araz və Rəhim İmranov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Aysel Arazın redaktorluğu, Firdovsi Səfərovun dizayner və rəssamlığı ilə Seymur Həsənli tərəfindən nəşrə hazırlanmış, dekabr 2017-ci ildə Turkkitab.Az tərəfindən Ankarada Bizim Büro Mətbəədə 1000 tirajla 80 səhifədə ilk dəfə nəşr edilib.