Martin Borman

Martin Borman (alm. Martin Bormann‎, 17 iyun 1900[1][2][…] və ya 17 iyul 1900, Halberştadt[d], Saksoniya-Anhalt[5]2 may 1945[3][4][…], Berlin[5]) — Almaniyanın siyasi və dövlət xadimi.

Martin Borman
Martin Bormann
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyun 1900(1900-06-17)[1][2][…] və ya 17 iyul 1900(1900-07-17)
Doğum yeri
Vəfat tarixi 2 may 1945(1945-05-02)[3][4][…] (45 yaşında)
Vəfat yeri
Vəfat səbəbi zəhərlənmə, Həddindən artıq doza[d]
Dəfn yeri
Vətəndaşlığı
Uşağı 10
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Qoşun növü Vermaxt
Rütbəsi əsgər[5]
Döyüşlər
Təltifləri Golden Party Badge Blood Order NSDAP Long Service Award
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Martin Borman 1900-cü ildə kiçik poçt xidmətçisi Teodor Bormanın ailəsində anadan olub. O, hələ uşaq ikən atası vəfat edir və anası bank direktoru Albert Vollborna ərə gedir. Bundan bir müddət sonra Borman məktəbi yarımçıq buraxaraq Meklenburqdakı fermalardan birində işləməyə başlayır. 1918-ci ilin yayında ordu sıralarına çağırılır və I Dünya müharibəsində iştirak edir. Ordudan tərxis olunduqdan sonra kənd təsərrüfatı üzrə xüsusi kursda təhsil alır. Kursda təhsil aldığı illərdə Almaniya gənclərini özündə birləşdirən Almaniya Milli Xalq Partiyasına üzv olur. Bir müddət kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Həmin dövrdə o, leytenant Q. Rossbaxın rəhbərlik etdiyi könüllülər korpusunun fəaliyyətində iştirak edir. Bu qurumun fəaliyyəti qadağan edilir, ancaq onun üzvləri bu dəfə kənd təsərrüfatını öyrənənlər ittifaqı yaradırlar. Qurumun maliyyə işləri isə Bormana tapşırılır. 1923-cü ildə o, gələcəkdə Almaniyanın rəhbərlərindən biri olacaq Rudolf Hess ilə birlikdə dostları Albert Şlaqeteri fransızlara satmaqda şübhələndikləri kənd müəllimi Valter Kadovu öldürürlər. Hessə 10 il iş verirlər, ancaq Bormanın bu işdə birbaşa iştirak etməsini sübuta yetirmək olmur və 11 aylıq həbsdən sonra onu azadlığa buraxırlar.

1925-ci ildə o, partiya sıralarını tərk edərək Turingiyaya gəlir və burada Adolf Hitleri dəstəkləyən "Frontbann" yerli qurumuna daxil olur. Bir il sonra o, Turingiya qauleyterinin köməkçisi təyin edilir və eyni zamanda "Nasional sosialist" qəzeti redaktorunun yardımçısi işləməyə başlayır. 1927-ci ildə Almaniya Sosial Demokrat Partiyasına daxil olur. 1928-ci ildə isə Almaniya Ali Komandanlığının Baş qərargahında xidmət edir. 1929-cu ildə üzvü olduğu partiyanın istintaq-arbitraj komitəsi sədrinin qızı Herta Bux ilə ailə həyatı qurur. Nikah mərasimində şahid qismində şəxsən Adolf Hitler və Rudolf Hess iştirak edirlər. Bormana nasist partiyasının maliyyə işlərinə rəhbərlik etməyi tapşırırlar. Bu vəzifədə o, Almaniyanın məşhur maqnatlarını öz tərəfinə çəkə və onları Hitlerə maliyyə yardımları göstərməyə razı sala bilir. Maliyyə maqnatlarının Hitlerə yardım göstərməsi isə sonuncunun hakimiyyətə gəlməsi prosesini sürətləndirir. Hitler hakimiyyətə gəldikdən sonra o, fürerin I müavini Rudolf Hessin sağ əlinə çevrilir və partiya qərargahına rəhbərlik etməyə başlayır. Borman eyni zamanda parlamentin (reyxstaq) deputatı seçilir. 1934–1936-cı illərdə partiyanın daxilində aparılan təmizləmə əməliyyatlarında şəxsən iştirak edir. 1936-cı ildən başlayaraq, Borman sanki Hitlerin kölgəsinə çevrilir və o hara getsə onun yanında olur. 1938-ci ildə isə o, fürerin şəxsi göstərişi ilə partiyanın kadr siyasətinə rəhbərlik edir.

Borman əsl aparat rəhbəri idi və Hitlerə hər hansı bir olay haqqında olduqca dəqiq və aydın məlumat verirdi. Bu məlumatlar o qədər inandırıcı olurdu ki, Hitler düşünmədən Bormanın arzuladığı qərarı qəbul edirdi. Çox az hallarda Hitlerin Bormanla fikirləri üst-üstə düşmürdü və belə hallarda sonuncu öz şefi ilə mübahisəyə girmədən onun qəbul etdiyi qərarları dəqiqliklə yerinə yetirirdi. Bir sözlə, Borman qısa müddətdə Almaniyanın ikinci adamına çevrilə bilmişdi. Hessin İngiltərəyə gözlənilməz uçuşundan və orada həbs edilməsindən sonra tədricən onun vəzifələri də Bormanın əlinə keçdi. 1942-ci ildə Adolf Hitlerin şəxsi köməkçisi təyin edildi və ondan sonra rəsmi şəkildə Almaniyanın ikinci adamı oldu. SSRİ ilə müharibə dövründə Borman Alfred Rozenberqin bəzi xalqlara muxtariyyət verilməsi planına və əsirlərdən Rusiya azadlıq ordusunun yaradılması planına qarşı çıxdı. Bununla belə, o, Rusiyanın almanlaşdırılması ideyasını ortaya atdı. Bu plana əsasən, Almaniya müharibədə qalib gələcəyi təqdirdə, rusların bir hissəsi məhv ediləcək, digər hissəsi isə Sibirə köçürüləcəkdi. Onların boş qalan yerlərinə isə almanlar yerləşdiriləcəkdi. Bu plan əslində rusların vaxtilə tatarlara, noqaylara və Qızıl Ordaya münasibətdə həyata keçirdikləri etnik təmizləmə ssenarisinin onların özlərinə qarşı tətbiqi anlamına gəlirdi. 1943-cü ildə artıq müharibədə qalib gəlməyə ümidini itirməyə başlayan Hitler ölkəni xilas etmək məqsədilə öz yanında "Üçlər komitəsi"ni yaratdı. Bu komitəyə Borman, İmperiya Dəftərxanasının rəhbəri Henrix Lammers və Almaniya Silahlı Qüvvələrinin komandanı Vilhelm Keytel daxil oldular. "Üçlər komitəsi"ndə əslində hakimiyyət əvvəlki kimi Bormanın əlində idi. O, komitə adından Hitlerə mühüm məlumatları çatdırırdı.

1944-cü ildə Almaniyanın müharibədə məğlub olacağı artıq sadə almanların özlərinə belə məlum idi. Belə bir vəziyyətdə Borman 1944-cü il, avqustun 10-da alman maqnatlarını Strasburqdakı "Mezon ruj" mehmanxanasına müşavirəyə topladı. Müşavirədə almanların maliyyə vəsaitlərinin xaricə çıxarılması və gələcəkdə bu vəsaitdən yenidən ölkənin dirçəldilməsi üçün istifadə edilməsi qərara alındı.

1945-ci ilin əvvəllərində Almaniyanı idarə edənlər müharibədə məğlub olmaqdan yaxa qurtara bilməyəcəklərini anlayaraq, öz canlarını necə xilas etmək barədə düşünməyə başladılar. O vaxt nasist rəhbərlərin ölkəni necə tərk etməsi və haraya getməsi barədə xüsusi plan hazırlandığı barədə müxtəlif ehtimallar mövcuddur. Buna baxmayaraq, faşist Almaniyasının yüksəksəviyyəli rəsmiləri, o cümlədən Borman Berlini tərk etməmişdilər. Bəlkə də onlar son ana kimi məğlubiyyətdən yaxa qurtara biləcəklərinə ümid edirdilər… Həmin dövrdə həmişəki kimi, Borman Hitlerin yanından ayrılmırdı. 1945-ci il aprelin sonlarında, ölümündən bir az əvvəl Hitler Bormanı reyxsministr elan etdi. Hitlerin intihar etməsindən sonra 1945-ci il, may ayının 1-də Borman yeni reyxskansler Yosef Göbbels, Quru Qoşunları komandanı Hans Krebslə birlikdə yeni reyxsprezident Karl Denitsin adından Sovet komandanlığı ilə danışıqlar aparmağa cəhd etdilər. Ancaq bu danışıqlar uğursuzluğa düçar oldu. Bunu görən Göbbels özünü öldürdü. Onun ölümündən sonra Borman Vilhelm Monkenin komandanlıq etdiyi xüsusi təyinatlı qrupun rəhbərliyi altında mühasirədən çıxaraq qaçmaq qərarına gəlir. May ayının 1-dən 2-nə keçən gecə Borman gizləndiyi bunkeri tərk edərək, qərb istiqamətinə yola düşür. Sonralar şahidlərin dediklərinə görə, o mərmi qəlpəsindən həlak olur.

Ancaq onun meyitini tapmaq mümkün olmur. Ona görə də Bormanın qaçaraq gizləndiyi ehtimal edilir. Bu iddia ilə də Borman 1945-ci ildə nasist cinayətkar kimi qiyabi şəkildə Nürnberq Hərbi Məhkəməsinə cəlb edilir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Martin Bormann // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Martin Bormann // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Bibliothèque nationale de France Martin Bormann // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #118513583 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. Find a Grave (ing.). 1996.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]