Siyavuş Dirəxti

Siyavuş Dirəxti (ing. Siavosh Derakhti, azərb. Siyavuş Dirəxti‎ ) (d.3 iyul, 1991-ci il) — İsveç sosial fəalı, Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər Dərnəyinin qurucusu. 2016-cı ildə Dirəxtinin adı Forbes jurnalında 30 yaşınadək şəxslər arasında 30 nüfuzlu liderlərin siyahısına daxil edilib.[1] Onun xarici düşmənçiliyi və ksenofobiyanı aradan qaldırmaq üçün göstərdiyi fəallığı nəzərə alaraq İsveç hökuməti 2013-cü ildə ona İkinci Dünya Müharibəsi zamanı almanların ölüm düşərgələrindən minlərlə yəhudini qurtaran isveç diplomatın şərəfinə adlandırılan Raul Vollenberq mükafatını təqdim etdi. Seçki komitəsi Dirəxtinin öz məmləkəti Malmödə və bütün İsveç ərazisində “müsbət nümunə” olduğunu qeyd etdi. Mükafatı təqdim edən Vollenberq mükafatının komitə heyəti bildirdi ki, “O, öz hərəkətləri və fəaliyyətləri ilə bir şəxsin cəmiyyət daxilində yarada biləcəyi dəyişiklikləri nümayiş etdirdi və bu səbəbdən də əksər gənclər üçün əls nümunəyə çevrildi”.[2] 2012-ci il noyabr ayının 8-də Antisemitizm əleyhinə İsveç Komitəsi Dirəxtiyə ilk dəfə komitə üzvü Henrik Frenkelin valideynlərinin xatirəsinə gənclərin İsveçdə anti-semitizminə qarşı mübarizəyə ictimai medianı daxil etməsinə təşviq etməsi üçün təsis edilmiş Elza mükafatını bağışladı.[3]

Siyavuş Dirəxti
ing. Siavosh Derakhti, azərb. Siyavuş Dirəxti
Siyavuş Dirəxti
Siyavuş Dirəxti
Doğum tarixi (33 yaş)
Milliyyəti Azərbaycanlı
Tanınır Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər Hərakatının qurucusu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

İsveçdə güney azərbaycanlı immiqrant valideynlərin ailəsində doğulub.[4] Dirəxtinin azərbaycanlı ailəsi daha asan və təhlükəsiz bir ərazidə yaşamaq üçün İraqla müharibə zamanı İrandan Skandinaviyaya qaçıb. Atasının mikrobioloq və anasının iqtisadiyyat üzrə məzun olmasına baxmayaraq, ilk vaxtlar qaçqın kimi iş tapa bilməyib. Özü yazır ki, “Mənim validenylərim diktaturadan qaçmışdılar, buna görə də onların uşaqları dinc mühitdə demokrtiya şəraitində yaşaya bilərdi”.[5] 7 yaşı olarkən, onun biri yəhudi, digəri isə Romadan olan iki yaxın dostu vardı və Dirəxti onları zorakılıq və ayrı-seçkilikdən qorumağı öyrəndi. Onun atası İranda azərbaycanlı olduğu üçün ayrı-seçkiliyə məruz qaldığını xatırlayır. Oğluna ayrı-seçkilik və təqibin pisliyi barədə öyrətmək səylərinin bir hissəsi kimi, Dirəxtinin atası onu 13 yaşı olarkən Berqen-Belsenə, 15 yaşı olarkən isə Auşvitz həbs düşərgəsinə apardı.

Faktorizm və ksenofobiyaya qarşı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Onun ksenofobiya əleyhinə fəaliyyəti Malmö Latınskola Ali Məktəbində oxuyarkən məktəb layihəsi kimi başladı və konslaqerlərə sinif səfərləri təşkil etdi. Maliyyə vəsaitinin təmin olunması üçün təhsil şöbəsinə özü getdi. Nəhayət, 27 şagirdi özü ilə Auşvitz hərbi düşərgəsinə aparmağı bacardı və burada sinif yoldaşlarının əksəriyyəti gördükləri mənzərə qarşısında göz yaşlarını saxlaya bilmədi. “Mən istəyirdim ki, Malmödə müsəlmanlar və yəhudilər arasında körpü qırım, çünki antisemitizm bu şəhərin problemi idi və bundan sonra bu barədə danışmaq üçün nə qədər böyük ehtiyac olduğunu anladım. İndi ksenofobiyanın bütün növlərinə qarşı mübarizə aparıram”. 2010-cu ildə 19 yaşı olarkən Dirəxti hazırda Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər Hərakatı kimi tanınan “Anti-semitizm əleyhinə Gənc Müsəlmanlar” təşkilatını yaratdı.[6] Sia adıyla Dirəxti İsveçin və dünyanın müxtəlif bölgələrinə səyahətlər edərək məktəblərdə, biznes və ictimai təşkialtlarda “bütün insanlara qarşı ədalət” mövzusunda təqdimatlar edir. Onun komandası gənc sülh səfirləri üçün bir proqrama başlamışdır, belə ki, onlar konsentrasiya düşərgələrinə səfərlər təşkil etmiş və gənclər üçün əməkdaşlıq və dəyərlərə dair təlimlər keçirilmişdir.[7] Antisemitizmlə mübarizə ilə yanaşı təşkilat İslamofobiya, Antiziqanizm hissi və homofobiya ilə mübarizə aparmaq niyyətindədir, lakin Dirəxti təşkilatın əsas diqqət mərkəzini eyni zamanda bir məsələ ilə mübarizə aparmağa yönəldir.[8]

İlk dəfə 2013-cü ildə Raul Vollenberq mükafatına “Uşaq və gənclər arasında xarici düşmənçilik, intolerantlıq və bütün insanlara bərabər yanaşmaqla bağlı maarifçiliyi artırmaq üçün çalışan bir insan" kimi layiq görüldüyü zaman Siyavuş Dirəxti Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər Hərakatındakı fəaliyyətinə görə 100 000 avro pul mükafatı və şərəf medalı qazanmışdır. Mükafat nəticəsində, Dirəxti Barak Obamanın 2013-cü ildə Stokholm Böyük Sinaqoquna səfəri zamanı onunla tanış olmaq şansı qazansı və Abş prezidenti onu bu fəaliyyətinə görə təbrik etdi.[9]

Washington Post jurnalı yazırdı ki, İsveç müsəlman miqrantların artan əhalisinə ev sahibliyi edir və bu miqrantların bəziləri İsveçin yəhudi icmasına qarşı düşmənçilik mövqeyi nümayiş etdirir. Lakin İslam araşdırmaları mütəxəssisi Eli Qondor hesab edir ki, ərəb dünyasından gələn çox sayda immiqrantın öz ölkələrindəki Anti-semitik təbliğatla yanaşı İsrailə qarşı da düşmənçilik münasibəti göstərirlər. Dirəxti qeyd edir ki, "Bunlar İsveç dəyərləri deyil. Və əgər onlar İsveçdə yaşamaq istəyirlərsə, buraya uyğunlaşmalıdırlar ". O, hesab edir ki, gələn immiqrantlar üçün məhdudiyyətlər qoyulmalıdır və gəldikləri ölkələrdəki dəyərlərə hörmət üçün onları təşviq etmək vacibdir."[10]

2015-ci ildə Dirəxti Obama administrasiyası, Milli Təhlükəsizlik Şurasının və Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə görüşmək üçün Vaşinqtona dəvət olundu. Həmin ziyarət zamanı Dirəxti eyni adlı qrupun verdiyi anti-semitizmə qarşı İnsan Hüquqları Birinci mükafatını qəbul etmək üçün iştirak edən üç aktivistdən biri idi.[11]

2017-ci ildə, o, özünə qarşı bir sıra şəxslərdən aldığı ölüm təhdidləri ilə bağlı polisə şikayət etdi. Bu insanların içərisində İsveç fələstinliləri də vardı.[12]

Siyavuş Dirəxti Almaniyanın "WRT" kanalına müsahibə verib. Müsahibəsində Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin qurultayı və qurultayla bağlı öz təəssüratlarını bölüşüb. Azərbaycanın multikulturalizm və tolernt ölkə olduğunu bildirib. Azərbaycanda keçirilən nüfuzlu idman tədbirləri haqqında alman izləyicilərin sullarını cavablandırıb.

  1. 30 Under 30: Siavosh Derakhti 24 Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine Forbes Magazine, 2016
  2. Siavosh Derakhti, a young Muslim, defends Jews and others targeted by hate crimes Arxivləşdirilib 2022-02-10 at the Wayback Machine The Christian Science Monitor, 15 November 2013
  3. Machzorim for Lund: A Ray of Hope Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine The Baltimore Jewish Times, 14 July 2013
  4. Sabiq DAK sədrinin oğlu Obama ilə görüşüb
  5. In tense Swedish city, young Muslim crusades against anti-Semitism Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine The Times of Israel, 8 January 2013
  6. Siavosh Derakhti from Malmö collected first Raoul Wallenberg Award Arxivləşdirilib 2014-03-03 at the Wayback Machine The Government of Sweden, 28 August 2013
  7. Siavosh brings young people together against racism Arxivləşdirilib 2015-04-13 at Archive.today European Youth Portal, 24 March 2015
  8. Muslims, Jews and Anti-Semitism in Sweden: Pt. 2 Siavosh Derakhti Arxivləşdirilib 2015-04-13 at Archive.today Jewschool, 6 April 2015
  9. A Muslim Champion in the Fight Against Anti-Semitism Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine The Jewish Daily Forward, 10 April 2015
  10. Rising anti-Semitism challenges Sweden’s proud and tolerant self-image Arxivləşdirilib 2019-01-04 at the Wayback Machine The Washington Post, 4 March 2015
  11. Jewish, Muslim activist trio in DC to counter anti-Semitism Arxivləşdirilib 2017-08-02 at the Wayback Machine The Times of Israel, October 21, 2015
  12. "Malmöprofilen dödshotas för sitt arbete mot antisemitism". Expressen (isveç). 2017-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-17.