Skinhedlər

Skinhedlər

Skinhedlər, slenq. skinlər (ing. skinheads və ya skin — dəri və head — baş) — gənclərdən ibarət submədəniyyətin toplum adı.

Skinhedlər haqqında ilk məlumatlara hələ 1960-cı illərdə İngiltərə musiqisində və mətbuatında rast gəlmək olar. Bu submədəniyyətin ilk adlarından biri "Hard Mods" idi. Keçən əsrin 60-cı illərinin skinhedləri başqa bir submədəniyyət olan modlaraYamaykanın rudboylarına çox bənzəyirdilər. Müasir Oi!pank musiqi üslubları o zaman hələ mövcud deyildi. İlk modların və skinhedlərin ən sevdiyi musiqi əvvəlcə skasoul, sonralar isə rokstedireggi olmuşdur.

Submədəniyyət elə yarandığı müddətdən tamamilə apolitik idi. Burada nə solçu, nə də sağçı siyasi baxışlar üstünlük təşkil edirdi.

Xarici görünüş

[redaktə | mənbəni redaktə et]
Dr. Martens çəkmələri və Levi’s cinsləri

Skinhedlərin xarici görünüşü modların geyim üslubunu təkrarlayır: Fred PerryBen Sherman polo və sviterləri, Levi's cinsləri Crombie klassik paltosu və Dr. Martens çəkmələri. Bundan başqa ayrı-ayrı skinhed mədəniyyətlərinin də bir sıra fərqlənən geyim üslubları mövcuddur.

Əsas geyimə həmçinin dama-dama köynəklər, cins gödəkcələr və nazik çiyinbağıları[1] da daxil idi. Modların uzun gödəkcələri isə əksinə, tamamilə yoxa çıxmışdı.

Bu üslub "boots and braces" (çəkmə və çiyinbağı) adlandırılmışdı. Belə xarici görünüş 60-cı illərdə yamaykalı ska və reggi ifaçısı Lorel Eytkenin və Symarip reggi-qrupun 1969-cu ildə yazılmış "Skinhead Jamboree" və "Skinhead Girl" mahnılarında öz əksini tapmışdı.

Slade qrupu skinhedlərin 1-ci dalğası dönəminin öz xarici görünüşlərində istifadə edirdilər. Sonralar Slade bu görünüşdən imtina etdi.

Bu görünüş daha çox futbol tribunalarında peyda olur. Reportyor Yan Uolker 1968-ci ilin futbol matçında bir qrup skinhedi belə təsvir edirdi:

Onların hamısı Levi’s ağardılmış şalvarlarını, Dr. Martens çəkmələrini geyinmişdilər, boyunlarına isə qalstuk şəklində bağlanmış qısa şarf taxmışdılar. Onların hamısının saçları qısa kəsilmişdi

70-ci illər üsluba çox böyük dəyişiklik gətirməmişdi. Xarici görünüşün elementləri 1982-ci ildə çap edilmiş Nik Naytın "Skinhead"[2] kitabında xarakterizə edilmişdi.

Yamayka musiqisi İngiltərədə 1960-cı ildə mühacirlər tərəfindən yayılmağa başlamışdı. Sonralar bunlardan bəziləri öz leyblərini yaratmışdılar (Island Records, Pama Records v.b.)

Skinhed hərəkatının müxtəlif istiqamətləri

[redaktə | mənbəni redaktə et]
Almaniyadan olan MS Skinhed

Müasir dövrdə özlərini "skinhed" adlandıran gənclər bir neçə qrupa bölünürlər:

  • Ənənəvi skinhedlər — ilkin submədəniyyətdən propolitik şaxələnmənin reaksiyası olaraq yaranıb. Birinci skinhed mədəniyyətinin davamçılarıdırlar — fədakarlıqla submədəniyyətə sədaqət, öz köklərinə bağlılıq (ailə, fəhlə sinfi), apolitiklik nümayiş etdirirlər. Qeyri-rəsmi şüarları — "Remember the Spirit of 69". Ənənəvi skinhedlər ska və reggi musiqisinə yaxından bağlıdırlar.
  • Hardkor-skinhedlər — Oi! və ska musiqisi ilə deyil, daha çox Hardkor-pank-səhnəsi ilə assosiasiya olunmuş və şaxələnmiş qrupdur. Hardkor-skinhedlər hardkor-pankın birinci dalğasının nəticəsində yayılmağa başlamışlar.
  • MS skinhedlər (və ya milli sosialist skinhedlər) — İngiltərədə 1970-ci illərdə yaranmışdır. Millətçilik və rasizm idealogiyalarını dəstəkləyirlər. Onların bəziləri irqi-separatizmağdərili irqinin üstünlüyü idealogiyasının tərəfdarlarıdırlar. Rasizm ilkin skiner hərəkatının ruhuna zidd olduğundan, submədəniyyətin digər üzvləri onları bonhed (bonehead — kəlləbaşlar) adlandırırlar.
  • R. A. S. H. — "Qırmızılar" və anarxo-skinhedlər. Onlar doğma fəhlə sinfindən miras qalmış sosializm, kommunizm və anarxizm ideyalarını mənimsəmişlər. RASH prosiyasi hərəkatdır.

Skinhed mövzusunda bir sıra film çəkilmişdir:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]