Skoletsit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Skoletsit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
CaAl₂Si₃O₁₀ * 3H₂O |
Strunz təsnifatı | VIII/F.10[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Rəng – rəngsiz, ağ, boz, qəhvəyi, sarı, çəhrayı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,1-2,4; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə tam mükəmməl; İkiləşmə: Morfologiya – kristallar: iynəvari, sap şəkilli;{100} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: radial-şualı, dərz şəkilli, lifli əmələgəlmələr, druzalar, sferolitlər.
Vulkanogen əmələgəlmələrdə geniş inkişaf etmişdir, çox vaxt bazaltlarda badamcıq və jeodalar şəklində rast gəlir. Mineralın böyük yığınları fəal vulkanizm vilayətlərində müəyyən edilmiş və hidrotermal-metasomatik dəyişilmələrə (propilitləşmə) məruz qalmış bazalt, riolit tufları və b. süxurlarda qeyd edilmişdir. Skoletsitə həmçinin qabbro və dioritlərin çatlarında, nefelinli siyenit peqmatitlərində, mergellə fonolitlərin kontakt zonalarında rast gəlinir. Birlikdə rast gəldiyi minerallar: kalsit, nefelin, tomsonit, mezolit və b. Mineralın tapıldığı yerlər: Puna (Hindistan); Vişnyovıye dağları, Şimali Qafqaz (Rusiya); Teyqarhorn (İslandiya); Teybl dağları (ABŞ). Azərbaycanda skoletsitin tapıldığı yerlər çoxdur: Dağlıq Talış, Qazax və Ağcakənd çökəklikləri, Daşkəsən, Göy-Göl, Ordubad, Culfa, Şahbuz rayonları və b.