Skopoliya

Skopoliya (lat. Scopolia)[1] - quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.[2]

Skopoliya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yeganə Scopolia carniolica Jacq. növü var.

Skopoliya - (Scopolia jacq) — quş üzümü fəsiləsinə aid olan zəhərli ot bitkisidir. Bitkini çax vaxt səhvən mandiraqora adlandırılar. Kökümsoyu horizontal, ətli düyünvari, bəzi yerlərində keçənilki budaqlara bərkiyərək çox da dərin olmayan nahiyyədə qalır.

Kökümsoy hissəsindən bir neçə sulu gövdələr çıxır ki, yabanı növlərində onun hündürlüyü 20-50 sm, becərilən növündə isə 100 sm-ə çatır.

Yarpqaları bütöv kənarlı, yumurtavari, ucu biz formasında, gödək qıraqlıdır. Gövdəsinin aşağı qurtaracaq hissəsində yarpaq əvəzi pulcuqlar olur ki, bu da çiçəkləyəndən sonra tökülür.

Çiçəkləri tək-tək başıaşağı vəziyyətdə olub, uzun çiçək və uzun saplaqlı, zınqrov formalı, beş dişicikli, beş erkəkciklidir. Çiçək gövdə üzərindəki cüt yarpaqların arasından çıxır. Tacı xarici tərəfdən qonur, tünd mavi, daxili hissədən isə tünd yasəməni, zoğu sarımtıl, qonur rəngdədir.

Meyvəsi asıla bilən iki yuvalı qutucuqdur. Yetişən dövrdə yarpaqları açılır. Aprel-may aylarında çiçəkləyir.

Yayıldığı areal

[redaktə | mənbəni redaktə et]

Skopoliya Cənubi Alp dağlarına mənsub olan və Moldova, Karpat və Şimali Qafqazın çürüntü ilə zəngin olan yumşaq torpaqlı və iri yarpaqlı qarışıq meşələrin kölgəliklərində yetişir. Əsasən, Krasnodar vilayətində tədarük olunur. Skopoliya dekarativ bitki kimi bağ və parklarda yetişdirilir.

  • Scopolia japonica - Yapon skopoliyası
  • Scopolia lutescens
  • Scopolia parviflora
  • Scopolia tangutica - Tanqut skopoliyası
  • Scopolia carniolica — Karnioliya skopoliyası [3]
  • Доброчаева Д. Н., Котов М. И., Прокудин Ю. М. и др. Определитель высших растений Украины. — Киев: Наукова думка, 1987. — С. 281. — 548 с.
  • Sabir Tağıyev. Bitkilərin müalicəvi və toksinoloji əhəmiyyəti. Möcüzəli bitkilər. Bakı, 2009, səh.57-59
  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Доброчаева Д. Н., Котов М. И., Прокудин Ю. М. и др. Определитель высших растений Украины. http://herba.msu.ru/shipunov/school/books/opred_vyssh_rast_ukr1987.djvu Arxivləşdirilib 2014-01-07 at the Wayback Machine. Киев, 1987

Skopoliya:The Plant List saytında takson barədə məlumat. (ing.)