Skotiya plitəsi — okeanik plitə olaraq şimaldan Cənubi Amerika plitəsi, şərqdən Sandviç mikroplitəsi, cənubdan və qərbdən Antarktika plitəsi ilə əhatələnir. Sahəsi — 0,0419 steradian. Bəzən Sandviç mikroplitəsi ilə birlikdə götürülür.
Antarktika plitəsi ilə qərb sərhəd zəif öyrənilmişdir. Karib plitəsinin təsiri ilə şimal və cənub istiqamətdən təzyiqə məruz qalır.
Bəzi mənbələrdə Dreyk plitəsi olaraq adlandırılır.