Somali plitəsi

Somali plitəsi

Somali plitəsi — tektonik plitə. Sahəsi — 0,01585 steradian. adədən Afrika plitəsinin tərkib hissəsi olaraq göstərilir.

Somali plitəsi afrika plitəsinin şərqində, Böyük Rift Dərəsi boyunca yerləşir. Böyük Rift Dərəsi qarşı tərəfində yerləşən sahəsi isə bəzən Nubiya plitəsi adlandırılır. Bu iki plitə hər zaman Afrioka plitəsinin bir parçası hesab edilir.

Somali plitəsi qərbdə Böyük Rift dərəsi, araf novu, şimalda Ədən silsiləsi, şərqdə Mərkəzi Hind silsiləsi, cənubda isə Qərbi-Hind silsiləsi ilə əhatələnir. İl ərzində şərqə 45 mm hərəkət edir.

Sərhəd olduğu plitələr: Afrika, Antarktika, Hind-Avstraliya, Ərəbistan.