Afrika plitəsi

Afrika plitəsiAfrika qitəsini və bu qitəylə ətrafdakı okean dağ silsilələri arasındakı okeanik qabığı əhatə edən tektonik plitə. Plitənin qərb hissəsi şimal tərəfdə Şimali Amerika plitəsi və cənuba doğru Cənubi Amerika plitəsi ilə divergent sərhədlərə malikdir. Afrika plitəsi şimal-şərqdən Ərəb plitəsi ilə, cənub-şərqdən Hind-Avstraliya plitəsi ilə, şimaldan Avrasiya və Anatol plitələri ilə, cənubdan isə Antarktika plitəsi ilə sərhədlənir. Bütün bu sərhədlər Avrasiya plitəsi istisna olmaqla divergent və ya genişlənən sərhədlərdir. Afrika plitəsi bir neçə qədim platformadan, kökü subkontinental litosferik mantiyada olan qədim qabığın sabit bloklarından və daha az sabit lövhələrdən (hansı ki 550 milyon il öncə Afrika qitəsini əmələ gətirmək üçün bir araya gəlmişdilər) ibarədir. Qədim platformalar bunlardır (cənubdan şimala doğru): Kalaxari qədim platforması, Konqo qədim platforması, Tanzaniya qədim platforması və Qərbi Afrika qədim platforması. Qədim platformalar qədimdə bir-birlərindən xeyli arada olsalar da, Pan-Afrikan dağəmələgəlməsi zamanı birləşiblər və Qondvana ayrıldıqda bir yerdə qalıblar. Qədim platformalar orogenik kəmərlərlə birləşirlər. Saxara metaqədim platformsı təxmini olaraq subkontinental litosferik mantiyadan ayrılmış qədim platformanın qalığı kimi qəbul edilir. Bəzi ərazilərdə qədim platformalar çökəklərlə əhatə olunub. Məsələn, Tindulf çökəkliyi, Taudeni çökəkliyi və Konqo çökəkliyi, hansı ki, burada altda yatan arxaik qabığın üzəri nisbətən yeni neoproterozoik təbəqə ilə örtülüb. Plitə keçmişdə qabığın iki hissəsinin əks-istiqamətlərdə hərəkət etdiyi (Mərkəzi Afrika zonası) və qabıqların bir-birindən ayrılması nəticəsində yaranan çökəkliklərdə müasir çöküntülərin əmələ gəldiyi zonalara da sahibdir. Afrika plitəsi şərqdə Şərqi Afrika rifti boyunca hərəkətdədir. Bu rift zonası Nubiya plitəsini və Somali plitəsini ayırır. Bir hipotezis Afar bölgəsinin altındakı mantiya axınlarını irəli sürür, başqa bir fikrə görə isə rift Afrika plitəsinin ən zəif nöqtəsində baş verir, belə ki, Afrika plitəsinin şərq hissəsi şimala doğru hərəkət edir. Afrika plitəsinin sürəti təxminən 2.15 sm/il hesab olunur. Bu plitə son 100 milyon il ərzində ümumilikdə şimal istiqamətində hərəkət edir. Bu isə onu Avrasiya plitəsinə yaxınlaşdırır və okeanik və kontinental qabığın birləşdiyi ərazilərdə subduksiyaya səbəb olur (məsələn, Aralıq dənizinin bəzi mərkəzi və şərqi hissələri). Qərbi Aralıq dənizində Avrasiya və Afrika plitələrinin nisbi hərəkəti itələmə və təzyiq qüvvələrinin kombinasiyasını əmələ gətirir. Şimal hissədə isə Afrika plitəsi Qırmızı dəniz rifi ilə sərhədlənir və burada Ərəb plitəsi Afrika plitəsindən uzaqlaşır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]