Slak Kakosyan (erm. Սլակ_Կակոսյան; 25 yanvar 1936, İrəvan – 24 avqust 2005) — Ermənistan ilahiyyatçısı, keşişi, etanizm neopaqan hərəkatının lideri.[1][2]
Slak Kakosyan | |
---|---|
Doğum tarixi | 25 yanvar 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 24 avqust 2005 (69 yaşında) |
Təhsili | |
Fəaliyyəti | ilahiyyatçı, keşiş |
Slak Kakosyan 25 yanvar 1936-cı ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində anadan olmuşdur. Onun nəsli Taron vilayətindən Slkunyats sülaləsindən gəlirdi. Kakosyan 1961-ci ildə erməni dilinin saflığını qorumaq məqsədi daşıyan "Mesrop Maştots" tələbə təşkilatını yaratmışdır. 1964-cü ildə sovet hakimiyyəti onu Sibirə deportasiya etmişdir.[3] Kakosyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. O, uzun illər Qaxsu kəndində erməni dili və ədəbiyyatı müəllimi, sonra İrəvanın müxtəlif universitetlərində müəllim işləmişdir. Kakosyan 1979-cu ildə sovet davranışına tabe olmadığı üçün ölkədən deportasiya edilmiş və ABŞ-da köçmüşdür. Burada o, Qaregin Njdenin həyat və yaradıcılığını öyrənmiş və "tsağakronizm" ideologiyasını qəbul etmişdir. Kakosyan 1988-ci ildə Ermənistana qayıtmışdır. O, 1990-cı ildə "etanizm" erməni neopaqan hərəkatı üçün bir icma yaratmışdır. Bu icma elə həmin il dövlət qeydiyyatına alınmışdır. Kakosyanın əsas əsəri "Saziş kitabı"dır. O, 24 avqust 2005-ci ildə vəfat etmişdir.[4]