Etanizm

Arevaxaç etanoslar tərəfindən istifadə olunan bir simvoldur.

Erməni neopaqanizmi (erm. Նոր հայկական հեթանոսություն) və ya etanizm (erm. Հեթանոսութիւն) — Ermənistanda məqsədi ermənilərin qədim etnik dinini yenidən dirçəltmək olan neopaqan hərəkatları toplusu. Etanizmin davamçıları özlərini "etanos" (erm. հեթանոս) adlandırırlar.[1]

Erməni neopaqanizminin tarixi XX əsrin əvvəllərində filosof və hərbi-siyasi xadim Qaregin Njdenin "Tsağakron" (milli din) adlı əsərinin nəşri ilə əlaqədar başlamışdır. Bu inanclar 1991-ci ildə SSRİ-nin süqutundan dərhal sonra rəsmi forma almışdır. Ölkədə milliyətçiliyin yüksəlişindən sonra Slak Kakosyan "Arordineri Uxt" təşkilatını təsis etmişdir. Aşot Navasardyan da daxil olmaqla, Ermənistanın hakim Respublika Partiyasının yaradıcılarından bəziləri etanizmi dəstəkləmişdir.[1]

  1. 1 2 Антонян, Ю. Ю. «Воссоздание» религии: неоязычество в Армении. Laboratorium (rus). Журнал социальных исследований. 2010. səh. 103–128.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Konrad Siekierski, Yulia Antonyan. A Neopagan Movement in Armenia: the Children of Ara. In Native Faith and Neo-Pagan Movements in Central and Eastern Europe. Kaarina Aitamurto, Scott Simpson. Acumen Publishing, 2013. ISBN 1844656624
  • Yulia Antonyan. «Re-creation» of a Religion: Neo-paganism in Armenia. Yerevan State University. Published on Laboratorium, n. 1, Saint-Petersburg, 2010

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]