Solomon Quqqenhaym muzeyi (ing. Solomon R. Guggenheim Museum) — ABŞ-də Nyu-York şəhərində incəsənət muzeyi, dünyanın müasir incəsənət əsərlərinin toplandığı aparıcı muzeylərindən biri. Muzey öz fəaliyyətinə 1937-ci ildə Quqqenhaym Fondunun yaranması ilə başlamışdır. Muzeyin banisi xeyriyyəçi Solomon Robert Quqqenhaym olmuşdur.
Solomon Quqqenhaym muzeyi | |
---|---|
Solomon R. Guggenheim Museum | |
Əsası qoyulub | 1937 |
Açılış tarixi | 21 oktyabr 1959[2] |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Nyu-York, ABŞ |
Ziyarətçi sayı | 1 199 123 (2013)[1] |
Telefon | +1 212-423-3500[4] |
40°46′59″ şm. e. 73°57′32″ q. u.HGYO | |
guggenheim.org/new-york | |
Vikianbarda əlaqəli mediafayllar |
1943-cü ilin iyun ayında Quqqenhaym Fondu tanınmış arxitektor Frenk LLoyd Rayta muzeyin yeni binasının tikintisini təklif etdi.
Arxitektor Frenk LLoyd Rayt 92 il yaşamış, ömrünün 72 ilini 800-dən çox binanın layihələşdirilməsinə və 400-ə yaxın binanın tikintisinə həsr etmişdir. Muzeylərdən başqa, o, parlaq layihələrin: — orta təbəqədən olan insanlar üçün əlverişli yaşayış evləri — Medisonda (Viskonsin ştatı) "Cekobanın evi"nin layihəsinin, Rasinedə (Viskonsin ştatı) "Conson-Ueks" firmasının ofis binasının (pəncərəsiz bina) layihəsinin müəllifidir.
Quqqenhaym muzeyinin tikintisi üçün 88-ci və 89-cu küçələrinin kəsişdiyi yerdə Mərkəzi parkın geniş yaşıl massivində yer verilmişdir. Binanı layihələşdirilərkən mövcud modellərdən imtina edərək, o, tamaşaçılara yuxarı mərtəbələrə liftlə yuxarı mərtəbələrə qalxmağı və binanın daxilini əhatə edən spiralvari pilləkənlərlə yol boyu eksponatları seyr etməklə aşağı enmək imkanlarını təklif etmişdir. Xarici görünüşünə görə bina cevrilmiş piramida qülləsini xatırladır. Bu bina XX əsrin ən gözəl arxitektura əsərlərindən biri hesab olunur. Muzeyin binasının tikintisi 1959-cu ildə başa çatmışdır, bu zaman Solomon Quqqenhaym və Frenk Rayt həyatda deyildilər.
Solomon Quqqenhaym muzeyindən "İnterneşnl" (The International), "Qaranın içində adamlar" (Men in Black), "Bir dəfə Romada" (When in Rome), "Mister Popperin pinqvinləri" (Mr. Popper’s Penguins) filmlərinin çəkilişində iştirak edilmişdir[8])..