Soltan Şıxəliyev

Soltan Şixəliyev (tam adı:Şixəliyev Soltan Hümbət oğlu;22 sentyabr 1904, Göyçay qəzası1972, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, Kürdəmir rayon İcraiyyə Komitəsinin sədri

Soltan Şıxəliyev
Şıxəliyev Soltan Hümbət oğlu
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Fəaliyyəti siyasətçi
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Şərəf nişanı" ordeni

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

22 sentyabr 1904-cü ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Qusar polkunda siyasi rəhbər kimi xidmət etmişdir. Hərbi xidməti bitirdikdən sonra Azəriittifaqın Gəncə şəhərində təsis etdiyi mühasibat məktəbinə oxumağa göndərilmişdir. Leninqradda ali təhsil almışdır.[1]

Vəfatı[redaktə | mənbəni redaktə et]

17 noyabr 1972-ci ildə vəfat etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Təhsilini başa vurduqdan sonra Kürdəmir rayon Kooperativlər İttifaqının baş mühasibi təyin olunmuşdur. İlk kəndli kooperativinin fəal təşkilatçılarından biri olMmuşdur. Bir il ərzində 100 nəfərdən çox kəndli kooperativinə üzv cəlb etmişdir. Rayon mərkəzində və bir çox kəndlərdə kəndli kooperativləri açmışdır. 1927-ci ildə Kürdəmir rayon Kooperativlər İttifaqının sədri seçilmişdir.1937-ci ildə Kürdəmir rayon Sovet Layihə komitəsinin sədri seçilmişdir. Azərbaycanın bir sıra rayonlarında Kürdəmir, Qəbələ, Cəlilabad, Göyçay, Ağsu, İmişlidə yüksək rəhbər vəzifələrdə işləmişdir. Kürdəmir rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyərkən susuzluqdan əziyyət çəkən kürdəmirlilərə Ağsu rayonunda YOKM-lik məsafədən iməclik yolu ilə boru vasitəsilə Kürdəmir rayon mərkəzinə içməli su çəkdirmişdir. Kürdəmirdə Soltan Şıxaliyevin adına bulaq vardır.

Təltifləri[redaktə | mənbəni redaktə et]

1948 –ci ildə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ad vermişdir. O, Lenin və Qırmızı Əmək bayrağı Ordenləri,onlarca medallarla təltif olunmuşdur.Yaşadığı küçəyə onun adı verilmişdir. S.Şıxəliyev ittifaq əhəmiyyətli fərdi təqdidçi idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Soltan Şıxəliyev". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-07.