Sonqmi qətliamı (vyet. Thảm sát Sơn Mỹ) və ya Mi Lai qətliamı (vyet. Thảm sát Mỹ Lai) — 1968-ci ilin 16 mart tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Cənubi Vyetnamın Sonq Tin bölgəsindəki silahsız əhaliyə qarşı törədilən kütləvi qətl. 347 ilə 504 arasında silahsız insan ABŞ ordusunun C Bölüyü, 1-ci Batalyonu, 20-ci Piyada Alayı və B Bölüyü, 4-cü Batalyonu, 3-cü Piyada Alayı, 11-ci Briqadası və 23-cü Piyada Diviziyası tərəfindən qətlə yetirilmişdir. Qurbanlar arasında kişilər, qadınlar, uşaqlar və körpələr var idi. Aralarında 12 yaşında uşaqların da olduğu qadınların bəziləri kütləvi zorlanmış və bədənləri kəsilmişdi.[1][2] 26 əsgərlə bağlı məhkəmə prosesi keçirilsə də, onlardan yalnız C Bölüyü taqım lideri, leytenant Uilyam Kelli təqsirləndirildi. 22 kəndlinin ölümündə təqsirli bilinən Kelliyə ömür boyu həbs cəzası verilsə də, o sadəcə üç il yarım ev dustağı oldu.
Sonqmi qətliamı | |
---|---|
Ümumi məlumatlar | |
15°10′42″ şm. e. 108°52′10″ ş. u.HGYO | |
Tarix | 16 mart 1968 |
Ölü sayı |
|
Törədən(lər) | Amerikal diviziyası |
Vikianbarda əlaqəli mediafayllar |
Quanq Nqay bölgəsindəki Sonqmi kəndinin iki obasında baş verən bu müharibə cinayəti sonralar "Vyetnam müharibəsinin ən şok edici epizodu olaraq"[3] adlandırıldı.[4] Bu obalar ABŞ Ordusunun topoqrafik xəritələrində Mi Lai və Mi Xe olaraq işarələnmişdi.[5]
Bu ərazidəki obalar və kəndlərdən ABŞ Ordu jarqonunda Pinkvill[6] olaraq bəhs edildiyindən qətliam əvvəllər Pinkvill qətliamı olaraq adlandırılırdı.[7][8] Sonralar ABŞ Ordusu məsələylə bağlı təhqiqatlara başlayanda medya bu adı Sonqmidəki qətliam olaraq dəyişdirdi.[9] Hal-hazırda hadisə ABŞ-də Mi Lai qətliamı olaraq bilinir və Vyetnamdakı Sonq Mi qətliamı olaraq adlandırılır.[10]
İnsident 1969-cu ilin noyabrında ictimailəşməyə başlayanda qlobal qəzəbə səbəb oldu. Hadisə ABŞ ordusunun törətdiyi ölüm miqyası və məsələni ört-basdır etmə cəhdləri ortaya çıxanda ABŞ-də ölkənin Vyetnam müharibəsinə müdaxiləsinə qarşı olan etirazları müəyyən dərəcədə artırdı.[11] Başlanğıcda qırğını dayandırmağa və gizlənən mülki insanları xilas etməyə çalışan üç ABŞ hərbçisindən danışılmadı və hətta bu əsgərlər Konqresin Silahlı Qüvvələr Komitəsinin sədri Mendel Rivers da daxil olmaqla bir neçə ABŞ konqresmenini tərəindən xain kimi lənətləndi. Yalnız 30 il sonra biri ölümündən sonra tanıdıldı və müharibə zonası içərisində döyüşçü olmayan əhalini qoruduğu üçün təltif edildi.[12] Mi Lai qətliamı Cənubi Koreyada 18 il əvvəl törədilən No Qun Ri qətliamı ilə birlikdə 20-ci əsrdə ABŞ ordusunun törətdiyi və bilinən ən böyük qırğınlardan biridir.[13]