Çoxseriyalı televiziya kinosalnaməsində Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı tarixi yol ekranda canlandırılır: 1926-cı ildə Bakıda ilk dəfə radionun fəaliyyətə başlaması, 1933-cü ildə Lökbatanda güclü neft fontanı vurması, Bakı neftçilərinin və bütövlükdə Azərbaycan xalqının 1941–1945-ci illər müharibəsi dövründə arxa və ön cəbhədə göstərdiyi qəhrəmanlıqlar, müharibədən sonra Sumqayıtda, Mingəçevirdə, Daşkəsəndə, Neft Daşlarında və Azərbaycanın digər şəhərlərində aparılan tikintilər və s. haqda söhbət gedir. Biz ekranda dahi bəstəkar Üzeyir Hacıbəyovu mikrofon qarşısında, evdə, konservatoriyada görürük. Görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operasına ilk baxışı, "Azad Qadın" abidəsinin açılış mərasimlərini izləyirik. Filmdə respublikamızın həyatı ilə bağlı bu və digər hadisələr barəsində də ətraflı danışılır.
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi | |
---|---|
Janr | tarixi |
Rejissorlar |
Rüfət Şabanov (1-ci və 3-cü seriya) Oqtay Babazadə (2-ci seriya) Teymur Bəkirzadə (4-cü seriya) Nazim Abbas (5-ci seriya) Arif Qazıyev (6-cı seriya) |
Ssenari müəllifləri |
Ruslan Şahmalıyev (1-ci seriya) Firudin Köçərli (2-ci seriya) Musa Bağırov (3-cü seriya) Qaraş Mədətov (4-cü seriya) Danil Quliyev (5-ci seriya) İmran Qasımov (6-cı seriya) |
Operator | Seyfulla Bədəlov (6-cı seriya) |
İstehsalçı | "Ekran" |
İlk baxış tarixi | 1970 |
Filmin növü | çoxseriyalı sənədli televiziya filmi |
Ölkələr | SSRİ |
İl | 1970 |
Texniki məlumatlar |
I seriya: 5 hissə, 1320 metr, 35 mm II seriya: 3 hissə, 810 metr, 35 mm III seriya: 3 hissə, 820 metr, 35 mm IV seriya: 3 hissə, 830 metr, 35 mm V seriya: 3 hissə, 790 metr, 35 mm VI seriya: 3 hissə, 810 metr, 35 mm |
Film 6 seriyadan ibarətdir.