Sovet imperiyası — Sovet Sosialist Respublikaları İttifaqının bir sıra müstəqil dövlətlərə təsirini qeyri-rəsmi şəkildə təsvir edən siyasi klişe. Bu ifadə Soyuq müharibədə SSRİ-nin rəqibləri tərəfindən ortaya atılmışdır. Bu kontekstdə Macarıstan və Çexoslovakiyada baş verən silahlı toqquşmalar bəzi yerli elitaların sovet təsirini zəiflətmək istəyi kimi şərh olunur.
SSRİ-nin dövlət rəhbərləri formal olaraq imperializmlə ideoloji müxalifətdə idilər, onun müstəmləkələri yox idi və SSRİ-də imperator institutu yaradılmamışdı. Buna baxmayaraq, bir sıra tarixçilər iddia edirlər ki,[1][2][3] SSRİ-nin siyasi sisteminin imperiyaya xas xüsusiyyətlərə malik idi.[4] Həmçinin, alimlər arasında belə bir fikir var ki, dövlət həm çoxmillətli, həm də monoetnik formalaşma əlamətlərinə malikdir.[1] Bundan əlavə, SSRİ-nin xarici siyasətinin müstəmləkəçilik xarakteri ilə bağlı fikirlər mövcuddur.[3] XX əsrin bəzi solçuları SSRİ-nin siyasətini sosial-imperializm adlandırmışdılar (bu termin xüsusilə maoçular tərəfindən tez-tez istifadə olunurdu).
Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq, bəzi tədqiqatçılar SSRİ-də müstəmləkə imperiyasının müəyyən əlamətlərinin mövcudluğunu qəbul etmiş, SSRİ-nin onun peyk dövlətləri ilə münasibətlərində iqtisadi, mədəni və siyasi baxımdan arqumentlər və müxtəlif faktları heç bir müstəmləkə imperiyası üçün xarakterik olmayan formada gətirmişdilər.[5] Beləliklə, SSRİ-nin dövlətin və cəmiyyətin tarixi inkişafının unikal məhsulu olmasına baxmayaraq, ictimai şüurda tam hüquqlu və köklü formada bir imperiya olmadığına dair bir fikir var.
Sovet imperiyasının tərkibinə SSRİ-nin özü və bir sıra peyk dövlətlər daxil idi.[6][7] Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü olan bu dövlətlər SSRİ-nin ən yaxın müttəfiqləri idilər. Şərqi Avropa ölkələri də Varşava Müqaviləsi Təşkilatında ("Şərq bloku") iştirak edirdilər.