Speyşer düşərgəsi qətliamı

Speyşer düşərgəsi qətliamı — 12 iyun 2014-cü ildə İŞİD dəstələrinin Tikritdə yerləşən Speyşer düşərgəsi aviabazasına hücum edib 1,566 şiə iraqlı kursantı öldürməsi.[2] Hücumun baş verdiyi vaxtda aviabazada 4,000–11,000 arası silahsız kursant var idi.[3] İŞİD döyüşçüləri şiə olan və müsəlman olmayan kursantları bir yerə yığmış və onları öldürmüşdür. İraq hökuməti qətliama görə həm İŞİD qruplaşmasını, həm də İraqın Ərəb Sosialist Dirçəlişi Partiyasını günahlandırmışdır.[4]

Speyşer düşərgəsi qətliamı
ərəb. مجزرة سبايكر
İraq vətəndaş müharibəsi
Qətliamın baş verdiyi yer.
Hücum yeri Speyşer düşərgəsi, Tikrit, İraq
34°36′36″ şm. e. 43°40′48″ ş. u.HGYO
Hücum hədəfi Şiələrmüsəlman olmayan kursantlar
Vaxt 12 iyun 2014
Hücum üsulu Qətliam, terrorizm, soyqırım
Həlak olanlar 1,566–1,700[1][2]
Təşkilatçılar İŞİD

İraq siyasətçisi olan Mişən Ər-Cübori düşərgənin bəzi baş zabitləri kursantlara 15 gün istirahət etməyi və mülki geyimlərdə ailələrinə getməyini əmr etmişdir".[5] Bağdada getmək üçün yolda avtobus axtararkən onların yanında içərisində 10 silahlı şəxs olan iki avtobus dayanmışdır. Avtobuslardan birini Səddam Hüseynin ögey qardaşı Səbavi İbrahim Ər-Tikritinin oğlu Əyman Səbavi İbrahim sürürdü. Bir müddət sonra içərisində silahlı adam olan bir neçə avtobus da gəldi. Kursantların bəziləri oğurlanmış və Ər-Qüsur Ər-Rasiya vilayətinə aparılmışdır.[5] Qırğından canını qurtaran bir neçə şəxs də yüksək rütbəli zabitlərin onlara düşərgəni tərk etmək əmrini verdiyini təsdiqləmişdir.[3][6]

"Human Rights Watch" təşkilatının fövqəladə hallar üzrə direktoru Piter Bukart "Tikritdən alınmış fotolar və peyk şəkilləri daha dərin istintaqa ehtiyac duyan qorxuducu bir müharibə cinayətinin sübutudur. İŞİD və digər zorakı qüvvələr iraqlıların və dünyanın onları izlədiyini bilməlidir" demişdir.[7] "Human Rights Watch" İŞİD-in qurbanların başını kəsərək, güllələyərək və boğaraq öldürdüyü qurbanlarının şəkillərini öz veb-saytında paylaşdığını açıqlamışdır.[8]

Buraxılan şəkillər İŞİD-in kursantların əllərin bağlayıb onları yük maşınına yerləşdirməsini, digər şəkillər isə İŞİD döyüşçülərinin yerdə uzanan kursantları edam etməsini təsvir edirdi. İŞİD-in paylaşdığı təbliğat xarakterli videolar çölün ortasında qəbirdə uzanan yüzlərlə kişini güllələyərək edam etməsini təsvir edirdi. Bəzi kursantlar özlərini qana bulayaraq ölümlərini saxtalaşdırdılar və gecə vaxtı düşərgədən qaçdılar. Düşərgədən qaçan Əli Hüseyn Xadim "New York Times" qəzetinə qırğın barədə müsahibə vermişdir.[8]

İraq Şam İslam Dövləti qətliamın videolarının paylaşmışdır. Videoda onlarla kursantın dar yerə yerləşdirildiyi təsvir edilirdi. Onlardan bəziləri mülki geyimdə idilər. Bəzi məhbuslar İraqın Baş Nazirini tənqid etməyə, digərləri isə "Yaşasın İslam Dövləti!" deməyə məcbur edilmişdir. Bəzi kursantlar tüfənglə döyülərək öldürülmüşdür.[7]

Speyşer düşərgəsində törədilən qətliamda həlak olanlar üçün Tikrit dövlət binasında ucaldılmış memorial.

İraq hökuməti Ərəb Sosialist Dirçəlişi Partiyasının 57 üzvünün qətliamda iştirak etdiyini iddia etmişdir.[9] Paylaşılan şəkillərin bütün silahlı döyüşçülərin İŞİD üzvü olduğunu göstərməyinə baxmayaraq, hökumət "şübhəsiz və gümansız ki, bu cinayətkarlar qadağan olunmuş BƏƏS Partiyasındandırlar" demişdir.[4] Ölkənin Müdafiə Naziri Sədun Ər-Dulaymi təriqətçi təbiətə mənsub olmadığını demişdir.[10] İraq Silahlı Qüvvələrinin deleqatı Qasım Ətta düşərgədə xidmət edən 11 minə yaxın kursantın və əsgərin yerinin naməlum olduğunu və onların bir neçə mininin dövlət binalarında və ya onların yaxınlıqlarında, Ər-Buaqail vilayətində və Bəduş həbsxanasında məzhəb fərqinə görə qətlə yetirildiyini demişdir.[11]

2 sentyabr 2014-cü ildə öldürülən və itkin düşən kursantların ailələrinin 100-dən çox üzvü İraq parlamentinə daxil olmuş və üç mühafizəçi yaralanmışdır.[12] Bir gündən sonra parlamentdə qırğını müzakirə etmək üçün ailə üzvləri ilə Sədun Ər-Dulaymi və bir neçə hərbi vəzifəlilər arasında bir iclas keçirilmişdir.[13]

16 sentyabr 2014-cü ildə İraq Kürdüstanının Asayiş qüvvələri Kərkükün cənubunda baş verən qətliamda iştirak etməklə təqsirlənən 4 nəfəri həbs etmişdir.[14] Anonim təhlükəsizlik mənbəyi "əməliyyatın kəşfiyyatçıların əldə etdiyi məlumata əsaslanaraq həyata keçirildiyi"ni iddia etmişdir.[15]

18 sentyabr 2014-cü ildə İraqın İnsan Hüquqları Nazirliyi itkin düşən kursant və əsgərlərin sayının 1095 olduğunu açıqlamışdır.[16] İraq hökuməti itkin düşən kursantların ailələrinə 10,000,000 İraq dinarı (təxminən 8,600 ABŞ dolları) ödəmişdir.[17]

2015-ci ilin aprel ayında İraq ordusunun Tikritdə İŞİD dəstələrini məğlub etməsindən sonra kursantların meyitlərini daşıyan kütləvi qəbirlər aşkar edilmişdir.[18] 2015-ci ilin dekabr ayında qətliamda iştirak etməklə təqsirlənən iki şəxs Finlandiyanın Forssa qəsəbəsində həbs edilmişdir. Şübhəli şəxslər 11 nəfərin edam edildiyi İŞİD-in təbliğat xarakterli videolarından tapılmışdır. Polis şəxsin Finlandiya hökumətinə sığınacaq üçün applikasiya verib-verməməsini açıqlamamışdır.[19] 13 dekabrda 24 yaşlı əkizlər silahsız kursantları öldürməklə müharibə cinayətkarlığı etmək, eləcə də "terrorçu hədəflərlə ağır hücümlar" etməklə təqsirlənərək həbs edilmişdir.[20]

2016-cı ilin avqust ayında 36 nəfər qətliamda iştirakına görə edam edilmişdir.[21] 6 sentyabr 2016-cı ildə Kətayib Ər-İmam briqadasının üzvləri içərisində 30 meyitin olduğu üç kütləvi məzar aşkar etmişdir.[22] 2017-ci ilin avqust ayında 27 nəfər qətliamda iştirakına görə edam edilmiş, 25 nəfər isə dəlil çatışmamazlığına görə bəraət edilmişdir.[23]

  1. "Iraqi court sentences 24 to death over Speicher massacre". Middle East Monitor – The Latest from the Middle East. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  2. 1 2 "احصائية رسمية: 1997 العدد الكلي لمفقودي مجزرتي سبايكر وبادوش". Rudaw. 2014-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  3. 1 2 "Survivors from the Speicher massacre: We were 4000 unarmed soldiers fell into the hands of ISIS". Buratha News Agency (ərəb). 2014-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  4. 1 2 "ISIS, Saddam's men or a third party who killed 1700 soldiers in camp Speicher in Iraq?". CNN Arabic (ərəb). 2014-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  5. 1 2 "Speicher massacre, cousins of Saddam started it and ISIL finished it". Al Wasat (ərəb). 2015-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  6. "Survivor from COB Speicher reveals details about the massacre". Al Alam (ərəb). 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  7. 1 2 "'ISIS commits mass murder, advertises it': Iraq executions detailed". Russia Today. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  8. 1 2 "The Rare Eyewitness Account of One of the Few Survivors of an Islamic State Massacre". The Blaze. 2018-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  9. "New Secrets are revealed about the Speicher massacre in Iraq". Al Fajr (ərəb). 2014-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  10. "Sa'dun al-Dulaimi says that the ones who committed the massacre weren't sectarians". Sout al-Iraq (ərəb). 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  11. "Qassim Atta: 11,000 missing men from camp Speicher". Al Baghdadia (ərəb). 2014-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  12. "The families of the missing people of camp Speicher break into the parliament". Al Jazeera (ərəb). 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  13. "An emergency parliament session to discuss the Speicher massacre". Al Jazeera (ərəb). 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  14. "4 suspected in the massacre of Speicher are arrested". Kitabat (ərəb). 2015-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  15. "Arresting 4 suspected to be involved in the crime of Speicher in southern Kirkuk". Al Sumaria (ərəb). 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  16. "1095 soldiers still missing since the Speicher massacre by ISIS". CNN Arabic (ərəb). 2014-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  17. "Ministry of Human Rights: The number of the missing people of Camp Speicher reached 1095". Al Sumaria (ərəb). 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  18. Ellis, Ralf. "New mass graves found in Tikrit". CNN. 6 aprel 2015. 2015-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  19. "Two detained in Finland over ISIS executions in Tikrit". 10 dekabr 2015. 2016-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  20. "Finland tries twins over IS massacre in Iraq". Yahoo News. 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  21. "Iraq hangs 36 men for Camp Speicher massacre". BBC News. 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  22. "3 mass graves discovered in central Tikrit". Iraqi News. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  23. "Iraq to hang 27 for IS Camp Speicher massacre". BBC News. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]