Sreteniye (xristian bayramı)

Sreteniye (rus. сретение; kil. slav. срѣтеніе, hərf.rastlaşma; yun. Ἡ Ὑπαπαντὴ τοῦ Κυρίου; lat. Praesentatio Domini, hərf.Rəbbin təqdim edilməsi)[2]tarixi kilsələrdə və bəzi protestant məzhəblərində qeyd olunan xristian bayramı. Körpə İsanın valideynləri tərəfindən Yerusəlim məbədinə gətirilməsi miladdan sonra 40-cı gündə baş tutmuşdur. Yerusəlim məbədində Müqəddəs ailəni Simeon qarşılamışdı.

Sreteniye
Tarix 2 fevral[1], 15 fevral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pravoslavlıqda bu on iki bayramdan biridir. Yerusəlim, Rus, Gürcü, Serb, Polşa pravoslav kilsələri, Köhnə möminlər və bəzi başqaları Sreteniyeni 2 (15) fevral tarixində qeyd edirlər. Qalan lokal pravoslav kilsələri, eləcə də Ukrayna Yunan Katolik Kilsəsi (Ukrayna daxilində) bunu 2 fevralda qeyd edirlər. Katoliklikdə də 2 fevralda, Erməni Həvari kilsəsində isə 14 fevralda qeyd olunur.

  1. Calendarium Romanum (lat.): Ex decreto Sacrosancti Œcumenici Concilii Vaticani II instauratum auctoritate Pauli PP. VI promulgatum. Editio typica. Civitas Vaticana: Typis Polyglottis Vaticanis, 1969. S. 24.
  2. Дьяченко Г. М. Полный церковнославянский словарь. 1899. 655.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]