Srubna mədəniyyəti

Srubna mədəniyyətinə aid təsvir

Srubna mədəniyyəti və ya Ağac-türbə mədəniyyəti (rusca:Сру́бная культу́ра; ukraynca:Зрубна́ культу́ра) — Eramızdan əvvəl 18-ci və 12-ci əsrlər arasında Qara dəniz-Xəzər səhralarının şərq hissəsində son tunc dövrünə aid bir arxeoloji mədəniyyət.[1]

Surbna mədəniyyəti Katakomba, Poltavka və Potapovka mədəniyyətlərinin varisidir. Həm də əlaqəli olduğu düşünülən çağdaş Andronov mədəniyyəti ilə qonşu olmuşdur.[2]

Mədəniyyətin adı rus dilində "taxta çərçivə" mənasını verən sруб (srub) sözündən gəlir. Bu ad mədəniyyətin məzarlarında ağac istifadəsinə görə verilir. Onların iqtisadiyyatı kənd təsərrüfatına və heyvandarlığa əsaslanırdı.

Srubnaya mədəniyyəti Yamna mədəniyyətinin, Katakomb mədəniyyətinin və Poltavka mədəniyyətinin varisidir. O, ehtimal ki, özünün şərq qonşusu olan Andronovo mədəniyyəti ilə yaxın əlaqədə olmuşdur.

Eramızdan əvvəl 1-ci minillikdə yaşayan İskitlərSarmatlar Srubna mədəniyyətinin varisi hesab edilirlər. Kimmerlərin də bu mədəniyyətdən qaynaqlandığı düşünülür.

Srubna mədəniyyəti ümumiyyətlə ari mənşəli hesab edilir. Ari xalqlarının Qafqazdan İran platosuna köçdüyü zaman bu yerlərdən platforma kimi istifadə etdiyi düşünülür. Lakin, bir çox tarixçiyə görə, bu mədəniyyət türklərə və ya proto-türklərə məxsusdur və bu mədəniyyətin ari mənşəli olmasını bildirmək üçün yetərli sübut yoxdur.

Srubna mədəniyyət yerlərində tapılmış altı qədim insan qalıqlarından nümunələr Y-DNA hapologroup testlərini aparmaq üçün istifadə edilmişdir. Altı nümunənin hamısında haplogroupların R1A olduğu, bunlardan dördü R1a-Z93 subklavına aid olduğu ortaya çıxdı. Hind-İranlılar bu gün R1a və xüsusilə R1a-Z93 alt əlavələrinin ən çox yayıldığı icmalardan biridir.

10 oktyabr 2015 tarixində yayımlanan bir araşdırmada Srubna mədəniyyətindən olan 14 şəxs araşdırıldı.[3] 5 fərqli qəbiristanlıqdan altı nəfərin üzərində aparılan Y-xromosom tədqiqatları, hamısının Haplogroup R1a1 olduğunu göstərdi. On dörd nəfərdə aparılan mtDNA tədqiqatları nəticəsində; beş haplogroup H, dörd haplogroup U5, iki T1, biri T2, biri K1b, biri J2b və biri l1a-ya rast gəlinmişdir.[4]

Srubna mədəniyyətinə aid əsərlər, Ermitaj muzeyi

  1. Mallory,J. Adams, Douglas. "Srubna Culture". 1997. səh. 541–542. ISBN 1884964982.
  2. Krzewińska, Maja. "Ancient genomes suggest the eastern Pontic-Caspian steppe as the source of western Iron Age nomads". Nature Communications. 4 (10). October 3, 2018: eaat4457. doi:10.1126/sciadv.aat4457. PMC 6223350. PMID 30417088.
  3. Juras, Anna. "Diverse origin of mitochondrial lineages in Iron Age Black Sea Scythians". Nature Communications. 7. March 7, 2017: 43950. doi:10.1038/srep43950. PMC 5339713. PMID 28266657.
  4. Mathieson, Iain. "Genome-wide patterns of selection in 230 ancient Eurasians". Nature. Nature Research. 528 (7583). November 23, 2015: 499–503. doi:10.1038/nature16152. PMC 4918750. PMID 26595274.