Stanislav Çekan

Stanislav Yulianoviç Çekan (rus. Станислав Юлианович Чекан; 2 iyun 1922, Rostov-na-Donu11 avqust 1994, Moskva) — sovet və rus teatr-kino aktyoru.RSFSR əməkdar artisti.

Stanislav Çekan
rus. Станислав Чекан
Doğum adı Stanislav Yulianoviç Çekan
Doğum tarixi 2 iyun 1922(1922-06-02)
Doğum yeri
Vəfat tarixi 11 avqust 1994(1994-08-11) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı Nonna Sergeyevna Çekan
Uşağı Sergey Stanislavoviç Çekan
Atası Yulian Yeqoroviç Çekan[1]
Anası Matilda İvanovna Çekan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 19451993
İstiqamət teatr
kino
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
"Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalıVətən Müharibəsi Ordeni "Qafqazın müdafiəsinə görə" medalı Əmək Veteranı-1989
IMDb ID0154998

Stanislav Çekan 2 iyun 1922-ci ildə anadan olmuşdur. 1938-1941-ci illərdə Yuri Zavadskinin teatr məktəbində oxumuşdur.

1941-1945-ci illərdə cəbhə teatrlarının aktyoru kimi çalışmışdır. 1945-ci ildə Stanislav Çekan Sovet ordusunun Odessa teatrının aktyoru olur. Daha sonra 1948-1956-cı illərdə Sovet Ordusunun Moskvada yerləşən Mərkəzi Akademik teatrında, 1958-1993-cü illərdə isə Kinoaktyor teatr-studiyasında işləmişdir.

Stanislav Çekan koloritli xarakterik, eləcə də komik obrazların mahir ifaçılarından biridir. Onun oğlu Sergey Çekan filmlərin dublyajı sahəsində çalışmışdır.

Stanislav Yulianoviç Çekan 11 avqust 1994-cü ildə vəfat etmişdir.

1943-1954-cü illərdə rəssam Tina Mazenko-Belinskaya ilə vətəndaş nikahında olmuşdur.[2]

  • Atası — Yulian Yeqoroviç Çekan, milliyyətcə polyak, aşpaz kimi çalışıb.
  • Anası — Matilda İvanovna Çekan, milliyyətcə alman, aşpaz kimi çalışıb.
  • Qardaşı — Vladimir Yulianoviç Çekan (19321995).
  • Həyat yoldaşı — Nonna Sergeyevna Çekan (12 iyul 19372014).
  • Oğlu — Sergey Stanislavoviç Çekan (19602005), aktyor, dublyaj sahəsində çalışmışdır.
  • Gəlini — Sofiya Borisovna Qorşkova (d. 16 may 1964), Kinoaktyor Teatrının aktrisası.
  • Nəvəsi — Polina Sergeyevna Çekan (d. 5 sentyabr 1991), aktrisa.
İl Azərbaycanca adı Orijinal adı Rol
1946 Alay oğlu rus. Сын полка sıravi əsgər
1947 Mavi yollar rus. Голубые дороги dəniz zabiti
1951 Taras Şevçenko rus. Тарас Шевченко faytonçu
1953 Dağlarda keçid məntəqəsi rus. Застава в горах Marçenko
1954 Düzgünlük sınağı rus. Испытание верности Vasya Juk
1956 Səhnənin kandarında rus. На подмостках сцены Stepan
1957 Pəhləvan və kloun rus. Борец и клоун İvan Poddubnı
1958 Növbəti reys rus. Очередной рейс Anton Krılenko
1959 Şəfəqi qarşılayarkən rus. Заре навстречу Kapelyuxin
1959 Annuşka rus. Аннушка əsgər
1960 Qisas rus. Месть tacir Dulinov
1960 Ecazkar rus. Чудотворная əlil Kindya
1961 Əsrin əvvəlində rus. В начале века dəyirmançı
1961 İki həyat rus. Две жизни Petrenko
1961 Əvvəldən başlanan həyat rus. Жизнь сначала Aleksey Şorin
1961 Amfibiya adam rus. Человек-амфибия həbsxana keşikçisi
1962 Fırlanma zamanı rus. В мёртвой петле təyyarəçi Yefimov
1962 Qusar balladası rus. Гусарская баллада partizan
1962 Atla gediş rus. Ход конём İqnat Pudov
1963 Müqəddimə rus. Вступление kapitan
1963 Böyük fitil rus. Большой фитиль İvan Petroviçin sürücüsü
1963 Birinci trolleybus rus. Первый троллейбус MTB-82 trolleybusunun sürücüsü
1964 İnanın mənə, insanlar rus. Верьте мне, люди Batı-Kain
1964 Düşünülməmiş əhvalat rus. Непридуманная история Qarkuşa
1965 Təhlükə riskinə gedirik rus. Вызываем огонь на себя Semyon
1965 Yedəkdəki qız rus. Девчонка с буксира San Sanıç
1965 Əcnəbi qız rus. Иностранка sürücü
1965 İşçi qəsəbəsi rus. Рабочий посёлок Axromoviç
1965 Eskadra qərbə gedir rus. Эскадра уходит на запад Panas Marşuk
1966 Gündüz seansına iki bilet rus. Два билета на дневной сеанс Sabodaj
1966 Biz rus xalqıyıq rus. Мы, русский народ Varvarin
1966 Qəribə bal rus. Дикий мёд Fedyak
1966 Yox və hə rus. Нет и да Yelpidifor
1966 Balaca qaçaq rus. Маленький беглец
yap. 小さい逃亡者
fəhlə
1967 Hərb və sülh rus. Война и мир Tixon Şşerbatı
1967 Müəmmalı rahib rus. Таинственный монах Yelpidifor
1968 Daşkənd – çörək şəhəri özb. Toshkent — non shahri kisəçi
1968 Karamazov qardaşları rus. Братья Карамазовы Samsonovun oğlu
1968 Virineya rus. Виринея Jiqanov
1968 Brilyant əl rus. Бриллиантовая рука Mixail İvanoviç
1968 Ələkeçməzlərin yeni macəraları rus. Новые приключения неуловимых 1-ci xəfiyyə
1968 İflas rus. Крах İvan Yeqorov
1969 Huşsuzluq üzərindəki körpülər rus. Мосты через забвение quldur
1970 Sevastopol rus. Севастополь bosman
1971 Ölümcül düşmən rus. Смертный враг İqnat Mixayloviç Yaşşurov
1971 Rusiya İmperiyasının tacı, yaxud yenidən ələkeçməzlər rus. Корона Российской империи, или Снова неуловимые epizod
1972 25 nömrəli kameradakı qız rus. Девушка из камеры № 25 İlya Turkin
1972 Privalovun milyonları rus. Приваловские миллионы Kuzma Ferapontoviç Kanunnikov
1972 Hamının tanıdığı naməlum rus. Неизвестный, которого знали все
1972 Yarmarkadan sonra belar. Пасля кірмашу nahiyə pristavı
1973 Bağ evi rus. Дача sürücü
1973 Cənnət almaları rus. Райские яблочки polis
1973 100 % neylon rus. Нейлон 100 % Bubnov
1974 Dünyəvi sevgi rus. Любовь земная Koşyev
1974 Şimal rapsodiyası rus. Северная рапсодия Sevastyanov
1975 Qalib rus. Победитель Akim
1975 Təkrar toy rus. Повторная свадьба Pyotr Nikolayeviç
1975 Quruda fırtına rus. Шторм на суше pərçim ustası
1975 Şimallı gəlin erm. Հարսնացուն հյուսիսից İvan
1976 Qocaların əyləncəsi rus. Развлечение для старичков Roman Stepanoviç Quskov
1976 Günəş, yenə günəş rus. Солнце, снова солнце balıqçı
1976 Çar Pyotrun ərəbi necə evləndirməsi haqqında hekayə rus. Сказ про то, как царь Пётр арапа женил marşal
1977 Finişsiz yarış rus. Гонки без финиша filosof
1977 Peterburqdan anonim adam rus. Инкогнито из Петербурга İvan Karpoviç Uxovertov
1977 Tale rus. Судьба Pavel Semyonoviç Koşyev
1978 Yenidən Aniskin rus. И снова Анискин İvan Petroviç Kuskov
1980 Həyat gözəldir rus. Жизнь прекрасна
it. La Vita é Bella
məhbus
1980 Gümüşü göllər rus. Серебряные озёра dəmiryolçu
1982 Şaquli yarışlar ukr. Гонки по вертикалі milis kapitanı
1984 Birinci atlı rus. Первая конная Kallistrat
1984 Olduqca vacib şəxs rus. Очень важная персона Alekseiç
1985 Qızıl dağın sirri rus. Тайна золотой горы Makar Vasilyeviç
1986 Yaşıl ot rus. Трава зелена Matvey baba
  1. Сайт Памяти ушедших... Станислав Чекан
  2. «Чтобы Помнили». "Чекан Станислав Юлианович — «Чтобы Помнили»" (rus). Chtoby-pomnili.com. 2017-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-14.
  • Кинословарь: В 2-х т. Т.2. М., 1970. — С.1154;
  • Кино: Энциклопедический словарь. М., 1987. — С.482;
  • Раззаков Ф. Досьє на звезд. 1962—1980. М., 1998. — С.712. ISBN 5-04-000981-X

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]