Stanislava Valaseviç (pol. Stanisława Walasiewicz) və ya Stella Uolş-Olson[3] (ing. Stella Walsh Olson) – ABŞ-Polşa atleti. 1932-ci ildə qadınların 100 metrə qaçış yarışında Olimpiya çempionu olmuşdur. 1947-ci ildə ABŞ vətəndaşlığına keçmişdir. 1980-ci ildəki ölümündən sonra hermafrodit olduğu, kişi və qadın xromosomları daşıdığı məlum olmuşdur, lakin medalları geri alınmamışdır.
Stanislava Valaseviç | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Stella Walsh Olson | |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Doğum adı | Stanisława Walasiewiczówna | ||||||||||
Vətəndaşlığı | |||||||||||
Doğum tarixi | 13 aprel 1911[1] | ||||||||||
Doğum yeri | Verxovnaya, Polşa çarlığı, Rusiya imperiyası. | ||||||||||
Vəfat tarixi | 4 dekabr 1980[2] (69 yaşında) | ||||||||||
Vəfat yeri | |||||||||||
Vəfat səbəbi | güllə yarası[d] | ||||||||||
Dəfn yeri |
|
||||||||||
Boyu | 174 sm | ||||||||||
Çəkisi | 60 kq | ||||||||||
İdman növü | yüngül atletika | ||||||||||
Karyera illəri | 1928–1946 | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
3 aprel 1911-ci ildə Polşa çarlığında doğulmuşdur. 3 aylıq olanda ailəsi ilə birlikdə ABŞ-yə gəlmişdir. Valideynləri Klivlenddə yaşamağa başlamış, atası polad sexində iş tapmışdır.[4]
Valaseviç Klivlendin şərqində yerləşən bir slavyan qəsəbəsindəki məktəbdə atletika ilə məşğul olmağa başlamışdır. 1927-ci ildə ABŞ Olimpiya komandasına seçilmişdir, lakin ABŞ vətəndaşı olmadığı üçün komandaya qatıla bilməmişdir.[4] ABŞ-dəki polyaklar tərəfindən qurulmuş Sokol idman cəmiyyətinə qoşulmuşdur. Təşkilat tərəfindən Poznan şəhərində keçirilmiş müsabiqədə 5 qızıl medal qazanmışdır. Uğurlarından sonra Polşada qalmış və Polşa milli atletika komandasına qoşulmuşdur, lakin ABŞ-dəki yarışlarda iştirak etməyə davam etmişdir.[4]
Bu dövrdə ABŞ-də müxtəlif həvəskar yarışlarda iştirak edərək 100 yarda qaçış, 220 yarda qaçış, uzağa tullanma yarışlarında ABŞ çempionu olmuşdur.[5] Uğurlarına görə Klivlend şəhəri tərəfindən maşınla mükafatlandırılmışdır.[4][6] Ona ABŞ vətəndaşlığı təklif olunmuş, andiçməyə 2 gün qalmış fikrini dəyişərək Polşa vətəndaşlığını qəbul etmişdir. 1930-cu ildə "Przegląd Sportowy" qəzeti tərəfindən ən populyar Polşa atleti seçilmişdir.[7]
1932-ci ildə Yay Olimpiya Oyunları zamanı Polşanı təmsil etmiş və 100 metrə qaçış yarışında dünya rekorunu təkrarlayaraq qızıl medal qazanmışdır.[8] Uğurlarına görə Polşada Qızıl xaç mükafatı ilə təltif olunmuşdur. Bundan sonra 3 il boyunca Polşada ən populyar idmançı olmuşdur.[9]
1933-cü ildə Varşava çempionatında 9 qızıl medal qazanmışdır. 17 sentyabr 1933-cü ildə eyni gündə 2 rekord qırmışdır: 60 metrə qaçışda 7,4 saniyə və 100 metrə qaçışda 11,8 saniyə.[10]
1936-cı ildə Yay Olimpiya Oyunları zamanı 100 metrə qaçışda Helen Stivensə məğlub olaraq gümüş medal qazanmışdır.[11] İronik olsa da, Polşa mediası Stivensin əslində Stivensin kişi olduğunu bildirmiş və Stivens cinsiyyət testi etməyə məcbur olmuşdur.[12]
Olimpiya oyunlarından sonra ABŞ-yə köçərək həvəskar yarışlara davam etmişdir. İkinci dünya müharibəsi zamanı və ondan sonra 100 metrə qaçış üzrə (1943, 1944 və 1948), 200 metrə qaçış üzrə (1939–40, 1942–48), diskatma üzrə (1941–42) və uzağa tullanma üzrə (1938–46, 1948, 1951) ABŞ milli çempionatlarının qalibi olmuşdur.
1947-ci ildə ABŞ vətəndaşı olmuş və 1956-cı ildə evlənmişdir.[13]
4 dekabr 1980-ci ildə Polşa basketbolçularını qarşılamaq üçün lent alarkən bir qarət zamanı güllə yarasından ölmüşdür.[14][15][16] Meyit yarma zamanı uşaqlığının olmadığı, anormal sidik kanalına və funksiyası olmayan, inkişaf etməmiş penisə malik olduğu məlum olmuşdur.[17][18][19] Xromosom analizi zamanı həm kişi, həm qadın xromosomlarına malik olduğu aşkarlanmışdır.[20]
Bioloji cinsiyyəti məsələsi həll olunmamış qalsa da, onun doğum haqqında qeydləri onun qadın olduğunu bildirir. Cinsiyyəti haqqında yarananlar qalmaqaldan sonra onun idman uğurlarının ləğv olunması haqqında da mübahisələr yaranmışdır.[21]