United Press International

United Press International (qısaca UPI) qərargahı ABŞ-ın Vaşinqton şəhərində yerləşən və əvvəllər dünyanın ən böyük xəbər agentliklərindən biri olan xəbər agentliyidir. Xəbər agentliyinin kökləri 1907-ci ilə qədər gedib çıxır.[3] Belə ki, həmin il «United Press Association» adı altında yaradılmış olan agentlik, 1958-ci ildə "International News Service" ilə birləşərək bu günkü adını almışdır.[4][5][6] Televiziya jurnalistikasının yayılması ilə əlaqədar olaraq onun populyarlığı bir qədər azalmışdır. 2000-ci ildə isə Vəhdət kilsəsinin News World Communications şirkəti tərəfindən satın alınmışdır. Xəbər agentliyi hal-hazırda ingilis, ispanərəb dillərində yerli və xarici xəbərlər, biznes, əyləncə, idman, sağlamlıq və digər mövzularda xəbərlər yayımlayır. Xəbərləri mətn, foto və video formasındadır.

United Press International
United Press International
Loqonun şəkli
Ölkə
Təsis edilib 1907
Baş qərargahi
Veb-saytı upi.com
  1. 1 2 Юнайтед пресс (rus.). // Большая советская энциклопедия / под ред. О. Ю. Шмидт 1 Москва: Акционерное общество «Советская энциклопедия», 1920.
  2. 1 2 «Юнайтед пресс» (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.
  3. КПС, 1978
  4. Eleonora W. Schoenebaum, ed. Political Profiles: The Truman Years (1978) pp 16–17
  5. "Merger joins UP and INS". Milwaukee Journal. UPI. May 24, 1958. səh. 2.[daimi ölü keçid]
  6. "UP, International News Service merged". Bend Bulletin. UPI. May 24, 1958. səh. 1. October 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]