Steins;Gate seriyalarının siyahısı

"Steins;Gate"-in ilk Blu-ray diskinin üz qabığı (üzərindəki personaj Makise Kurisu).

Steins;Gate seriyalarının siyahısı2011-ci ildə yayımlanmış anime serialı "Steins;Gate"-in seriyalarının siyahısı. "Steins;Gate" 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş eyniadlı vizual romanın anime adaptasiyasıdır. Anime serialı Rintaro Okabe adlı çılğın alimin dostları ilə keçmişə mesaj göndərə bilən mikrodalğalı soba ixtira etməsindən və müxtəlif zaman xətlərində səyahət etməsindən bəhs edir.

White Fox studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 6 aprel 2011-ci ildən 13 sentyabr 2011-ci ilə qədər yayımlanmışdır və Crunchyroll vasitəsilə göstərilmişdir. 22 fevral 2012-ci ildə sonuncu BD/DVD cildi ilə bir OVA seriyası da buraxılmışdır.[1] Funimation Entertainment serialın seriyalarını Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[2] Anime serialında iki parça mahnıdan istifadə edilmişdir; açılış mahnısı "Hacking to the Gate" (Kanako İto), bağlanış mahnısı "Toki Tsukasadoru Jūni no Meiyaku" (刻司ル十二ノ盟約?) (Yui Sakakibara) olmuşdur. 23-cü seriyada vizual romanın Xbox 360 üçün olan versiyasında açılış mahnısı olan və Kanako İto tərəfindən ifa olunan "Skyclad no Kansokusha" (スカイクラッドの観測者, Sukaikuraddo no Kansokusha?) mahnısından istifadə edilmişdir. IBM-nin əməkdaşlığı "Steins;Gate: Sōmei Eichi no Cognitive Computing" adlanan və 4 qısa seriyadan ibarət OVA serialı çəkilmişdir. 2 dekabr 2015-ci ildə "Steins;Gate 0" vizual romanını və yeni anime adaptasiyasını təbliğ etmək məqsədi ilə 23-cü seriyanın alternativ versiyası yayımlanmışdır.

Seriyaların siyahısı

[redaktə | mənbəni redaktə et]
Başlıq[3] Yayımlanma tarixi
1 "Həlledici an"
"Hajimari to Owari no Purorōgu" (始まりと終わりのプロローグ) 
6 aprel 2011[4]
2010-cu ilin yayında özünü çılğın alim adlandıran Rintaro Okabe Doktor Nakabaçinin zaman səyahəti mövzusunda təşkil etdiyi konfransa dostu Mayuri Şiina ilə gedir. Orada olarkən Rintaro Makise Kurisu adlı qızla rastlaşır. Kurisu 15 dəqiqə əvvəl rastlaşdıqlarını bildirir, halbuki Rintaro onu heç vaxt görməyib. Kurisu ilə qısa danışıqdan sonra ondan ayrılır, müəmmalı bir video mesaj qəbul edir. Daha sonra Okabe bir qışqırıq səsi eşidir, səsə tərəf qaçdıqda Kurisunun bıçaqlandığını və yerdə qan içərisində uzandığını görür. Okabe yaşadığı bu hadisə haqqında laboratoriyasının üzvü İtaru "Daru" Haşidaya mesaj göndərir. Bu zaman Okabe qəribə hissə qapanır, ətrafındakı insanlar qəflətən yoxa çıxırlar, radio binasının başında isə qəza etmiş bir süni peyk peyda olur. Daha sonra Okabe bananları jeleye çevirən mikrodalğalı sobada bir qəribəliyin olduğunu müşahidə edir, Darudan Nakabaçinin konfransının ləğv olunduğunu öyrənir və Okabe buna təəccüblənir. Okabe Daruya göndərdiyi mesajın 1 həftə əvvəl ona çatdığını kəşf edir, öldüyünü gördüyü Kurisunun isə hələ də yaşadığını görür. 
2 "Zaman səyahəti paranoyası"
"Jikan Chōyaku no Paranoia" (時間跳躍のパラノイア) 
13 aprel 2011[5]
Okabe Kurisunun sağ qalmasına təəccüblənir. Kurisu zaman səyahətinin mümkünsüzlüyü barədə mühazirə verir və Okabeni alçaldır. Okabe androqin Luka Uruşibaradan təchizat aldıqdan sonra qaldığı evin sahibi "Mister Braun"un elektronika dükkanında part-taym işləməyə başlayan Suzuha Amane ilə rastlaşır. Son baş vermiş hadisələri təhlil edən Okabe 2000-ci ildə zaman səyahətçisi olmuş Con Taytor haqqında eşidir, onun 2010-cu ildə bir dəfə də ortaya çıxdığını öyrənir. Amma Okabe öyrənir ki, Con Taytorun 2000-ci ildəki peyda oluşunu ondan başqa hər kəs unudub. Növbəti gün Okabe Moeka Kiryu adlı qəribə qadınla rastlaşır və bu qadın ondan köhnə PC modeli IBN 5100 haqqında soruşur. Daha sonra Daru və Okabe belə bir təcrübə aparırlar: ixtira etdikləri mikrodalğalı sobanın içinə banan qoyub sobanı işə salırlar. Bir müddət sonra görürlər ki, banan jeleyə çevrilmiş və qoparıldığı salğıma yenidən birləşmişdir. Bu təcrübə əsasında Kurisu ortaya çıxır və o da bu hadisəni müşahidə edir. 
3 "Paralel dünya paranoyası"
"Heiretsu Katei no Paranoia" (並列過程のパラノイア) 
20 aprel 2011[5]
Okabe laboratoriya üzvü olmaq şərti ilə Kurisuya mikrodalğalı sobaya baxmağa icazə verir. Partlayışla nəticələnən növbəti təcrübədən sonra onlar öyrənirlər ki, Kurisu bıçaqlanan zaman telefon bu mikrodalğalı sobaya bağlı imiş və Okabe də mesajı bu zaman atıbmış. Okabe belə nəticəyə gəlir ki, bu mikrodalğalı soba, faktiki olaraq, mesajları keçmişə göndərən zaman maşınıdır və Kurisu bundan şoka düşür. Mikro qara dəlikləriBöyük adron sürətləndiricisi haqqında eşidən Okabe Darudan SERN-in Verilənlər Bazasını sındırmasını istəyir. Onlayn forumda Taytor ona nəzəriyyələrinin antiutopik gələcək yaratdığını bildirir. SERN-in e-poçtunu sındırdıqdan sonra Okabe və Daru SERN-in qara dəliklər, zaman səyahətləri üzərində təcrübələr apardığını və müxtəlif insanların ölümünə səbəb olduğunu kəşf edirlər. 
4 "Tərcüməçi görüşü"
"Kūri Hōkō no Randevū" (空理彷徨のランデヴー) 
27 aprel 2011[5]
SERN-in zaman səyahətləri üzərində təcrübələri haqqında məlumatların şifrələndiyi məlum olur. Daru bu şifrəni qıra bilmir, Okabe Taytordan öyrənir ki, şifrəni qırmaq üçün Moekanın da axtardığı IBN 5100-ə ehtiyacı var. Okabe zaman maşınlarının mövcudluğunu həl də təkzib edən Kurisuya IBN 5100 haqqında danışır. Amma Kurisu bu məsələ ilə maraqlanır. Daha sonra Okabe Mayurinin işlədiyi kafedə işləyən Feyris Nyannyandan xəbər alır ki, Rukanın ailəsinə bir IBN 5100 verilibmiş. Rukanın ailəsi Okabeyə məlumat verir ki, bu cihazı gətirən şəxs bir gün bunun dalınca gənc bir nəfərin gələcəyini demişdi. Okabe və Kurisu IBN 5100-ü laboratoriyaya aparırlar. 
5 "Starmine görüşü"
"Denka Shōtotsu no Randevū" (電荷衝突のランデヴー) 
4 may 2011[5]
Okabe və Kurisu IBN 5100-ü laboratoriyaya gətirərkən Suzuha Kurisunu görəndə qəribə reaksiya verir. IBN 5100-ü Darunun kompüteri ilə birləşdirmək üçün lazım olan hissələri axtararkən Okabe yenə Suzuha ilə rastlaşır və Suzuha ona Kurisuya qarşı diqqətli olmasını istəyir. Daru IBN 5100-ün xüsusi proqramlaşdırma dilindən istifadə edərək SERN-in şifrələnmiş fayllarını sındırır. Kəşf edirlər ki, SERN-in apardığı təcrübələr nəticəsində müxtəlif zamanlarda müxtəlif insanlar jeleyə çevrilərək ölmüşdürlər. Kurisu belə nəticəyə gəlir ki, bu jeleləşmiş vəziyyətin səbəbi cismin özündən kiçik olan məkan-zaman dəliyindən keçməsidir, beləliklə cisim molekulyar səviyyəsində sıxılır və əzilir. Okabe SERN-in təcrübələri və gizli əməlləri haqqında öyrənəndə şoka düşür, amma mikrodalğalı sobanı SERN-dən öncə təkmilləşdirəcəyinə dair and içir. 
6 "Kəpənək effekti aralanması"
"Chōyoku no Daibājensu" (蝶翼のダイバージェンス) 
11 may 2011[6]
Keçmişə göndərdikləri məktublara "D-poçt" adını vermək qərarına gəldikdən sonra D-poçt göndərməyin qaydalarını və məhdudiyyətlərini öyrənmək üçün əlavə təcrübələr aparırlar. Xüsusilə, bir təcrübə zamanı onlar nə qədər həcmdə məlumat və nə qədər keçmişə göndərə biləcəklərini öyrənirlər. Növbəti gün Moeka IBN 5100-ü görmək üçün laboratoriyaya gəlir və onu Okabedən borc götürmək istəyir. Okabe təcrübələrinin əsas məqsədlərlərini nə qədər çalışsa da, gizlədə bilmir. Nəticədə, Okabe Moekanı laboratoriyanın 5 nömrəli üzvünə çevirir. 
7 "Aralanma xüsusiyyəti"
"Dansō no Daibājensu" (断層のダイバージェンス) 
18 may 2011[6]
Daru mikrodalğalı sobanın yeni versiyasını hazırladıqdan sonra Okabe udmuş loteriya nömrələrini keçmişə göndərək tarixi dəyişdirib-dəyişdirə bilmədiyini yoxlamaq istəyir. Okabe D-poçtu göndərdikdən sonra peyk qəzasındakı kimi qəribə hiss hiss edir. O öyrənir ki, heç kim hətta bu eksprementin keçirildiyini belə unudub. Sonda məlum olur ki, Okabe, doğrudan da, bu rəqəmləri keçmişə göndəribmiş, amma Lukanın rəqəmlərdən birini səhv etdiyindən uda bilməyiblər. Suzuha ilə qısa dialoqdan sonra Okabe belə nəticəyə gəlir ki, o, keçmişə göndərdiyi loteriya nömrələrindən sonra Lukaya loteriya bileti almağı məsləhət edib. Və o zaman dünya xətti dəyişib, Okabe eksprementi keçirməyib, hər kəsin yaddaşında buna uyğun olaraq dəyişiklik olub. Amma Okabe niyə ancaq onun bunu xatırladığını anlamır. Okabe Taytor onunla əlaqə saxlayır, Taytor ona deyir ki, onun əlində onu məshih edəcək və antiutopik gələcəyi dəyişdirəcək güc ola bilər. 
8 "Xaos nəzəriyyəsi Homeostaz I"
"Mugen no Homeosutashisu" (夢幻のホメオスタシス) 
25 may 2011[6]
Okabe Daru və Kurisuya dünya xətlərinin yerdəyişməsinin təbiəti başa salır və dünya xətləri arasındakı dəyişiklikləri xatırlaya bilən yeganə şəxsin o olduğunu başa salır. Okabe təcrübələrə davam etməyə qərar verir. Kurisunun D-poçt göndərməsi təklif olunur, amma əvəzində Moeka göndərir. D-poçt göndərildikdə Okabe heç kimin Moekanı tanımadığı dünya xəttinə düşür. Növbəti gün Luka laboratoriyaya gəlir və xahiş edir ki, onun qız kimi doğulmasını təmin edəcək D-poçt göndərsinlər. Doğumdan əvvəl müyyən şeyləri yeməklə uşağın cinsiyyətini müəyyənləşdirmək haqqındakı şəhər əfsanəsindən istifadə edərək Lukanın anasının peycerinə məktub göndərirlər. Okabe yenə başqa dünya xəttinə düşür, Lukada əsaslı dəyişiklik görmür və nəyin dəyişdiyi ilə maraqlanır. 
9 "Xaos nəzəriyyəsi Homeostaz II"
"Gensō no Homeosutashisu" (幻相のホメオスタシス) 
1 iyun 2011[6]
Okabe Daru ilə mikrodalğalı soba ilə bağlı müzakirə apararkən Feyris onları eşidir və bu alətlə maraqlanır. Daha sonra, Okabe Moekanın göndərdiyi D-poçtun nəticəsi kimi IBN 5100-ün itdiyini və ilk yerində olmadığını öyrənir. Kurisu keçmişə göndərilmiş bir neçə D-poçtun keçmişdə kiçik dəyişikliklər yaratdığını və kəpənək effekti əmələ gətirdiyini irəli sürür. IBN 5100-ün Lukanın məbədində olmadığını öyrəndikdən sonra Okabe Moeka ilə qarşılaşır, amma Moekanın IB 5100-ün harda olduğunu bilmədiyini görür. Okabe Mayurinin indiki dünya xəttində Moekanı tanıdığını öyrənir, beləliklə, Kurisunun nəzəriyyəsi təsdiqlənmiş olur. Okabe, Daru və Mayuri Feyrisi görməyə gəlirlər. Onun əsl adının Rumiho Akiha olduğunu və ailəsinin Akihabaranın sahibi olduğunu öyrənirlər. Feyris qeyd edir ki, onun ailəsi IBN 5100-ü bir zamanlar ilk olduğu yerə bağışlamışdılar. Feyris 10 il keçmişə mesaj göndərməyin müqabilində informasiya verməyi təklif edir. Okabe həvəssiz təklifini qəbul edir və onu laboratoriyanın 7 nömrəli üzvü edir. Onlar Feyrisin evindən D-poçt göndərirlər və dünya xətlərinin yerdəyişməsi baş verir. Feyrisin atası peyda olur və Okabe ona IBN 5100 ilə bağlı sual verir, amma Feyrisin atası heç vaxt IBN 5100-ə malik olmadığını deyir. Feyrisin evini tərk edən Okabe Akihabara coğrafiyasının tamamilə dəyişdiyini, bölgədə anime mədəniyyətinin yox olduğunu müşahidə edir. 
10 "Xaos nəzəriyyəsi Homeostaz III"
"Sōsei no Homeosutashisu" (相生のホメオスタシス) 
8 iyun 2011[6]
Okabe Feyrisin göndərdiyi D-poçtun Akihabarada moe mədəniyyətinin yayılmasının qarşısını aldığını görür. Okabe onlar arasındakı dostluq münasibətlərinin niyə dəyişmədiyi ilə maraqlanır, laboratoriyada Lukanın göndərdiyi D-poçtun onun cinsiyyətini dəyişdiyini öyrənir. Daha sonra Okabe Suzuha ilə söhbət edir. Ondan öyrənir ki, Suzuha şəhərə atasını tapmaq üçün gəlibmiş, növbəti gün də tapa bilməsə, şəhəri tərk edəcək. Okabe onu laboratoriya üzvü edir və laboratoriyaya dəvət edir. Digər laboratoriya üzvləri onun üçün vida şənliyi hazırlayırlar, bu zaman Okabe kimsənin onu izlədiyinə dair mesaj alır. Daha sonra, Okabe Mayuri ilə alış-veriş edərkən dünya xətləri arasındakı fərqləri xatırlamaq qabiliyyətini uşaqkən əldə etdiyini xatılayır. Həmin gecə Suzuha şənliyə gəlmir və Okabeyə qısa əlvida mesajı göndərir. Okabe onu bütün gecə axtarır, amma tapa bilmir, qəzaya uğramış peykin isə yoxa çıxdığını görür. O, Suzuhanı izləmək barədə keçmişdəki özünə mesaj atır. Başqa dünya xəttinə düşür: bu dünya xəttində Suzuha Tokionu tərk etməyib. 
11 "Hadisə üfüqündə doqma"
"Jikū Kyōkai no Doguma" (時空境界のドグマ) 
15 iyun 2011[7]
Okabe kəşf edir ki, Mister Braunun elektrik dükkanındakı televizor "lift" rolunu oynayır: D-poçtlar ancaq televizor açıq ikən göndərilə bilər. Kurisu daha sonra insanların yaddaşını D-poçt tərzində keçmişə göndərməyin, beləcə də, insan şüurunun "zamanda sıçrama" edə biləcəyini fərz edir. Okabe və Mayuri Kurisuya lazım olan hissələri almaq üçün şəhərə çıxırlar. Yolda Okabe Mayuriyə zamanda sıçramanın D-poçt göndərməkdən daha təhlükəsiz olduğunu deyir. Çünki xaos nəzəriyyəsinə görə D-poçt göndərmək gözlənilməz nəticələrə səbəb ola bilər. Onlar Moeka, eləcə də, Suzuha ilə rastlaşırlar. Suzuha Kurisunun SERN üçün işlədiyini deyir, amma Kurisu bu iddianın yalan olduğunu bildirir. Kurisu Okabeyə atası haqqında danışır: Kurisu elm dünyasında daha bacarıqlı olduğuna görə atası onu qısqanır və ona nifrət edir. Okabe mağazadan qayıdanda mobil telefonuna təhdid dolu mətn və kəsilmiş baş şəklindən ibarət mesaj gəlir. Okabe həyəcan içində evə qaçır və Mayurini təhlükəsizlikdə görür. Daha sonra Daru laboratoriya üzvlərinə hansısa səbədən laboratoriyanın SERN-ə bağlandığını deyir. 
12 "Erqosferdə doqma"
"Seishi Genkai no Doguma" (静止限界のドグマ) 
22 iyun 2011[7]
13 "Metafizika nekrozu"
"Keijijō no Nekurōshisu" (形而上のネクローシス) 
29 iyun 2011[7]
14 "Fiziki nekroz"
"Keijika no Nekurōshisu" (形而下のネクローシス) 
6 iyul 2011[7]
15 "İtmiş keçid nekrozu"
"Bōkanjō no Nekurōshisu" (亡環上のネクローシス) 
13 iyul 2011[8]
16 "Qurbanlıq nekroz"
"Fukagyaku no Nekurōshisu" (不可逆のネクローシス) 
20 iyul 2011[8]
17 "Kompleks etmək"
"Kyozō Waikyoku no Konpurekkusu" (虚像歪曲のコンプレックス) 
27 iyul 2011[8]
18 "Fraktal Androqiniya"
"Jiko Sōji no Andorogyunosu" (自己相似のアンドロギュノス) 
3 avqust 2011[8]
19 "Sonu olmayan apoptoz"
"Mugen Rensa no Apotōshisu" (無限連鎖のアポトーシス) 
10 avqust 2011[8]
20 "Apoptozu yekunlaşdırmaq"
"Ensa Danzetsu no Apotōshisu" (怨嗟断絶のアポトーシス) 
17 avqust 2011[9]
21 "Ərimə paradoksu"
"Ingaritsu no Meruto" (因果律のメルト) 
24 avqust 2011[9]
22 "Ərimiş olmaq"
"Sonzai Ryōkai no Meruto" (存在了解のメルト) 
31 avqust 2011[9]
23 "Ştayns Qeyti açmaq"
"Kyōkaimenjō no Shutainzu Gēto" (境界面上のシュタインズゲート) 
7 sentyabr 2011[9]
24 "Uğur anı"
"Owari to Hajimari no Purorōgu" (終わりと始まりのプロローグ) 
14 sentyabr 2011[10]
OVA "Eqoist poriomaniya"
"Ōkō Bakko no Poriomania" (横行跋扈のポリオマニア) 
22 fevral 2012
23β "İtmiş keçidi açmaq"
"Kyōkaimenjō no Misshingu Rinku" (境界面上のミッシングリンク) 
2 dekabr 2015[11]

Steins;Gate: Sōmei Eichi no Cognitive Computing (ONA, 2014)

[redaktə | mənbəni redaktə et]
Başlıq Yayımlanma tarixi
1 "Aşpazlıq fəsli"
"Kukkingu-hen" (クッキング編) 
14 oktyabr 2014[12]
Makise və Mayuri qızardılmış toyuq hazırlamağa çalışırlar. Bunun üçün İdraki kompüter əsasında işləyən Oopanın köməyindən istifadə edirlər. Oopa onlar üçün lazım olan inqredientləri tapır. Beləliklə, onlar laboratoriyada olan şeylərlə dadlı yemək hazırlayırlar. 
2 "Naviqasiya fəsli"
"Nabigēshon-hen" (ナビゲーション編) 
21 oktyabr 2014
Okabe və Kurisu bir-biriləri ilə mübahisə etdikdən sonra Oopadan istifadə edərək evə gedərkən bir-biriləri ilə qarşılaşmayacaqları marşrut seçirlər. Oopa onlar üçün uzun yol seçir, amma onlar yenə bir-biriləri ilə qarşılaşırlar. 
3 "Dəb fəsli"
"Fasshon-hen" (ファッション編) 
4 noyabr 2014
Okabe və Darunun həmişə eyni paltar geyindikləri aşkar olduqdan sonra Kurisu Oopadan istifadə edərək onların hobbilərinə və şəxsiyyətlərinə uyğun gələn yeni geyimlər axtarmağa başlayır. 
4 "Görüş fəsli"
"Kaigi-hen" (会議編) 
11 noyabr 2014
Ev sahibi Mister Braundan olan narazıçılığa görə Oopa laboratoriya üzvləri arasında yeni laboratoriyaya köçmək barədə müzakirə açır. Bu isə Okabenin təşvişinə səbəb olur. 
  1. "Steins;Gate's Unaired Episode Promo Video Streamed - News". Anime News Network. 2012-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5mart 2016.
  2. "Funimation Adds Deadman Wonderland, Steins;Gate, More (Updated) - News". Anime News Network. 2016-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
  3. "Steins;gate". Funimation. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
  4. "Steins;gate" (Japanese). Web Newtype. March 11, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
  5. 1 2 3 4 "Steins;gate" (Japanese). Web Newtype. May 4, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
  6. 1 2 3 4 5 "Steins;gate" (Japanese). Web Newtype. May 13, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
  7. 1 2 3 4 "Steins;gate" (Japanese). Web Newtype. June 10, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
  8. 1 2 3 4 5 "Steins;gate" (Japanese). Web Newtype. July 9, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
  9. 1 2 3 4 "Steins;gate" (Japanese). Web Newtype. August 10, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
  10. "Steins;gate" (Japanese). Web Newtype. October 1, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
  11. ANN. "Steins;Gate Anime's Rebroadcast Takes Different Route" (ingilis). 2015-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2016.
  12. ANN. "New Steins;Gate Anime Shorts Promote IBN's Next-Generation Computing" (ingilis). 15 oktyabr 2014. İstifadə tarixi: 12 mart 2016.