Ağ qızılbalıq (lat. Stenodus leucichthys) — xordalılar tipinin kosmopolit növü olub, qiymətli vətəgə balığıdır.
Ağ qızılbalıq | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Klad: Dəstəüstü: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Ağ qızılbalıq |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Başı balacadır, ağzı orta ölçüdədir, alt çənə üst çənədən bir qədər uzun olur. Pulcuqları iridir, yan xətt orqanında onların sayı 120 dən azdır. Bədəninin rəngi gümüşüdür. Qəlsəmə dişciklərinin sayı 19-26 (22.7), qəlsəmə şüaları 8-11, fəqərələri 65-68 ədəd arasında dəyişir. Uzunluğu 120.0 sm, kütləsi 12.0-kq-a qədər olur.[2]
Yarımkeçici balıq olub, yay fəslində dənizin (Xəzərin) orta və cənub hissəsinin 20-50 m dərinliyində yaşayır, çoxalmaq üçün çayların, xüsusilə Volqa çayının ən yuxarı hissələrinə qalxır. Əksər fərdləri 8-10 ilədək yaşayır. Yırtıcı balıqdır. Erkən yaşlarında yırtıcılıq həyatı keçirməyə başlayır. Azərbaycan sahilində kilkə və aterina, payız- qış aylarında külmə, sıf, xul balıqlarının körpələri ilə qidalanır.Az saylıdır. Yırtıcı olub, balıq körpələri, cücü sürfəsi, mizidlərlə qidalanır. Bədənin uzunluğu 30 sm-ə çatdıqdan sonra yırtıcı həyat tərzinə keçir – başqa balıqların körpələri ilə qidalanır. Yaşlı balıqların qidasını çəkikimi, xanıkimi, balıqlar, xullar təşkil edir.[3]
Çoxalması oktyabr-noyabr aylarında Volqa və Ural çaylarında müşahidə edilir. Qızılbalıqdan fərqlə olaraq Ağ qızılbalıq kürü tökdükdən sonra dənizə qayıdır.Erkək fərdlər 4-5, dişi fərdlər 5-6 yaşında cinsi yetkinliyə çatırlar. Fərdi inkişaf forması: rüşeym, sürfə, körpə, yetkin fərd.İki cinsli olub, kürü tökməklə çoxalır. Reproduktivliyin forması: kürü şəklində olur. Bir dəfəlik reproduksiyanın sayı: 104.5-400 min ədəd kürü, Reproduktivliyin periodu oktyabr-yanvar, reproduktivliyin müddəti 180 gün, generasiyanın sayı: ömrü boyu 2, az hallarda 3 dəfə olur. [4]
Dünyada bir növlə təmsil olunmuşdur. Azərbaycanda Xəzər dənizinin şimalında yayılmışdır. Az miqdarda Orta Xəzərdə, Yalama-Xudat,Siyənək vətəgələrində rast gəlinir.Təbiətdə nəsli kəsilib
Ekoloji əhəmiyyəti: məlum deyil. Sosial-iqtisadi əhəmiyyəti qiymətli vətəgə və qida əhəmiyyətlidir. Elmi-mədəni əhəmiyyəti mühüm elmi-təkamül əhəmiyyəti daşıyır. Ziyanvericilik xüsusiyyətləri vətəgə əhəmiyyətli balıqların körpələrini yeməklə ziyan vurur.Qiymətli vətəgə balığıdır.Təbii kürüləmə yerləri bərpa olunmalı, mühafizəsi gücləndirilməli, süni artırılmasının miqyası genişləndirilməlidir. Biomüxtəlifliyin bir kompanenti olub, su cücülərinin, mizidlərin populyasiyasının tənzimlənməsində iştirak edir. BTMİ "Qırmızı Kitabına" daxil edilib.