Stolüstü oyun

Şahmat və ona oxşar masaüstü oyunlar əsrlər boyunca çox yayımlanmış idi (Tampliyer cəngavərləri şahmat oynuyur, Libro de los juegos, 1283)

Masaüstü oyun — masa və ya başqa düz səthin üzərində oynanılan oyun. Məsələn, lövhə oyunları, kart oyunları, zər oyunları və s..[1][2]

Ən qədim masaüstü oyunu sayılan tapıntı Türkiyənin Siirt ilində yerləşən Başur tellində (e.ə. 5000) aşkar olunmuş 49 zərdir.[3] Bundan erkən olan tapıntılar tarixdən əvvəlki dövrünə aid olan zərlərə oxşar talus sümükləridir. Ehtimal olunur ki, bu cür sümüklər də oynamaq üçün işlənilirdi və onlar zərlərin əcdadlarıdır.[4]

Tapılan bütün ən erkən lövhə oyunlarıda zər işlənilirdi və onlar iki oyunçu üçün nəzərdə tutulurdu.[5] Onların ən erkəni Misirdə tapılan senet oyunudur. Senet sülalə əvvəl və I sülalə dövrlərinə (e.ə. 3500-3100 arası) aid dəfn məkanlarında aşkar olunub və bundan əlavə, ona istinadlar e.ə. 3100 dövrünə aid heroqlif mənbələrində var.[6]

Masaüstü oyunlar ümumi formalarına və ya işlənilər alətlərinə görə təsnif oluna bilər:[7]

Kateqoriya Nümunələri
Lövhə oyunları səyyahət lövhə oyunları, oyun kitabı, nərd, şahmat, alman üslubu lövhə oyunları, qo, reversi
Kart oyunları pasyans, kolleksiya kart oyunları, hanafuda, Taro kart oyunları, poker
Zər oyunları bunko, krəps, zərli poker, sik bo
Kağız və karandaş oyunları Dəniz döyüşü, qomoku, nöqtələr və kvadratlar, asmaca, cücərti, sudoku
Rol masaüstü oyunu Zindanlar və əjdahalar, Pathfinder Roleplaying Game
Strategiya oyunları hərbi oyunlar, siyasi simulyasiya, miniatür oyunlar
Daş oyunları 15 oyunu, anaqram, domino, macon

Masaüstü oyunlar həmçinin deterministik və ya stoxastik olur. Deterministik (və ya abstrakt strategiya) oyunlarıda, oyunun nəticəsi oyuncuların hərəkətləridən aslıdır.[8] Stoxastik oyunlarıda isə oyun nəticcəsi qismən təsadüfdən aslıdır.[9] Bundan əlavə, oyunlar nəzəriyyəsinə görə, oyunlarda məlumat tam şəkildə və ya nisbətən verilə bilər. Tam məlumatlı oyunlarda oyunçuların oyunun ilk addımıdan bəri keçmişdə baş verən bütün hərəkərləri haqqında məlumatı olur (məsələn, bütün oyunçuların əvvəldən başlayaraq hansı kartları var).[10][11][12][13]

Tam məlumatlı Məlumat tam şəkildə verilmir
Deterministik
Stoxastik
  1. "Collegiate Association of Table Top Gamers". 2 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2015.
  2. "TGN FAQ". Tabletop Gaming News. May 10, 2008. 11 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2015.
  3. Lorenzi, Rossella. "Oldest Gaming Tokens Found in Turkey". Discovery News. 14 August 2013. 19 August 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 October 2022.
  4. Koerper and Whitney-Desautels; Astragalus bones, Artifacts or Ecofacts?, http://www.pcas.org/vol35n23/3523koerper.pdf Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine
  5. Park, William. "The ancient invention that ignited game play". www.bbc.com (ingilis). 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-18.
  6. Piccaione, Peter A. In Search of the Meaning of Senet Arxiv surəti 18 sentyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 18 sentyabr 2008 at the Wayback Machine
  7. "What is Tabletop?". Amelia Con. 27 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2015.
  8. "Abstract_Games". BoardGameGeek. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
  9. "A Course in Stochastic Game Theory". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
  10. Osborne, M. J.; Rubinstein, A. Chapter 6: Extensive Games with Perfect Information // A Course in Game Theory. Cambridge, Massachusetts: The MIT Press. 1994. ISBN 0-262-65040-1.
  11. Khomskii, Yurii. "Infinite Games (section 1.1)" (PDF). 2010. 2016-09-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-25.
  12. Archived at Ghostarchive and the Wayback Machine: "Infinite Chess". PBS Infinite Series. March 2, 2017. Perfect information defined at 0:25, with academic sources Şablon:ArXiv and Şablon:ArXiv.
  13. Mycielski, Jan. Games with Perfect Information // Handbook of Game Theory with Economic Applications. 1. 1992. 41–70. doi:10.1016/S1574-0005(05)80006-2. ISBN 9780444880987.