Strepsirrhini

Yaşburunlar (lat. Strepsirrhini) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinə aid heyvan yarımdəstəsi.

Yaşburunlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

6 fəsiləsi, 50 növü əhatə edən 26 cinsi var. Bədənlərinin ölçüsü 13 sm dən 70 sm-dək, kütləsi 60—100 q-dan 2 kq-dək olur. Əksəriyyətinin quyruğu uzun, lorilərin quyruğu qısa, bəzən də quyruqsuz olur. Ön ətrafı arxa ətrafından qısadır. Əl va pəncə barmaqları əsasən hərəkətlidir. Baş barmaq əli yumduqda o biri barmaqlara çatır. Tükləri sıxdır. Beynində qırış pa şırımların miqdarı azdır. Afrika tropiklərində, Madaqaskarda, həmçiiin AsiyadaMalayya arxipelaqı adalarında yayılmışdır. Ağacda yaşayırlar. 1—3 bala doğur. Bir çox növlərinin sayı (xüsusilə Madaqaskarda) kəskin surətdə azalır.

  • ASE, V cild, Bakı, 1981, səh. 87