Stylodipus telum

Stylodipus telum (lat. Stylodipus telum) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin ərəbdovşanlar fəsiləsinin stylodipus cinsinə aid heyvan növü.

{{{latin}}}
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adı[redaktə | mənbəni redaktə et]

Bu növün sinonimiyasına daxil olan Dipus halticus (Brandt, 1844) adının nomenklatura statusu yoxdur. Allactaga (Allactaga sibirica Forster) formalarından birinə istinad edərək Dipus halticus Illiger, 1825 adının səhv istifadə edilməsini təmsil edir.

Areal[redaktə | mənbəni redaktə et]

Bu canlılar əsasən Çin, Qazaxıstan, Türkmənistan, Ukrayna, ÖzbəkistanRusiya ərazisində yaılmışlar. Rusiyanın Don çayı hövzəsində yerləşən qumluqlarda, Qərbi Xəzərönündən Zaysan dağ arası çökəkliyinə və İrtış çayının sağ sahilinə qədər ki, ərazilərdə görülürlər.

Xarici görünüş[redaktə | mənbəni redaktə et]

Bu canlıların uzunluğu 9–12 sm, arxa ayaqlarının uzunluğu isə 4,6–5,1 sm təşkil edir. Başı yuvarlaq, ağız qısaldılmış formadadır. Qulaqları nisbətən kiçikdir. Arxa ayaqları üç barmaqlıdır. Quyruqlarının ucunda tünd rəngdə kiçik bir "fırça" meydana gəlir. Üzərilərinin rəngi qəhvəyi-bozdan qırmızımtıl-qəhvəyi rəngdədir. Qarınları ağdır. Qarmaqların altındakı tüklər qaramtıldır.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Qaranlıqda aktivdirlər. Zəif qaçır, alçaq hündürlüyə sahib bitki örtüyü arasında gizlənməyə üstünlük verirlər. Soyuqlar düşən zaman qış yuxusuna gedirlər, mövsümün başlaması artan istiliklə ilə ortaya çıxırlar. Oyuqlarda yaşayırlar. Bu oyuqların girişlərin sayı 1-dən 6-ya qədərdir. Dişilərdə boğazlıq martın ortalarından avqustun ortalarına qədər baş verir. Apreldə "zirvə" müşahidə olunur.

Statusu[redaktə | mənbəni redaktə et]

Stylodipus telum geniş çeşiddə və ehtimal olunan böyük sayda başa malikdirlər. Qarşılaşdığı əsas təhlükə çölün kənd təsərrüfatına cəlb olunmasıdır. Sayının yavaşca azaldığına inanılır, lakin Beynəlxalq Təbiəti Qoruma Birliyi onun qorunma vəziyyətini "ən az qayğı tələb edənlər" kimi qiymətləndirmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2002.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax[redaktə | mənbəni redaktə et]