Subyektin özünüidarəetmə identifikasiya kodu (alm. Amtlicher Gemeindeschlüssel) — bəzi ölkələrdə (Almaniya, Avstriya, İsveçrə) şəxsi idarəetmə subyektin birmənalı şəkildə müəyyənləşdirmək üçün istifadə olunan rəqəmsal ardıcıllıq.
Regionları müəyyənləşdirmək üçün istifadə olunan digər sistemlər də mövcüddur (poçt indeksi, NUTS).
Almaniyada identifikasiya kodları əsasən statistik məqsədlər üçün istifadə edilir və dövlətin statistik orqanları onları vermək üçün məsuliyyət daşıyırlar.
Almaniyada identifikasiya kodu 8 rəqəmdən ibarətdir. İlk İki rəqəmi torpaq, üçüncüsü — inzibati rayon. İnzibati rayonlar olmadığı torpaqlarda üçüncü rəqəm 0 təşkil edir. Dördüncü və beşinci rəqəmlər rayonun və ya şəhərin torpaq tətərfdən idarə edilməsinin, altıncı, yeddinci və səkkizinci — yerli hökumətin aktual subyektini özünüidarəetməni göstərir.
08 1 11 000 — Ştutqart
Federativ dövlətlər şimaldan cənuba (1-9), Almaniyanın Federativ Respublikasına (10) və əlifba sırasına (11-16) qoşulma xronoloji qaydada verilir.
Avstriyanın identifikasiya kodu 5 rəqəmdən ibarətdir. İlk rəqəm federal dövləti (əlifba sırası ilə), ikinci və üçüncü — rayon, dördüncü və beşinci — yerli hökumətin aktual subyektini özünüidarəetməni göstərir.
3 25 21 — Rappottenştayn