Həzrə (Qusar)

Həzrə və ya Yargun (ləzg. Яргун)Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.

Həzrə
41°30′45″ şm. e. 48°15′17″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qusar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub XV əsr
Mərkəzin hündürlüyü 660 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.356 nəf.
Xəritəni göstər/gizlə
Həzrə xəritədə
Həzrə
Həzrə
Həzrə xəritədə
Həzrə
Həzrə

Tarixi :Əsası XV əsrdə qoyulmuş Həzrəti Seyx Cünet adına

[redaktə | mənbəni redaktə et]

Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Qusar maili düzənliyindədir.

Kənd Qusar maili düzənliyindədir. Keçmiş adı Quryan olmuşdur. Yaşayış məntəqəsinin adı ərəb dilindəki həzr (ocaq, pir) sözü ilə bağlıdır. Oykonim kəndin ərazisindəki məscidlə və bu məsciddə dəfn edilmiş Şeyx Cüneydin qəbri ilə əlaqədardır. Qızılbaş tayfalarına arxalanan Şeyx Cüneyd (1447-60) "din uğrunda mübarizə" şüarı ilə Dağıstana hərbi yürüşlər təşkil edirdi. 1460-cı ildə Samur çayı sahilində, bu kəndin yerində Şirvanşah I Xəlilullahın (1417-62) qoşunları onu məğlub etdi, Şeyx öldürüldü. Şiələr Şeyx Cüneydi orada dəfn etdilər. Səfəvilər hakimiyyətə keçdikdən sonra 1544-cü ildə Şeyx Cüneydin qəbri üstündə məscid tikdirmişdilər. Sonralar Səfəvi I Təhmasibin (1524-76) orada saldığı kənd də Həzrə adlandırılmışdı.[1]

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1454 nəfər əhali yaşayır.[2]

Arxeoloji abidələrdən e.ə. I minilliyə aid kurqan var. Memarlıq abidələrindən Şeyx Cüneyd türbəsi mühafizə olunmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629