Jagdtiger (Sd.Kfz.186) (Azərbaycanca ovçu pələng) Nasist Almaniyasının ordusu olan Vermaxt tərəfindən İkinci Dünya müharibəsində istifadə edilmiş “Royal Tiger” tanklarının şassisi üzərində yaradılmış (Almanca Jagdtiger) tank qatilidir. Ayrıca olaraq ikinci dünya müharibəsində istehsal edilmiş olan ən ağır zirehli müharibə maşınıdır.
Jagdtiger | |
---|---|
| |
Tipi | tank qatili |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1947 |
İstifadə edilən döyüşlər | İkinci Dünya müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1943 |
İstehsalçı |
Nibelungenwerk (Steyr-Daimler-Puch) |
İstehsal illəri | 1944-1945 |
İstehsal sayı | 88 ədəd |
Xüsusiyyətləri | |
Ağırlığı | 71.7 ton |
Zireh | 250 mm |
Mühərrik |
V-12 Maybach Maybach HL230 700 hp |
Əsas silah | 1 x 12.8 sm-lik PaK 44 L/55 (40 mərmi) |
Köməkçi silah | 1 x 7.92 mm-lik MG 34 yüngül pulemyotu (3300 mərmi) |
Uzunluğu | 10.65 metr (top daxil olmaqla) |
Eni | 3.6 metr |
Hündürlüyü | 2.8 metr |
Ekipaj | 6 nəfər (tank komandiri, radiorabitə operatoru, atıcı, sürücü, iki yükləyici) |
Vikianbarda əlaqəli mediafayllar |
Əsas silahı: 1 x 12.8 sm-lik PaK 44 L/55 (40 mərmi)
Köməkçi silahı: 1 x 7.92 mm-lik MG-34 pulemyotu (3300 mərmi)
Mühərriki: V-12 Maybach Maybach HL230 Mühərrik gücü: 700 at gücü
Mühərriyin güc nisbəti: 9,21 at gücü/ton
Asqı təchizatı: yaylı bar.
Hərəkət mənzili: 120 km
Sürəti: 34 km/saat
305004 seriya nömrəli texnika Böyük Britaniya da (Bovinqton tank muzeyində), 305020 seriya nömrəli texnika ABŞ da (Aberdeen Proving Ground), 305083 seriya nömrəli texnika Rusiya da (Kubinka tank muzeyi) qalmışdır.
150 ədəd Jagdtigers sifariş edilməsinə baxmayaraq sadəcə olaraq 88 ədəd istehsal etmək mümkün olmuşdur. 11 dənəsindən seriya nömrələri 305001, 305003 və 305012 yə qədər olanlar Porsche markalı asqı ilə və geri qalanları isə Henschel markalı asqı ilə istehsal edilmişdir. İstehsalına çox gec başlanan bir texnika olmuşdur. Müharibənin sonuna doğru bir çoxunun istehsalı xammal çatışmazlığına görə tamamlanmadı.
Jagdtiger modeli model olaraq çox böyük idi və müttəfiq ordusunun əsgərləri bu texnikandan çox qorxmuşdular. Ancaq bu texnikalar xam maddə və insan gücünün boş-boşuna sərf edilməsinə səbəb olmuşdur. Bu texnikaların yerinə Jagdpanther, ya da Tiger II modelindən istehsal etmək olardı. Hər nə qədər Hitler bu texnikaya çox güvənsə də, azsayda istehsal edilməsi səbəbinə görə bunlar müharibədə bir o qədər də təsirli ola bilməmişdilər.
İstehsal tarixlərinə görə sayları və nömrələri:
Sadəcə olaraq 512 və 653 nömrəli iki ağır tank qatili taboru (schwere Panzerjäger-Abteilung), Jagdtigers ilə təchiz edilə bilindi. İlk texnika, 1944- cü ilin noyabr ayında xidmətə girdi. Təxminən 20%-i tapşırıqların icrası müddətində məhv edilmişdirlər. Geriyə qalmış texnikalar ya mexaniki qüsurları səbəbindən, ya da ki, yanacaqlarının bitməsi səbəbindən ekipajı tərəfindən tərk və ya məhv edilmişdirlər. İstifadə edilən sursatı iki hissədən ibarət idi və iki nəfərlik yükləyici tərəfindən döyüşə hazır vəziyyətə gətirilirdi. Sursatı birinci yerləşdirilən içində partlayıcı olan başlıq hissə və arxasından da bunu itələyən atıcı kapsuldan formalaşırdı. Bu səbəbdən də topun doldurma müddəti uzanır və tankın atəş intensivliyi aşağı düşürdü. Topdan atəş açıldıqdan sonra meydana gələn duman həm texnikanın yerinin asanlıqla müəyyənləşdirilməsinə səbəb olurdu, həm də ekipajı bir müddətlik kor edirdi.