Suriya Ərəb Krallığı (ərəb. المملكة العربية السورية) — rəsmi olaraq sadəcə dörd ay (8 mart–24 iyul 1920) mövcud olmuş, tanınmamış, qondarma dövlət.[1][2] Suriya Ərəb Krallığı ərəb milliyətçiləri tərəfindən ikinci müasir ərəb dövləti (Hicaz Krallığından sonra) sayılır. Qısaömürlü krallıq Şərif Hüseynnin oğlu Feysəl ibn Hüseyn tərəfindən idarə olunurdu. Böyük Suriya (və ya Levant) torpaqlarına olan ərazi iddialarına baxmayaraq, Feysəlin hökuməti yalnız məhdud bir əraziyə hökm etmişdir və Fransa kimi Böyük Suriya fikrinə qarşı çıxan və krallığı tanımaqdan imtina edən Böyük Britaniyadan asılı idi. Krallıq Fransanın silahlı qüvvələri nə 24 iyul 1920-ci il tarixində təslim olmuşdur.[3][4]
Müstəqil dövlət | |||||
Suriya Ərəb krallığı | |||||
---|---|---|---|---|---|
ərəb. المملكة العربية السورية əl-Məmləkə əl-Ərəbiyyə əs-Suriyyə | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Dəməşq | ||||
Rəsmi dilləri | Ərəb dili | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Sülalə | Haşimilər | ||||
Dövlət başçıları | |||||
Kral | |||||
• | I Feysəl | ||||
= Baş nazir | |||||
• 1918 – 1920 | Əli Rida Başa ər-Rikabi | ||||
• 1920 | Həşim əl-Atasi | ||||
Tarixi | |||||
• 1918 | I Feysəlın tacqoyma mərasimi | ||||
• 23 iyul 1920 | Maysalun döyüşü | ||||
• 24 iyul 1920 | Dəməşqin alınması | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Suriya Ərəb Krallığının yaradılmasının əsas amilləri Ərəb üsyanı və Makmahon–Hüseyn məktublaşmaları idi. Hüseyn–Makmahon məktublaşmalarına əsasən, Britaniya ərəblərin Osmanlı İmperiyasına qarşı üsyan qaldırmaqlarının əvəzində bir Ərəb Krallığı vəd edirdi.[5] Britaniya ərəblərə bir dövlət vəd etdiyi zaman, Fransa ilə Says-Piko sazişini də imzalayırdı. Says-Piko sazişinin həyata keçirilməsi Suriya Ərəb Krallığının məhvinə gətirib çıxarırdı. Ərəb üsyanının ərəb xalqına olan əhəmiyyətinə baxmayaraq, o dövrdə Ərəb Krallığı və ya Ərəb Krallıqlarına fikrinə xeyli inamsızlıq, hətta müxalifət belə var idi.
Bu, Fransa və Britaniyanın məcburi şəkildə bir üsyan qaldırılmasının və müasir standartlara görə kukla dövlət sayılan qurumların yaradılmasında çox böyük təsirləri olması ilə əlaqədar idi.[6] Tənqidçilər və tarixçilər xarici dövlətlərin həqiqi ərəb milliyətçilər yerinə imperatorun təyin etdiyi namizədlər – ərəb şeyxləri tərəfindən idarə ediləcək olan bir dövlətin Hicaz Krallığı və İraq Krallığı kimi erkən Haşimi krallıqlarının qısaömürlü olmasının əsas səbəbi olduğunu iddia edirlər. Bəzi tarixçilər və tənqidçilər Məkkə Şərifinin ailəsinin – Haşimilərin Osmanlı Sultanına qarşı bir üsyan qaldırmasının ərəb xalqına verilmiş bir lənət, anafema olduğunu iddia edirlər.[6]
Birinci Dünya müharibəsi zamanı Osmanlı qüvvələrinin müasir Suriya torpaqlarında məğlub olmasından sonra Edmund Allenbinin rəhbərliyindəki Britaniya qoşunlarının Şərif Hüseynin oğlu Feysəl ibn Hüseyn ilə birlikdə 1918-ci ildə Dəməşq şəhərinə daxil olmuşdur. Feysəl burada – Dəməşq şəhərində, 1918-ci ilin oktyabr ayında ilk ərəb hökumətini qurmuş və Əli Rida Başa ər-Rikabini hərbi qubernator təyin etmişdir.
Fransa ordusu ilə uzun müddətli və qanlı bir müharibədən narahat olan Feysəl 1920-ci ildə təslim olmuşdur. Lakin, Müdafiə Naziri Yusif əl-Əzmə kralın əmrinə məhəl qoymamış və kiçik bir ordu ilə Suriyaya irəliləyən Fransa ordusuna qarşı durmuşdur. Bu ordu fərdi silahlardan istifadə edirdi, buna görə də fransız artilleriyasına qarşı qalibiyyət ehtimalı yox dərəcəsində idi. Fransa ordusu Meysəlun döyüşündə həlledici bir qalibiyyət əldə etmişdir, əl-Əzmə isə döyüş zamanı həlak olmuşdur. Bu qalibiyyətdən sonra Fransa ordusu Dəməşq şəhərini mühasirəyə almış və 24 iyul 1920-ci il tarixində işğal etmişdir. Bunu nəticəsində Suriya və Livanda fransız mandatı yaradılmışdır.[7]