Törə Zeynalova

Törəxanım Zeynalova (1895, Bakı1974, Bakı) — aktrisa.

Törəxanım Zeynalova
Digər adı Törə Zeynalova
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti Aktrisa

Törəxanım Zeynalova 1895-ci ildə Bakıda İçərişəhərdə dünyaya gəlib. Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Amma Törə xanım özünü aktrisa kimi də sınamış, filmlərdə epizodik rollara çəkilmişdir. O, filmdə özünü, öz hislərini oynayırdı. Onun ən yaddaqalan obrazı "Uşaqlığın son gecəsi" filmindəki nənə obrazıdır.

  1. Bakılılar (film, 1938)
  2. Əsl dost (film, 1959)
  3. Gün keçdi (film, 1971)
  4. Kəndlilər (film, 1939)
  5. Qaraca Qız (1966)
  6. Qızıl qaz (film, 1972)
  7. Mollanın sərgüzəşti (film, 1960)
  8. Poçt qutusu (film, 1967)
  9. Şərikli çörək (film, 1969)
  10. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  11. Uşaqlığın son gecəsi (film, 1968)