Kəndlilər — rejissor Səməd Mərdanovun filmi.[1]. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[2].
Müsavat hökumətinin süqutu ərəfəsində kəndlilər arasında bolşevik təbliğatı bəylərə qarşı üsyanla nəticələnir. Film Azərbaycanda gedən inqilabi hərəkatdan, XI Qızıl Ordunun fəal iştirakı ilə bolşeviklərin hakimiyyəti öz əllərinə keçirmələrindən danışır.
- Film rejissor Səməd Mərdanovun bədii kinoda ilk və son müstəqil işidir.
- Film aktyor İsmayıl Osmanlının kinoda ilk işidir.
- Film aktyor Məmmədrza Şeyxzamanovun kinoda ilk işidir.
- Filmin ən məşhur səhnələrindən biri Möhsün Sənaninin iştirak etdiyi sərxoşlar səhnəsidir. Bu səhnənin inandırıcı alınmasının səbəbi odur ki, aktyor rejissor Səməd Mərdanovun təkidi ilə araq içməli olur və həqiqətən sərxoş olur. Aktyoru sərxoş edən rejissor bu səhnəni bir dubla çəkir. Həmçinin bu kadrlar kinostudiyanın pavilyonunda çəkilmişdir.
- Film ekranlara çıxmamış rejissor vəfat etmişdi.
- Ssenari müəllifi: Georgi Mdivani
- Quruluşçu rejissor: Səməd Mərdanov (debüt)
- Quruluşçu operator: Dmitri Feldman
- Operator: Əsgər İsmayılov, Muxtar Dadaşov
- Bəstəkar: Niyazi
- Quruluşçu rəssam: Viktor Aden, G.Əliyev
- Səs operatoru: Ağahüseyn Kərimov
- Operator assistenti: N.Petrov, V.Bekker
- Qrim rəssamı: Georgi Parisaşvili
- Rejissor assistenti: Məmməd Əlili, Aleksandr Popov, A.İslamzadə, Əlisəttar Məlikov
- Montaj üzrə assistent: A.Strijova
- Rejissor köməkçisi: Lətif Səfərov
- Filmin direktoru: Teymur Hüseynov
- Mahnıların mətni: Rəsul Rza
- Ələsgər Ələkbərov — Aşıq Göydəmir
- Mustafa Mərdanov — Təhməz; Menşevik
- Rza Darablı — Hacı Həsən
- Boris Baykov — Petra
- Rza Əfqanlı — Abbas
- Sidqi Ruhulla — pristav
- Əli Qurbanov — ağ saçlı
- Möhsün Sənani — Eldar
- Xeyri Əmirzadə — Mehmandar bəy
- Tamara İsgəndərova — Ülfət
- Mikayıl Mikayılov — bəy oğlu
- Atamoğlan Rzayev — Hacı Həsənin oğlu
- Əlisəttar Məlikov — Rəhim
- A.Voloxov — polkovnik
- İsmayıl Osmanlı — müsavatçı (debüt)
- Fateh Fətullayev
- Mirmahmud Kazımovski
- Törəxanım Zeynalova
- Məmmədrza Şeyxzamanov
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- "Azərbaycanın kino tarixindən..." ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30. — səh. 7.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 253.
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 31-40; 80.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.