Tündqırmızı yemişan

Yalançı yemişan (lat. Crataegus ambigua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Yalançı yemişan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İran, TürkiyəGürcüstanda yayılıb.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10-12 m, gövdəsinin diametri 20 sm, yarpağı tökülən ağacdır. Oduncağı ağır, bərk, cod və möhkəmdir. Budaqları bozdur, cavan budaqları çılpaq olub, tünd qırmızıdır, üzərində 1, 5 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları parlaq, açıq yaşıl rəngdədir, cavan yarpaqları azca tüklü, yaşlı yarpaqları isə çılpaqdır. Çiçəkləyən budaqların alt yarpaqları pazşəkilli, qısa saplaqlı, üç bölümlü, kənarları dişli, yuxarı hissəsi enli yumurtavari, uzunluğu 5-8 sm-dir. Çiçəkləməyən budaqların yarpaqları daha iri, əsas hissəsindən geniş pazşəkilli olub, 5-7 bölümlüdür. Çiçək qrupu 7-13 mm uzunluğunda, çiçək sapalğının üzərində yerləşir, çılpaqdır, diametri 8 sm-dir. Çiçəklərin diametri 2 sm-dir, kasayarpaqları yumurtavari iti ucludur, ətirlidir.Böyük, sulu və ətli meyvələri xoş dadlıdır. Şarvari, tünd qırmızı, 1-18 mm diametrində olmaqla, içərisində 2-5 iri toxumu vardır, çox vaxt birləşir.

İstiyə, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir. Kolluqlarda və yamaclarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da təbii halda rast gəlinir.

Kiçik əşyalar düzəltmək üçün istifadə edilir. Meyvələrindən mürəbbə hazırlanır və qurudulur. Meyvələri və çiçəkləri xalq təbabətində ürəyin tonuslandırıcı vasitəsi kimi və yüksək qan təziqinin müalicəsində çay və ya məhlul kimi istifadə edilir.

  1. The Plant List (ing.). 2010.