Gesner dağlaləsi (lat. Tulipa gesneriana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU C2a(ii). Nadir növdür.
Gesner dağlaləsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Gesner dağlaləsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxillik ot bitkisidir. Soğanağı yumurtaşəkilli, uzunsov, qonur rəngli qınla örtülüdür. Gövdə və çiçək saplağı qısadır. Yarpaqları 3 ədəd, enli neştərşəkilli, yaşılımtıl-göydür. Çiçəkyanlığı parlaq qırmızı, qaidəsində sarı ləkələr var; ləkələr sarı və ya qırmızı ləkəli sarıdır. Ləçəklər uzunsov-yumurtaşəkilli küt və təpə hissəsi örtüklüdür.
Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Aşağı və orta dağ qurşaqlarında, dağ bozqırlarında, otlu yamaclarda, daşlı-çınqıllı, qayalı yerlərdə yayılmışdır. Mezoksеrofitdir.
Naxçıvanın dağlıq rayonları (Ordubad rayonu, Nus-nus kəndi ərazisi).
Təbii ehtiyatı azdır. Əhali tərəfindən intensiv toplanması gələcəkdə azalma təhlükəsini ehtimal etməyə əsas verir.
Antropogеn, ekoloji və zoogen amillər.
Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.