Türkiyə Qırmızı Aypara Cəmiyyəti (türk. Türk Kızılayı , ing. Turkish Red Crescent) — Türkiyədəki ən böyük humanitar təşkilatdır və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir.
Türkiyə Qırmızı Aypara Cəmiyyəti TRCS | |
---|---|
türk. Türk Kızılayı , ing. Turkish Red Crescent | |
Növü | Xeyriyyə təşkilatı |
Fəaliyyəti | Humanitar yardım |
Yaranma tarixi | 1868 ("Hilâl-i Ahmer Cemiyeti" adı altında) |
Mərkəzi | Ankara, Türkiyə |
kizilay.org.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Təşkilat 1868-ci ildə Osmanlı İmperatorluğu dövründə yaradılıb, Krım müharibəsi zamanı Türk əsgərləri arasında ölüm və çətinliyin əsas səbəbi olan xəstəlik onların döyüşmələrinə mane olurdu. Bu təşkilat Qırmızı Aypara Cəmiyyətinin ilkin forması kimi fəaliyyət göstərdi və müsəlman dünyasında ən əhəmiyyətli xeyriyyə təşkilatlarından biri idi.[1]
Cəmiyyət şərtsiz yardım və xidmət göstərən mənfəətsiz, könüllü əsaslı sosial xidmət təşkilatıdır və xüsusi hüquqi müddəalarla tənzimlənən hüquqi bir qurumdur.[2][3][4]
Təşkilat 1868-ci il 11 iyun tarixində Osmanlı İmperiyası zamanı qurulmuş və "Hilâl-i Ahmer Cemiyeti" adlandırılmışdır.[2]
Daha sonra bu adları aldı:[2]
Rus-Türk müharibəsi ilə başlayaraq (1877–78), Türkiyə Qırmızı Aypara Cəmiyyəti Türkiyədəki mobil və sabit xəstəxanalar, xəstələrin daşanma xidmətləri, xəstəxana gəmiləri, təlim keçmiş tibb bacıları və könüllülər vasitəsilə bütün döyüş bölgələrində əsgərləri tibbi yardımla təmin etdi. Müharibədən zərər görümüş bütün mülki vətəndaşlara ölkə vətəndaşlıqlarından asılı olmayaraq humanitar yardım göstərmişdir. Türkiyədə baş verən təbii fəlakətlər zamanı fəlakətlərin verdiyi zərərlərin aradan qaldırılması və zərər çəkənlərə yardım istiqamətində fəaliyyət göstərmişdir. Beynəlxalq yardım və təhlükəsizlik tədbirlərində iştirak etmişdir.[2]
Aradan qaldırılmasına ayrdım etdiyi fəlakətlər aşağıdakılardır:[5]