Türkiye İzcilik Federasyonu (ing. Scouting and Guiding Federation of Turkey) — Türkiyə Milli izcilik Federasiyasıdır. [1]Federasiya 1950-ci ildən Ümumdünya Skaut Hərəkatı Təşkilatının, 1987-ci ildən isə Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyasının üzvüdür.[2]Türkiyə izcilik Federasiyasda 278 klub və 240160 min izci var.Türkiyə İzcilik Federasiyası, Türkiyədəki izcilik hərəkatınıa əsaslanan bir qurum olaraq fəaliyyət göstərir. İzcilik, gənclərin fiziki, mənəvi və sosial inkişafına nail olmağı, onlara liderlik bacarığını öyrətməyi və ictimai fəaliyyətləri hədəfləyən hərkatdı.TİF, Türkiyə ərazisindəki bir çox izci klublarını özündə birləşdirən bir birlikdir. İzcilik və izci təşkilatları gənclərə müstəqil fikirlər, liderlik bacarığı, əməkdaşlıq və təbiət və sair fəaliyyətləri təşviq edir. Bu təşkilatlar, düşərgələr, təlimlər və digər tədbirlər vasitəsilə gənclərə peşəkar bacarıqlar öyrədir.
Türkiye İzcilik Federasyonu TİF | |
---|---|
Scouting and Guiding Federation of Turkey | |
Növü | Gənclər Təşkilatı |
Yaranma tarixi | 1910 |
Rəsmi dili | Türk dili |
Mərkəzi | Ankara,Çankaya |
Sədr | Hasan Dinçer SUBAŞI |
Üzvləri | 240,160 nəfərdən çox |
Türkiyədə izciliyin başlaması 1909-cu ildə İstanbulda Qalatasaray və Kabataş liseylərində idman müəllimi işləyən Əhməd və Əbdürrəhman Robenson qardaşları və Nafi Arif Kansu və Ethem Nejatla əlaqələndirilir.[3] İlk dəstələr Osmanlının sonlarında Darüşşafaka, Qalatasaray və İstanbul liseylərində təşkil edildi. Eyni dövrdə Osmanlı İmperiyasının ərazilərində, xüsusən də Livan və Suriyada müstəqil izci dəstələri yaradılıb. İzcilik qurulduğu zaman "Keşşaflıq" adında olub. "Keşşaflıq" çoxlu Kəşf edən deməkdir.[4] 1913-cü ildə Balkan müharibələrindən sonra Milli Kəşşaflıq Cəmiyyəti Müdafiə Nazirliyinə tabe oldu. 1914-cü ildə İstanbulda üç izci izcilik fəaliyyətini təbliğ edərək yayan Abdurrahman Robensondan Sarıqamış Əməliyyatda, Jacob Robinson Süveyş Kanalı əməliyyatında şəhid, Ahmet Robenson isə Sarıqamışdan qazi kimi qayıdıb. 1915-ci ildə ölkənin hər yerində izcilər Çanaqqalaya gedərək müharibədə iştirak ediblər. Balıkəsir Liseyindən 94 izci döyüşlərdə şəhid olub. 1917-ci ildə Qüdsün müdafiəsi zamanı Osmanlı paşaları izcilərlə tanış olub və 1919-cu ildə Qurtuluş müharibəsində 5 min nəfərlik "İzci alayı" ilə izcilər iştirak ediblər. 1 dekabr 1950-ci ildə Ümumdünya Skaut Hərəkatı Təşkilatının üzvlüyü qəbul olunub. 1969-cu ildə izcilər, Gənclər və İdman Nazirliyə tabe idi. 1983-cü ildə Gənclər və İdman Nazirliyi və Milli Təhsil Nazirliyinin birləşməsi ilə yaradılmış Milli Təhsil və Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyətə davam edib. 1987-ci ildə Türk Qız izciləri Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyasına üzvü oldu. 1991-ci ildə Gənclər və İdman Baş İdarəsi Müdürlüyünün nəzdində Türkiyə İzcilik federasiya yaradılıb.[5]
Allah'a ve vatanıma karşı vazifelerimi yerine getireceğime, izcilik türesine uyacağıma, başkalarına her zaman yardımda bulunacağıma; Kendimi bedence sağlam, fikirce uyanık ve ahlâkça dürüst tutmak için elimden geleni yapacağıma şerefim üzerine ant içerim.
İzci olmaq istəyən izci namizədi sağ əli ilə izci salamı verir, sol əli ilə Türkiyə bayrağını tutur və bu andı oxuyur.