Türkiyə yəhudiləri muzeyi

500-cü ildönümü Fondunun Türkiyə yəhudiləri muzeyi (türk. 500. Yıl Vakfı Türk Musevileri Müzesi) — Türk yəhudilərinin ənənələrindən və tarixindən bəhs edən 500-cü ildönümü Fondu tərəfindən yaradılan mədəniyyət mərkəzi. 25 noyabr 2001-ci ildə İstanbulun Karaköy bölgəsində (İstanbul) açılıb. 500-cü ildönümü Fondu (Vəqf), 1989-cu ildə Səfərad yəhudilərinin Osmanlı imperiyasıda sığınacaq tapmasının 500-cü ildönümü münasibətilə 113 türk vətəndaşı, yəhudi və müsəlmanlar tərəfindən qurulub.[1] Muzeyin yaradılması ideyasını indi onun kuratoru olan Naim Gühlerüz təklif edib. Vəqf tanınmış yəhudi ailəsi olan Kamhi tərəfindən maliyyələşdirilib.

Türkiyə yəhudiləri muzeyi
türk. 500. Yıl Vakfı Türk Musevileri Müzesi
Loqonun şəkli
Muzeyin birinci mərtəbəsi
Muzeyin birinci mərtəbəsi
Xəritə
Əsası qoyulub 2001
Açılış tarixi 2001
Mövzu tarixi
Ölkə  Türkiyə
Yerləşir Zülfəris sinaqoqu
Ünvan Karaköy, İstanbul
Ziyarətçi sayı hər il 10000 nəfər
Direktor Nisya İşman Allovi
41°01′36″ şm. e. 28°58′21″ ş. u.
muze500.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəllər Zülfəris Sinaqoqu kimi tanınan muzey binası, muzey tələblərinə uyğun olaraq bərpa edilmiş və yenidən qurulmuşdur. Bu sinaqoqun 1671-ci ildə mövcud olduğuna və orijinal binasının Genuya Respublikasından olan kolonistlər tərəfindən tikildiyinə dair mənbələr var.[2] O mənbələrdə "Qalatadakı Müqəddəs Sinavi (sinaqoq)" və ya "Kal Kadoş Qalata" kimi keçir. "Zülfəris" adının, ehtimal ki, "gəlinin saçağı" kimi tərcümə olunan bir fars dilindəki ifadədən gəlir. XIX əsrin əvvəllərində köhnə binanın yerində (bəlkə də 1823-cü ildə) yenisi tikilmişdir.[3]

1882-ci ildə, Samuel Malkinin yardımları ilə sinaqoq mücrüsünə mərmər çərçivə əlavə edildi. 1890-cı ildə yenidənqurma Kondo ailəsinin vəsaiti hesabına aparıldı. 1904-cü ildə Qalatanın Yəhudi icması tərəfindən sinaqoqda bərpa işləri görüldü. 1968-ci ildə sinaqoq yenidən əhəmiyyətli dərəcədə yenidən quruldu və 1979-cu ildə Frakiya mənşəli yəhudilərin istifadəsinə verildi. 1983-cü ildə, sinaqoq son toy mərasiminə ev sahibliyi etdi. İki il sonra ibadət üçün bağlandı və nəticədə 500-cü ildönümü Fonduna bağışlandı. 2001-ci ildə Kamhi ailəsinin maliyyə dəstəyi ilə yenidən inşa edilmiş bina Türk Yəhudiləri Muzeyi olaraq açıldı.[2]

Muzeyin təsviri

[redaktə | mənbəni redaktə et]
Zülfəris sinaqoqunun interyeri
1856-cı ilin sentyabrında Zülfəris sinaqoqunda Krım müharibəsi zamanı ruslara qarşı döyüşlərdə Osmanlı əsgəri ilə çiyin-çiyinə vuruşan və həlak olan Fransız ordusunun yəhudi əsgərlərinin xatirəsini anma mərasimi keçirildi. Bu mərasimdə polkovnik Qarbi bəyin komandirliyindəki hərbi hissə də iştirak etdi.

Türkiyə Yəhudiləri Muzeyinin kolleksiyasında yəhudilərlə müsəlman türklərin mədəniyyətlərinin qarışması, Türk yəhudilərinin ənənələrini əks etdirən etnoqrafik materiallar və İspaniyadan Türkiyəyə yəhudi köçünün tarixi dəlilləri yer alır. Muzeyə dəmir qapıdan Nadia Ardittinin "Yüksələn atəşin abidəsi" metal heykəlinin olduğu həyətə daxil olmaqla girilir. Abidə Balkanlar, Dalmatiya, Qafqaz, Fələstin, Tripolitaniya, Çanaqqala, KoreyaTürkiyə İstiqlaliyyət müharibəsində iştirak etmiş şəhid Türk yəhudilərinin xatirəsinə həsr edilmişdir.[2]

Girişdəki səkkizguşəli əsas salonun məlumat panelləri Zülfəris sinaqoqunun, haham-bashi institutunun tarixindən, İstanbul və Anadoluda yaşayan yəhudilərin gündəlik həyatından bəhs edir. Ayrıca, Türkiyə yəhudilərinin azlıq statusunu itirdiyi Türkiyə Cümhuriyyətinin suverenliyini tanıyan Lozan sülh müqaviləsinin bir nüsxəsi, xəritələr, sənədlər, fərmanlar (sultanların fərmanları) kimi ekosponatlar var. Eyni mərtəbədəki qutuda görünən iki Tövrat kitabı var.

Birinci mərtəbədə girişdə yerləşən digər bir məlumat panelində II Dünya müharibəsi zamanı Avropadan Türkiyəyə qaçan yəhudi akademiklər və yəhudilərin Holokostdan qaçmasına kömək edən Türkiyə diplomatlarının adları vardır. Türkiyə diplomatlarının bəzilərinin adı dünya xalqları ədalətliləri sırasına daxildir.[2]

  1. "Chief Rabbinate of Turkey (Türkiye Hahambaşılığı)". 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 ноября 2018.
  2. 1 2 3 4 Güleryüz, Naim. "The Quincentennial Foundation Museum of Turkish Jews". Beyoğlu (3). июнь 2006. 50–56..
  3. "The Zülfaris Synagogue". Ayasofya Hotel. 2014-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 ноября 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]