Türkiyədə koronavirus pandemiyası 2020

Türkiyədə koronavirus pandemiyası 2020 — 11 mart 2020-ci il tarixdə Türkiyədə ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu (UTC+03:00).[1]

Türkiyədə COVID-19 pandemiyası
İlk qarşılaşma 11 mart 2020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadisələrin ardıcıllığı

[redaktə | mənbəni redaktə et]
  • 24 yanvar 2020-ci ildə Türkiyə Respublikasının Səhiyyə Nazirliyi hava limanlarında teplovizor quraşdırır.[2] Həmçinin, nazirlik Çindən gələn istənilən sərnişini əlavə müayinələrə cəlb etmək və koronavirus infeksiyasının əlamətlərinin aşkar olunduğu hər kəsə karantin tətbiq etmək barədə qərar verir. Müayinələr daha sonra infeksiya hallarının sürətlə artdığı digər ölkələrə də şamil olunur. Hava limanlarında görülən digər ehtiyat tədbirlərinə infraqırmızı termometrlərdən istifadə, bütün gömrük məntəqələrində dezinfeksiya işlərinin aparılması, pulsuz tibbi maskalar və təlimat vərəqələrinin paylanması daxil edilir.
  • Yanvarın 31-də Türkiyə hökuməti 34 Türkiyə vətəndaşının təxliyə edilməsi məqsədilə Uhan şəhərinə təyyarə göndərir. Təxliyə edilənlər arasında onlarla azərbaycanlı, gürcü və albanlar da vardı.[3] Çin, Türkiyənin illik istehsal etdiyi 150 milyon maskadan əlavə 200 milyon maska sifariş edir.[4]
  • Fevralın 1-də Türkiyə Çindən bütün uçuşların dayandırıldığını bəyan edir.[5] İran hakimiyyəti Qum şəhərində karantin elan etməsi ilə bağlı Türkiyənin tövsiyəsinə əməl etmədikdən sonra ölkə İranla sərhədin bağlandığı barədə bəyanat yayır.[6] Elə həmin gün Türkiyə İran istiqamətində və İrandan Türkiyəyə olan uçuşları dayandırır.[7]
  • Fevralın 29-da Türkiyə İtaliya, Cənubi Koreyaİraq istiqamətində və əksinə olan uçuşları ləğv edir.[8] Tezliklə İraqla sərhəd də bağlanır. Həmçinin, nazirlik İraq və İranla sərhədlərin yaxınlığında səhra hospitalları yaradır.[9]
Təşvişə düşən alıcılar İstanbul supermarketlərində makaron rəflərini boşaldırlar.

Türkiyənin bütün şəhərlərində ictimai yerlərdə və ictimai nəqliyyatda kütləvi dezinfeksiya işləri həyata keçirilməyə başlanır. İstanbul bələdiyyəsi şəhərin metrobus dayancaqlarında əl üçün antiseptik vasitələrin quraşdırılması barədə qərar qəbul edir.[9]

Həmçinin, Milli Təhsil Nazirliyi məktəblərdə virus əleyhinə xüsusi dezinfeksiyaedici maddələrdən istifadə olunduğu barədə bəyanat yayır. Nazir Ziya Səlcuq məktəblərdə təmas üçün açıq olan hər bir səthin təmizləndiyini, gündəlik 100 ton dezinfeksiyaedici vasitə istehsal edən peşə məktəblərinin məktəbləri dezinfeksiyaedici maddələrlə təmin etdiyini bildirdi.

11 mart 2020-ci il səhər saatlarında səhiyyə naziri Fəxrəddin Qoca Avropada səyahət edərkən virusa yoluxmuş Türkiyə vətəndaşının ölkənin ilk koronavirus hadisəsi olduğunu açıqladı.[1] Xəstə, adı açıqlanmayan xəstəxanada təcrid olunmuş halda yerləşdirildi və onun ailə üzvləri nəzarət altına alındı.[1]

12 martda mətbuat konfransı keçirən nazir Səlcuq təhsil müəssisələri bağlandıqdan sonra bütün məktəblərdə dezinfeksiya işlərinin aparılacağını bəyan etdi. Həftəlik tədris planının qurulacağını və lazımi təlim və təhsil dəstəyinin internetdə EBA, televiziyada isə TRT tərəfindən veriləcəyini və təhsil proqramlarında fasilələrin və gecikmələrin qarşısını almaq üçün lazım olan istənilən tədbirləri görəcəklərini söylədi.

  • 12 mart 2020-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın hökumət ilə keçirdiyi iclasdan sonra mətbuat katibi İbrahim Kalın Türkiyədəki ibtidai məktəblərin, orta ümumtəhsil məktəblərinin və liseylərin 16 mart 2020-ci il tarixdən bir həftə müddətinə bağlandığını elan etdi. Universitetlər isə üç həftə müddətinə bağlandı. İdman yarışlarının aprelin sonunadək tamaşaçıların iştirakı olmadan keçirilməsi qərara alındı. Həmçinin, prezident bütün ölkəxarici səfərlərini təxirə saldı.
  • Martın 13-də səhiyyə naziri Fəxrəddin Qoca rəsmi Tvitter hesabı vasitəsi ilə koronavirusa yoluxan ilk şəxsin bir qohumunun xəstəliyə yoluxduğunu və müşahidə altına alındığını və lazımi tədbirlərin görüldüyünü təsdiqlədi.[10] Axşam eyni ailədəki digər 3 nəfərin də koronavirus testinin müsbət nəticələndiyini və beləliklə Türkiyədə təsdiqlənmiş halların sayının beşə yüksəldiyini açıqlandı.[11] Türkiyə Böyük Millət Məclisi 13–31 mart tarixlərində məclisə heç bir ziyarətçinin qəbul edilməyəcəyini açıqladı.
  • 13 martda Türkiyə Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, İsveç, AvstriyaNiderland istiqamətində və əks istiqamətdə uçuşların şənbə günü saat 08:00-dan etibarən 17 aprel tarixinədək dayandırılması ilə bağlı qərarını açıqladı. Elə həmin gün ədliyyə naziri Əbdülhəmid Gül bütün açıq və qapalı həbsxanalarda görüşlərin, ailə görüş otaqlarının istifadəsinin və həbsxanalar arasında köçürmələrin iki həftə təxirə salındığını açıqladı.
  • Martın 14-də prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı danışıqların nəticəsində dövlət başçıları Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəldilər. Elə həmin gün Türkiyə və Gürcüstan Sarp sərhəd-gömrük keçid məntəqəsinin bağlanması barədə ortaq qərarlarını açıqladılar. Axşam saatlarında isə Qoca, ümrə ziyarətindən yenicə qayıtmış bir zəvvarda koronavirus infeksiyasının aşkar edilməsi ilə ölkədə təsdiq olunmuş virusa yoluxma hallarının altıya yüksəldiyini qeyd etdi.[12]
  • 15 martda Mədəniyyət və Turizm Nazirliyi 16–30 mart tarixlərində Türkiyədə bütün kitabxanaların bağlanacağını bəyan etdi. Gənclər və İdman Nazirliyinin yaydığı bəyanata görə, ümrə ziyarətindən qayıdan 10,330 vətəndaşdan 5,392 nəfəri Ankaradakı dövlət yataqxanalarında, qalan 4,938 nəfəri isə Konyada karantindədir.[13] Daxili İşlər Nazirliyi pavilyonların, diskotekaların, barların və gecə klublarının martın 16-da saat 10:00-dan etibarən müvəqqəti bağlanacağını açıqladı. Elə həmin gün Qoca, infeksiyaya yoluxma hallarının 18-ə yüksəldiyini, yeni yoluxan şəxslərdən 7-nin Avropadan, 3-nün isə ABŞ-dən gəldiyini bildirdi.[14]
  • Martın 16-da Türkiyə Diyanət İşləri Müdirliyi pandemiya səbəbi ilə bütün məscidlərdə cümə namazı da daxil olmaqla namaz toplantılarını qadağan etdi. Həmin gün Daxili İşlər Nazirliyi koronavirus tədbirləri ilə əlaqədar Türkiyənin 81 ilinə musiqi təqdim edilməyən mağaza və restoranlardan başqa digər bütün kafelərin, idman salonlarının, internet kafelərinkinoteatr kimi bütün ictimai iaşə obyektlərinin həmin gün saat 24:00-dan etibarən müvəqqəti bağlanması barədə xəbərdarlıq göndərdi. Fəxrəddin Qoca Misir, İrlandiya, İsveçrə, Səudiyyə Ərəbistanı, BƏƏBirləşmiş Krallığın reyslərin qadağan edildiyi ölkələr sırasına daxil edildiyini açıqladı. Qoca, həmçinin, Orta Şərq, Avropa və ABŞ-dən gələn şəxslərin arasında yoluxma halının aşkarlandığını və ümumi sayın 47-ə çatdığını bildirdi.[15][16] Rabitə Müdirliyi prezident Ərdoğanın çərşənbə günü yeni növ koronavirusla mübarizə planlarını müzakirə etmək və sonrakı nəticələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə hərtərəfli əlaqələndirmə görüşünə rəhbərlik edəcəyini açıqladı.[17]
  • Martın 17-də nazir Səlcuq yeni distant təhsil formatı ilə əlaqəli məzmunun hazırlandığı TRT studiyalarına baş çəkdi və yeni prosesin ən incə detalına qədər nəzərdən keçirildiyini və planlaşdırma və infrastruktur hazırlıq işlərinin martın 23-dək başa çatacağını bildirdi. Səlcuq bu təlim metodunun tətbiq ediləcəyi ilk dərsin onun tərəfindən veriləcəyini qeyd etdi. Həmin gün nazir Qoca, 89 yaşında bir xəstənin koronavirusdan vəfat etdiyini bildirməklə Türkiyədə bu infeksiyadan ilk ölüm hadisəsinin qeydə alındığını xəbər vermiş oldu.[18] Həmçinin təsdiqlənmiş halların sayı 98-ə yüksəldi.
  • Martın 18-də prezident Ərdoğan xalqı evdə qalmağa və təcili vəziyyətlər istisna olmaqla xəstəxanalara getməməyə çağırdı. Ərdoğan daha sonra bildirdi ki, dövlət bankları 76 yaşdan yuxarı pensiyaçıların pensiyalarını evlərinə çatdıracaqlar. Həmin gün nazir Qoca 61 yaşlı bir kişi xəstənin koronavirusdan dünyasını dəyişdiyini, beləliklə də ikinci ölüm faktını elan etdi. Qoca daha sonra təsdiqlənmiş halların sayının 93 yeni yoluxma faktı ilə birlikdə 191-ə yüksəldiyini bildirdi.[19] Türkiyə Tibb Birliyi (TTB), TTB Mütəxəssis Assosiasiyaları, Səhiyyə Mütəxəssisləri Assosiasiyası, Türkiyə Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Assosisasiyası, Türkiyə Toraks Cəmiyyəti və Türkiyə Reanimasiya Assosiasiyası COVID-19-un yayılması ilə əlaqədar vəziyyəti qiymətləndirmək məqsədilə görüş keçirdi. Martın 18-də yayımlanan yazılarında, pandemiyanın səhiyyə işçiləri və xəstələr üçün əhəmiyyətli təhlükə yaratdığına dair məlumat verdilər və əlavə etdilər ki, məlumatlandırmada və qabaqlayıcı tədbirlərdə çatışmazlıqların olması qarışıqlığa səbəb olur, eləcə də, dərman istifadəsi ilə bağlı yetərsiz bilgilər, testlərə çatımlılığın olmaması və bu kimi digər məsələlər pandemiya ilə mübarizəni çətinləşdirir.[20]
  • Martın 19-da Türk ordusunun keçmiş komandiri, İrandan yenicə qayıtmış 79 yaşlı Aytaç Yalmanın 15 mart 2020-ci ildə koronavirus infeksiyasından öldüyü bildirildi.[21][22][23] Həmin gün daha bir nəfərin koronavirus testi müsbət nəticələndi və həmin şəxsin 45 iş yoldaşı və onların ailə üzvləri İzmir ilinin Çeşme ilçəsində karantinə alındı.[24] Gənclər və İdman naziri Mehmet Kasapoğlu futbol, voleybol, basketbol və həndbol liqalarının təxirə salındığını elan etdi. Diyanət İşləri Müdirliyi il müftilərinə göndərilməsi nəzərdə tutulan məktub tərtib etdi və məscidlərin cümə günü bağlı qalacağını ifadə etdi. Tvitter hesabında yayımlanan bir bəyanatda, Səhiyyə naziri Fəxtrəddin Qoca, 85 yaşındakı bir qadının həyatını itirdiyini açıqladı və 168 yeni təsdiqlənmiş yoluxma halının olduğunu əlavə etdi.[25] Hökumət tərəfindən görülməsi nəzərdə tutulan, elan edilən tədbirlər paketi, iqtisadçılar və siyasətçilər də daxil olmaqla müxtəlif qurumlar və şəxslər tərəfindən tənqid edildi. Ətraflı fəaliyyət planının olmaması əsas tənqid predmeti idi. Bundan əlavə, insanların evdə qalmasına təşviq olunduğu bir vaxtda hökumət, hava yolları sərnişin daşımalarına icazə verdiyinə və turizmə dəstək verən vergi güzəştlərinə görə tənqid edildi. Tənqidçilər mənzil kreditlərinin ilkin ödənişinin azaldılmasını tələb etdi və fərqli sektorlara məşğulluq dəstəyinin verilməsinin vacibliyini vurğuladı.
  • Martın 20-də Səhiyyə Nazirliyi infeksion xəstəliklər, pulmonologiya, daxili xəstəliklərklinik mikrobiologiya sahələri üzrə ixtisaslaşmış ən azı iki mütəxəssisi olan, özəl və təməl xəstəxanalar da daxil olmaqla, bütün xəstəxanaların koronavirus pandemik xəstəxanaları elan edilməsi barədə əmr verdi.[26] Nazir Qoca, təsdiqlənmiş halların və ölümlərin ümumi sayının müvafiq olaraq 670 və 9-a çatdığını bildirdi.[27] Prezidentin bəyanatı ilə hər cür elmi, mədəni və incəsənət görüşlərinin və ya tədbirlərin aprel ayının sonuna qədər təxirə salındığı açıqlandı. Türkiyə İnsan Hüquqları Assosiasiyası, Türkiyə İnsan Hüquqları Fondu, Azad Hüquqşünaslar Birliyi, Müasir Hüquqşünaslar Assosiasiyası və Cəza Sistemində Vətəndaş Cəmiyyətinin Sağlamlıq və Sosial Xidmət İşçiləri Birliyi də COVID-19 pandemiyası ilə əlaqədar bir bəyanat yayımladı və həbxanalarda dərhal hərəkətə keçməyə dair çağırış etdilər. Yazılarında ictimaiyyəti, xüsusən də məhbusların ailələrini və vəkillərini karantin tətbiqetmələri və məhkumların sağlıq vəziyyəti barədə məlumatlandırmağın vacibliyini vurğuladılar.[28]
  1. 1 2 3 "Turkey confirms first coronavirus patient, recently returned from Europe". Daily Sabah. 11 March 2020. 3 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2020.
  2. "China virus sends shockwaves across travel sector, including in Turkey". DailySabah. 28 January 2020. 29 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2020.
  3. Aksut, Fahri. "Turkish plane en route to China to airlift citizens". www.aa.com.tr. AA. 31 January 2020. 21 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2020.
  4. "Coronavirus spreads to more countries: All the latest updates". Al Jazeera. 20 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2020.
  5. "Turkey stops all flights from China as part of coronavirus measures – Turkey News". Hürriyet Daily News. 24 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2020.
  6. "Health Minister of Turkey: We advised Iranians to quarantine Qom but they did not listen". Iran International. 5 March 2020. 12 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2020.
  7. Wintour, Patrick. "Turkey and Pakistan close borders with Iran over coronavirus deaths". The Guardian. 23 February 2020. 17 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2020.
  8. "Türkiye'nin Güney Kore, İtalya ve Irak ile gidiş-geliş tüm yolcu uçuşları durduruldu". Sputnik Türkiye. 29 February 2020. 1 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2020.
  9. 1 2 "Turkey leading example in fight against coronavirus". Daily Sabah (ingilis). 8 March 2020. 19 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2020.
  10. "Sağlık Bakanı Fahrettin Koca ikinci vakayı açıkladı". Twitter. 13 March 2020. 20 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2020.
  11. "Türkiye'de koronavirüs vaka sayısı 5'e yükseldi". Sputnik. 13 March 2020. 16 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2020.
  12. "Bakan Koca'dan son dakika corona virüs açıklaması! Türkiye'de vaka sayısı 6'ya çıktı". Hürriyet (Turkish). 14 March 2020. 18 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2020.
  13. "Umreden dönen 10 bin 330 kişi Ankara ve Konya'daki öğrenci yurtlarında karantinaya alındı". Sputnik. 15 March 2020. 16 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2020.
  14. "Son dakika haberi... Bakan Koca açıkladı! Vaka sayısı arttı". Hürriyet. 15 March 2020. 3 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2020.
  15. "Sağlık Bakanı Fahrettin Koca: Pozitif çıkan yeni vakalarımız var". Posta. 16 March 2020. 20 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2020.
  16. "Son dakika haberi: Bakan Koca açıkladı: Vaka sayısı 47'ye çıktı". Hürriyet (Turkish). 16 March 2020. İstifadə tarixi: 16 March 2020.
  17. "Bakan Koca'dan corona virüs açıklaması: Toplam vaka 47 oldu". Milliyet. 17 March 2020. 17 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2020.
  18. "Son dakika haberler: Sağlık Bakanı Koca açıkladı! Türkiye'de corona virüsü nedeniyle bir kişi hayatını kaybetti". Hürriyet (Turkish). 17 March 2020. 17 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2020.
  19. "Sağlık Bakanı Koca'dan son dakika corona virüsü açıklaması! Corona virüsten ikinci ölüm". Hürriyet (Turkish). 18 March 2020. 18 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2020.
  20. "COVID-19 SALGININA AKIL VE BİLİM YOL GÖSTERİYOR GÖSTERECEK". 18 March 2020. 29 May 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 March 2020.
  21. "Aytaç Yalman'ın corona virüsü nedeniyle öldüğü kesinleşti". Sözcü. 19 March 2020. 20 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2020.
  22. "'Aytaç Yalman'ın corona virüs nedeniyle öldüğü kanaati oluşmuştur' (Başhekimlik açıkladı)" (Turkish). NTV. 19 March 2020. 19 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2020.
  23. "Corona Virüsü'nde son dakika: Türkiye'de son durum ve vaka sayısı... Corona Virüsü tedavisi bulundu mu?" (Turkish). Habertürk. 19 March 2020. 19 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2020.
  24. "Çeşme'de koronavirüs tespit edildi! 45 aile karantinaya alındı" (Turkish). CNN Türk. 19 March 2020. 19 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2020.
  25. "Tweet". 19 March 2020. 21 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2020.
  26. "Turkey orders coronavirus pandemic hospitals to be set-up". Daily Sabah. 20 March 2020. 27 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2020.
  27. "Son dakika haberleri: Bakan Koca açıkladı! Corona virüsünden ölenlerin sayısı 9'a yükseldi" (Turkish). Hürriyet. 20 March 2020. 21 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2020.
  28. "Covid-19 Salgını ve Hapishanelerde Acilen Alınması Gereken Önlemler". HRFT. 20 March 2020. 20 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2020.