Türkiyədə krım tatarları — Türkiyə vətəndaşı olub onun ərazisində yaşayan krımtatarları və onların törəmələri. Krım tatarlarının XX əsrə qədər Türkiyəyə miqrasiyası 3 dalğa ilə baş vermişdir: birinci Krımın Rusiya tərəfindən işğalı, ikinci Krım müharibəsi, üçüncü 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsi.
Osmanlı İmperatorluğunda Krımtatar diasporunun formalaşması fenomeni dünya tarixində bu cür hadisələr arasında ən azı iki cəhətdən unikaldır[1]:
Osmanlı imperiyasında daima krımtatar diasporu mövcud olmuşdur. Səbəb isə iki ölkə arasında gözəl əlaqələrin olması idi. XIV–XV əsrlərdə osmanlılar Doburcanı koloniyalaşdırmışdırlar. Burada əsasən Bucakdan olan krım tatarları yaşayırdı. 1593 və 1595-ci illərdə onları Doburcaya köçürürlər. Tatarların bir hissəsi Osmanlı Yunanıstanına və Osmanlı Türkiyəsinə köçür. Ancaq Rusiyanın Krımı ilhaq etməsindən sonra yeni diaspor dalğası meydana gəlmişdir. Krımtatarların ali təbəqəsi sayılan mirzə və mollalar təqibə məruz qalmışdır. Onlar canlarını qurtarmaq məqsədi ilə Şimali Qafqaza qaçmalı olurdu. Ancaq onlar vətənləri ilə əlaqəni kəsməmişdilər. Onların ümumi sayı 8 min nəfər təşkil edir. Onların yenidən Krıma dönə biləcək ümüdi 1859-cu ilə qədər davam etmişdir. Bu zaman Qafqaz ruslar tərəfindən işğal edilmişdir. 1877-1878-ci illərdə krım tatarları, çeçenlər və çərkəzlər Rusiya tərəfindən Anadoluya köçürülmüşdür. Bu köçlər zamanı 1 milyon müsəlman Anadoluya köçmək məcburiyyətində qalmışdır. Krımın işğalından sonra 4 min tatar Oçakov qalasına sığınmışdı. Krım müharibəsindən sonra yeni köç dalğası meydana gəlmişdir. Rusiya onları daxili təhlükə sayırdı. Bu səbəbdən yeni köç dalğaları baş vermişdir.
İkinci Dünya müharibəsindən sonra Türkiyə ərazisinə Rumınya və Bolqarıstanda sosializm qurulduqdan sonra krım tatarları köç etməyə məcbur olmuşdur. Türkiyədə günümüzdə 1 milyon krım tatarı yaşayır. Ancaq onların böyük qismi özlərini krım əsilli türk adlandırır[2]
Krım tatarları osmanlı elminə böyük töhfə vermişlər — riyaziyyat, kimya, hərbi iş, tibb, islam hüququ. Krım tatarları arasından bir çox yazıçı, şair və tarixçi çıxmışdır. Türkiyədə XVIII əsrin sonu, XIX əsrin əvvələrində həyata keçirilən təhsil islahatları alim-riyaziyyatçı, dövlət xadimi əslən krım tatarı olan Cədid Hüseyn Rivki Paşanın adı ilə bağlıdır.
XIX1 əsrin son rübündə Osmanlı imperiyasının zəyifləməsi ilə, Krım tatarlarının əksəriyyəti Anadoluya köç etmişdir.