Türklərin islamı qəbul etməsi — türklərin tenqriçilik inanclarından dönüb islama kütləvi şəkildə inanmağa başlaması. Təqribən X əsrədək tenqriçilik türk xalqları arasında ən geniş yayılan inanc olmuşdur. Türklərin islam ilə ilk əlaqəsi şiə və ələvilərin dördüncü imam kimi qəbul etdikləri Zeynülabidinin türklər tərəfindən Xorasana aparılması olmuşdu. İslamaqədərki dövrdə türklər ilə müsəlman ərəblərin ilk qarşılaşması VII əsrdəki Xilafət—İmamət toqquşmalarıyla baş vermişdir.[1]
Peyğəmbərin vəfatından sonra meydana gəlmiş Siffeyn döyüşünü mütəaqibən Əməvilərin dövründə islam, əsasən, ərəb milliyyətçiliyi ətrafında formalaşan bir din idi. İslam dövləti yeni fəthlərlə genişlənmiş, torpaqları ələvilər və şiələrin dəstəyi ilə Mavəraünnəhrədək çata bilmişdir.[2]
VIII əsrin əvvəllərində cihad elan edərək[3] türklərin məskunlaşdığı şəhərlərə daxil olan ərəb-islam dövləti Əməvilər xilafətinin komandirlərindən olan Qüteybə ibn Müslüm hücum elədiyi yerlərdə müsəlman olmayan türklərə qarşı sərt mücadilələr göstərdi. Çox sayda insanı öldürüb şəhərləri taladıədan sonra əldə etdiyi qənimətlərlə[4] irəliləyən Qüteybə ibn Müslüm, baxmayaraq, ölümünədək fəaliyyətlərini davam etdirmiş və İslamı tanıtmışdı, onun elədikləri türklərin İslamı qəbulu ilə sonuclanmamışdır.[5]
Ömər ibn Əbdüləzizin hər yerdə karvansaralar, xəstəxanalar tikmək və ədalətli bir idarə qurma ideyası tətbiq olunsa idi türklər islamı daha öncədən qəbul edəcəkdi. Talama və qənimət vərdişindən öyürü cihad anlayışının ikinci plana atılması və zülmə üstünlük verilməsi ərəb zülmünün Əməvilər vasitəsilə davam etdiyinin dəlili olmuş, ancaq buna bənzər hadisələrə baxmayaraq türklər dolayı yolla islamı qəbul etməyə başlamışlar.[6]
İslamı qəbul edən ilk türk dövləti kimi Xəzər xaqanlığının da adımı çəkmək olar.[7] 723-cü ildə Xəzər türkləri müsəlman ərəblərə qarşı qələbə qazananda böyük bir qoşun ilə Xəzərlərin üzərinə yürüşə çıxan Əməvilər xəlifə Hişam ibn Əbdülməlikin dövründə (724–743) Xəzərləri Qafqazdan çıxarmağa nail oldular.
Türgiş boylarının mübarizəsi isə 745-ci ildə Göytürk xaqanlığının süqutunadək davam etdi. Bu tarixdən etibarən türk torpaqları şərqdən Çin, qərbdən isə ərəb işğalına məruz qaldı. Ərəblərə qarşı müdafiəni isə Türgişlərdən sonra qarluq türkləri öz öhdəliklərinə götürdü.
750-ci ildə Əməvilər dövləti süqut edib Abbasilər xəlifətə gələndə ərəb olmayan azlıqların vəziyyətində yazşılaşma müşahidə olundu. Bu səbəbdən ötürü türklər də Abbasilərlə yaxın münasibət qurdular. Əvvəllər orduda yararlanılmaqla birgə düzgün qiymətləndirilməyən İranlılar və türklər Abbasi ordusunda və idarəsində önəmli mövqelərə gələ bildilər.
Eyni zamanda qarluq türkləri şərqdən Çin işğalı təhdidi altında idilər. Qarluqlar çinlilərə qarşı Abbasilərden kömək istədilər. Abbasi idarəsi türklərin aradan çəkilməsinin Çin təhdidini öz qapılarına gətirəcəyini görüb bu təklifi qəbul etdi. Türklər ilə müsəlman ərəblər tarixdə birinci dəfə idi ki, ittifaq yaradırdılar. 751-ci ildə Talas çayı yaxınlığında baş verən döyüşdə ərəb və türk orduları çin ordusunu ağır məğlubiyyətə uğratdı. Talas döyüşü türk-müsəlman münasibətlərinin yaxşılaşmasında və türklərin müsəlmanlaşmasında əhəmiyyətli rola malikdir.
Türklərin kütlələr halında müsləman olmaları prosesi ələlxüsus X əsrdə sürətləndi. Qarluqlardan sonra yağmalar və çigillər, daha sonra isə oğuzlar arasında islam dini yayılmağa başladı. Qarluq, yağma və çiyil türkləri ilk müsəlman türk dövlətlərindən olan Qaraxanilər dövlətini (1037) qurdular.