Yağma (Çincə: 样磨/樣磨, pinyin: Yàngmó) — Orta çağdaki bir Türk boyudur, bu boy müasir Uyğurların və Özbəklərin əcdadlarıdır. Bu boy bir qolu olan ve Üç Oğuzlar deyilən birlik, Yağma, Qarluqlar və Çigillər boylarından yaranmışdır. VII yüzildən etibarən Qaraxanlılar dönəmi boyunca Yağma boyu müsəlman Ərəblər və Çinlilər tərəfindən qüvvətli və qüdrətli siyasi varlıqlar olaraq Tarım hövzəsi, Cungariya hövzəsi (Şimali-şərqi Çini və qərbi Monqolustanı içinə alan bir bölgə) və Yeddisu (Yedisu) bölgəsində gözə çarpmışdılar.
Qazax Çin tarixçisi Yury Zuev (Rusca: Юрий Алексеевич Зуев)ə görə, Yağma (yaγgma)nın qədim türkcədə, "saldır, yayıl, yağmala" deməkdir."[1].
نهبواَ Yağma: "Türklərdən bir bölüyün adı. Bunlara " كاَراَ نهبواَ Qara Yağma" da deyilir. نهبواَ Yağma Taraz yaxınında bir kəndin adı."[2]. Tartuk, Yağma elində bir şehər.[3]
Dokuzoğuz və Yağmalar (xargahda: "keçeden yapılma yurd, keçe alaçıq") qalırlar.[4]
Mahmud Qaşqarlıdan türklərdən Yağma, Tuxsılər və Çigillərdən bir bölüyün İla(İli) çayına endiyini öyrənirik.[5]. X yüzildə Yağma boyu, Qaşgarda və şimal-şərqində yaşayırdılar.
Əbu Səid Qardizi, ünlü əsəri Zayn al-akbər də belə bəhs edir, Yağma "zengin insanlar böyük at sürüləri ilə", "bir ay süren səyahət" bir ölkədə yaşayırlar. Yağma boyu, sürəkli Qarluqlar və Türklərdən bir bölük olan Yemek[6]'lərlə Qərb Göytürk Xaqanlığının tənəzzülünə qədər savaşırlarmış.
Mahmud Qaşqarlı Yağma, Tuxsılər (Tukhs)[7], Qıpçaqlar, Yabakular, Tatarlar, Kay (Qayılar), Çomul və Oğuzlar, biri-birlərinə uygun olaraq, (ذ Dhāl; dh) hərfini hər zaman (ى Yā; y) yə çevirirlər və heç bir zaman (ذ) li söyləməzlər. "Qayınağacına bunlardan başqası "kadhıng", bunlar "kayınğ" deyirlər.[8].
nahiyat-i Yaghmiya deyilən bölgədə Yağmalar, Qaşgarın ətrafında və şimalında Artuç isminde iki kənddə və Khırmkı(Khıraklı) deyilən böyük bir kənddən, ibarət bir bölgədə yaşardılar.[4]
Mahmud Qaşqarlı Türk dilinin ən əski və dəyərli sözlüklərindən Divân-ı Lügati't-Türkdə;
"Rum ölkəsinə ən yaxın olan boy Beçənəkdir; sonra Qıpçaq, Oğuz, Yemək, Başgırt, Basmıl, Kay (Qayı), Yabaku, Tatar, Kırkız (Qırğız) gəlir. Qırğızlar Çin ölkəsinə yaxındırlar.".[9] Ayrıca "Çomul boyunun özlərindən olduğu çöl xalqı ayrı bir dilə sahibdir, Türkceni yaxşı bilirlər. Kay, Yabaku, Tatar, Basmıl boyları da belədir. Hər boyun ayrı bir ağzı (ləhcəsi) vardır; bununla beraber Türkcəni də yaxşı danşlrlar. Qırğız, qıpçaq, Oğuz, Tuxsılər, Yağma, Çiğil, Oğrak, Çaruk boylarının öztürkçe olaraq yalnız bir dilləri vardır. Yeməklərlə Başgırtların dilləri bunlara yaxındır. .... Dillərin ən yeğnisi Oğuzların, ən doğrusu da Tuxsi ilə Yağmaların dilidir."[10] şəklində bildirmişdir.