Türkmən eli

Altınkörpü şəhərində qoyulmuş abidədə Türkmən elinin xəritəsi.
Türkmən gənci Türkmən eli bayrağı motivli şarfı.

Türkmən eli, Türkmən torpağı[1]Turkomaniya (ərəbcə: توركمن إيلي) ya da Şərqi Türkməneli[2]İraqda bölgə adı. Türkmən eli əsasən İraq türkmənlərinin tarixi olaraq üstün əhali sayına sahib olduğu, türkmənlərin tarixi olaraq dominant olduğu geniş torpaqları ifadə etmək üçün istifadə olunan siyasi termindir.[3] İraq-Türkiyə-Suriya sərhədində olan və çarpaz olaraq İran sərhədinə qədər uzanan bölgəni əhatə etməkdədir. Bölgənin şimal hissəsindəki şəhəri Kərkük türkmənlər üçün paytaxt hesab edilir.[4]

Bölgənin bir sıra şəhərləri son dövlərlərdə kürdlərin sürətli məskunlaşmasına məruz qalmışdır. Nəticədə türkmənlərin paytaxtı hesab olunan Kərkük şəhəri də daxil olmaqla, Təlafər, Mosul (İraqın ikinci ən böyük şəhər), Tuzxurmatu və Mandalidə bu iki icma arasında münasibətlər kəskinləşmişdir.

Bölgə İraq sərhədləri daxilində, Türkiyə-Suriya-İraq sərhədlərinin kəsiştiyi nöqtədən şimal-qərb-cənub-şərq istiqamətinə qədər yayılmışdır. Uyğun olaraq Təlafər, Mosul, Ərbil, Altınkörpü, Kərkük, Tuzxurmatu, Kifri, Qaratəpə, Hanekin, Diyala, Mendeli və Bədrəni əhatə edir, Bağdadın cənub-şərqində, İran sərhədində sonlanır. İraqı buradan bölən xətt və İraq türklərinin olduğu yer, eyni zamanda şimaldakı dağlıq kürd bölgəsi ilə cənubdakı ərəb bölgəsini bir-birindən ayıran bufer bölgə olaraq ifadə edilə bilər.[5]

Təbii ehtiyyatlar

[redaktə | mənbəni redaktə et]

Türkmən eli zəngin təbii qaz, neftkükürd yataqlarına sahibdir. Bununla yanaşı, iqlim və torpaq buğda və pambıq üçün çox uyğundur.

Uilyam Qutrie tərəfindən yaradılan, 1785-ci il tarixli xəritədə "Turcomania" (Türkmən eli) ifadəsi bölgəyə verilən ada dair aşkarlanan ən qədim yazılı qaynaqlardandır.

İngilis işğalı zamanı bölgənin qubernatoru olan V. R. Hay bölgə ilə əlaqəli yazdığı kitabda türkmənlərin İraqda dağınıq olaraq deyil, bölgəsəl formada məskunlaşdırlarını müəyyən etmiş və bu ifadələri qeyd etmişdir:

" Müəyyən bir xətt üzərində şəhərlər vardır. Bu şəhərlərdə məskunlaşan vətəndaşlar türkcə danışırlar. Bu xətt çoxluğu kürd olan bölgə ilə, çoxluğu ərəb olan bölgəni bir-birindən ayırır. Kərkük türklərin çox olduğu mərkəzdir. Birinci Dünya müharibəsindən əvvəl əhalisi 30.000 idi. Şəhərin ətrafında da türkcə danışılan bir neçə kənd vardır.[6] "


Liam Anderson və Qaret Stansfildə görə, "Turkomaniya" ifadəsi "Türkmən eli" ifadəsinin anqlolaşdırılmış versiyasıdır.[7]

Müxtəlif qaynaqlara görə, bölgədə yaşayan türkmənlərin sayı 2.5 milyon ilə 3.5 milyon arasında dəyişməkdədir.

2010-cu il İraq ümumi seçkilərində İraq milli məclisinə Mosul, Kərkük və Səlahəddin bölgələrindən 10 türkmən millət vəkili seçilmişdir.

Muxtar bölgə olma perspektivi

[redaktə | mənbəni redaktə et]
Türkmən gənc Türkmən eli bayraqğını Kərkük şəhərində bir dirəkdən asır.
İraqda türkmən qadın gənc türkcə yazılmış pankart tutub. Pankartda yazılıb: "Kərkükü heç bir güc kürdləşdirə bilməz".

Xəlil Osmana görə bir çox türkmən siyasi qruplaşmalarının türkmənləryaşayan bölgələrdə onlara muxtariyyətin verilməsi ilə bağlı planları vardır.[5] Məsələn, bir mübahisəli təklifə görə İraqın şimal-qərbindəki Nineviya əyalətinə daxil olan Təlafərdən Kərkük əyaləti və İraqın şimal-mərkəz bölgəsindəki Səlahəddin əyalətindən Tuzxurmatu bölgəsi boyunca Mandaliyə (Bağdadın şimal-şərqindəki Diyala əyalətinə daxildir) doğru Türkmən muxtar bölgəsi yaradılmalıdır.[5]

Vahram Petrosyan bildirirdi ki, İraq Türkmən Cəbhəsinin irəli sürdüyü Türkmən elinin tanınması ideyası kürdlərlə türkmənlərin arasında münaqişəyə səbəb ola bilər.[8]

2016-cı ildə Vassim Bassem bildirdi ki, Təlafərdəki türkmənlər burada özlərinin müstəqil bölgələrini qurmaq istəyirlər.[9] Onların bu istəklərini səsləndirmələri xristianyezidilər üçün yeni əyalətlərin yaradılması tələblərinin səsləndirilməsi ilə eyni vaxta təsadüf etmişdi.[9]

2017-ci ilin 17 iyulunda Bağdadda "Birləşmiş İraqda türkmənlərin gələcəyi" adı altında keçirilən sammitdə türkmənlər TəlafərTuzxurmatunun muxtar türkmən bölgəsi olmasını və Kərkükə "xüsusi status" verilməsini tələb etdilər.[10] Sammit də həmçinin, İraq hökumətindən türkmən silahlı qruplaşması olan Haşd əl-Şabiyə silah-sursat verilməsi istənilmişdi.[11]

  1. Rich, Paul J., Iraq and Rupert Hay's Two Years in Kurdistan, Lexington Books, 2008, səh. x, ISBN 1461633672
  2. "DOĞU TÜRKMENELİ'DE BATI TÜRKMENELİ'YE ZİYARET". 9 December 2023 tarixində arxivləşdirilib.
  3. Strakes, Jason E., "Current Political Complexities of the Iraqi Turkmen", Iran & the Caucasus, Brill Publishers, 13 (2), 2009: 369
  4. Oğuzlu, Tarik H., "Endangered community:The Turkoman identity in Iraq", Journal of Muslim Minority Affairs, Routledge, 24 (2), 2004: 313
  5. 1 2 3 Osman, Khalil, Sectarianism in Iraq: The Making of State and Nation Since 1920, Routledge, 2015, səh. 243, ISBN 1317674871
  6. "Türkmenler". www.bilimarastirmavakfi.org. 1 Jul 2003. 4 Jun 2021 tarixində arxivləşdirilib.
  7. Anderson, Liam; Stansfield, Gareth (2009), Crisis in Kirkuk: The Ethnopolitics of Conflict and Compromise, p. 56, University of Pennsylvania Press, ISBN 0812206045
  8. Petrosian, Vahram, "The Iraqi Turkomans and Turkey", Iran & the Caucasus, Brill Publishers, 7 (1/2), 2003: 305
  9. 1 2 Bassem, Wassim. "Iraq's Turkmens call for independent province". Al-Monitor. 2016. 2016-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
  10. Iraqi Turkmen to propose "special status" for Kirkuk Arxivləşdirilib 2021-11-27 at the Wayback Machine, Anadolou Agency
  11. Iraq meeting tackles Turkmens' future in post-Daesh era Arxivləşdirilib 2021-11-27 at the Wayback Machine, Anadolou Agency

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]