Türkmən qaraqulağı (lat. Caracal caracal michaelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinin adi qaraqulaq növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır.
Türkmən qaraqulağı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Türkmən qaraqulağı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Başqa altnövlərindən fərqli olaraq ölçüləri iridir. Bədəninin uzunluğu( 5 nüsxəsinin Türkmənistanda keçirilən ölçülməsinə görə) erkəklərdə 730-820, orta 782; dişilərdə 690-810, orta 766. Peysərdə hündürlüyü 450–500 mm. Açıq-qum rəngdədir.
İranın və Əfqanıstanın şimal ərazilərində, Orta Asiyanın cənub-qərbində yayılıblar. Qərb sərhədi Xəzər dənizinin şərq sahili boyunca Buzaçi yarımadasına qədərdi. Buradan sərhədi Üstyurtdan Aral dənizinə qədər və şərq sərhədi Aral dənizinin qərb sahili boyu və Amudərya çayı boyu gedir. Daha çox nodülər, sabit səhralarda qalırlar. Tez-tez qara saksaulluqda qarşılaşmaq olar. Eləcə də gilli təpəli səhrada, boş səhralı dağətəklərində. Hərdən tuqalaylara girirlər. Sığınacaqlar kimi cibrusların yuvalarını istifadə edə bilərlər.
Dovşan-tola ilə, müxtəlif gəmiricilərlə(nazikbarmaq sümbülqıran, ərəbdovşanları, gerbil), eləcə də quşlarla qidalanırlar. Sürünənləri, həşəratları yeyirlər, bəzən ceyranlara hucum edirlər. Yay vaxtı, yəqin, su qaynaqlarına ehtiyacları olur.