Tırnovo konstitusiyası

Tırnovo konstitusiyası (bolq. Търновска конституция) — Bolqarıstanın ilk konstitusiyası (Bolqarıstan knyazlığı). Konstitusiyanın hazırlanmasında Qərbi Avropada hüquq təhsili almış bolqar mühacirləri iştirak edirdilər. Veliko Tırnovoda qurulan Böyük Xalq Məclisi tərəfindən qəbul edilib. Konstitusiya o dövrdə knyazlıq hakimiyyətinə əhəmiyyətli məhdudiyyətləri ehtiva edirdi. Ona görə hökumət parlament qarşısında cavabdeh idi, deputatlar toxunulmaz idi və knyazın seçilməsinə icazə verirdi. Knyazın fəaliyyət qabiliyyətini itirdiyi təqdirdə və taxta bir neçə namizəd olacağı zaman o, üç nəfərdən ibarət kollektiv regentlik nəzərdə tuturdu.

Tırnovo konstitusiyası
Növ konstitusiya
Ölkə
Qüvvədən düşüb 4 dekabr 1947
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bolqarıstan kralı III Borisin dövründə 1934-cü ilin mayında hərbi çevriliş baş verdi, bundan sonra konstitusiya faktiki olaraq dayandırıldı. Lakin o, 1947-ci ilin dekabrına, Bolqarıstan Xalq Respublikası yaranana qədər qüvvədə qalıb.

Qəbul edilməsi

[redaktə | mənbəni redaktə et]

1879-cu il konstitusiyasına görə Bolqarıstan, üzvləri xalq tərəfindən seçilən parlamenti olan konstitusiyalı, irsi monarxiya elan edildi.[1] 1878-ci ildə Berlin müqaviləsi Bolqarıstanın müstəqilliyini müəyyən dərəcədə məhdudlaşdıraraq onu faktiki olaraq Osmanlı imperiyasının vassal dövlətinə çevirdiyi üçün Birinci və İkinci Bolqarıstan imperiyası dövründə olduğu kimi monarx çar deyil, knyaz titulunu daşıyırdı. Knyazın kişi və pravoslav dininə mənsub olması lazım idi.[2] Baxmayaraq ki, konstitusiya aktında lüteran Aleksandr Battenberq ilk knyaz seçilərkən dini məhdudiyyət nəzərə alınmadı.

Konstitusiyaya görə knyazın qanunvericilik təşəbbüsü ilə çıxış etməsi, baş nazirin və kabinetin fəaliyyətini əlaqələndirmək səlahiyyəti var idi. Nazirlər knyazı təmsil etmək hüququna malik olsalar da, sərbəst qərar vermək səlahiyyətinə malik idilər. Qanun layihəsinin parlamentdən keçdikdən sonra qanuna çevrilməsi üçün knyazın imzası da tələb olunurdu.[3]

1908-ci ildə knyaz I Ferdinand Sakse-Koburq-Qota Bolqarıstanın müstəqilliyini elan edərkən ölkə krallıq oldu. O, "çar" (Bolqarıstandan kənarda kral kimi təqdim olunurdu) titulunu qəbul etdi. Tırnovo Konstitusiyasında ölkənin rəsmi adının "Bolqarıstan krallığı" olaraq dəyişdirilməsi və sənədin hər yerində "knyaz" sözünün "çar" sözü ilə əvəz edilməsi üçün düzəliş edildi.[4]

Vətəndaşlara və cəmiyyətə aid ümumi qaydalar

[redaktə | mənbəni redaktə et]
Tırnovo konstitusiyasının bolqar və rus dillərində ilk səhifəsi

Konstitusiyada hakimiyyət slahiyyətlərin bölünməsi və Bolqarıstan Provoslav Kilsəsinin rəsmi statusu nəzərdə tutulmuşdu.

Bolqarıstan öz konstitusiyasına uyğun olaraq bütün vətəndaşlarının bərabərliyini elan etdi və monarxiya olmasına baxmayaraq, hər hansı aristokrat titullarının irəli çəkilməsini qadağan etdi.[5] Senzura qadağan edilmişdi, lakin onu ehtiva edən maddə bir neçə dəfə tətbiq olunmuşdu. Köləlik və insan alveri ilə bağlı 61-ci maddə Tırnovo konstitusiyasının öz dövrü üçün liberal və təkmil hesab edilməsinin səbəblərindən biri idi:

" Bolqarıstan knyazlığında heç kəsə insan almağa və ya satmağa icazə verilmir. Cinsindən, inancından, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir kölə insan torpağımıza ayaq basdığı ​​anda azad elan edilir. "

Konstitusiya mülkiyyət hüquqlarını müqəddəs elan etdi. Monarx və onun varisi istisna olmaqla, bütün vətəndaşların dövlətə vergi ödəməli olduğunu nəzərdə tuturdu.[6] Bütün (kişi) vətəndaşlar orduda xidmət etməyə borclu idilər. Bu tələbə monarx (hərbi qüvvələrin başçısı olan) və onun varisləri də daxil edilmişdi. Bütün vətəndaşlara birləşmək azadlığına icazə verildi və siyasi partiyalar yaratmaq və ya öz təşkilatını qurmaqda sərbəst idilər.

Tırnovo Konstitusiyası işinə məhkəmə tərəfindən baxılmamış vətəndaşın cəzalandırılmasını qadağan edirdi. Bu qaydaya 1945-ci ildə Sovet İttifaqının ölkəni işğalı zamanı “Xalq Tribunalı” tərəfindən məhəl qoyulmadı. Tribunal o vaxt hakimiyyətə gələn Bolqarıstan Kommunist Partiyası tərəfindən təhlükə kimi qəbul edilən insanlara 10.000-dən çox hökm çıxarsa da, məhkəmənin hökmünə malik deyildi.[7]

Müvəqqəti dayandırmalar

[redaktə | mənbəni redaktə et]
Tırnovoda Tırnovo konstitusiyasının qəbul edildiyi Osmanlı valisinin iqamətgahı

Senzuranı qadağan edən məqalə 1880-ci illərdə rus generalı Leonid Sobolev tərəfindən tətbiq edilən qanunla dayandırıldı. Bu qanun medianı yeddi seçilmiş qəzet və jurnalla məhdudlaşdırdı və hökuməti tənqid edən şərhlər qadağan olundu. Oxşar qaydalar Stefan Stambolovun hökumətinin son dövründə də qüvvədə idi.[5]

1881-ci ildə Böyük Millət Məclisi (parlamentin ali forması) bütün konstitusiyanın fəaliyyətini dayandırmaq üçün knyaz I Aleksandr tərəfindən manipulyasiya edildi. Növbəti yeddi il ərzində monarx qeyri-məhdud səlahiyyətə malik idi. O, yalnız texniki cəhətdən nazirlər tərəfindən təsdiqlənən bir sıra fərmanlar verdi. Bolqar tarixçilərinin rejim adlandırdıqları bu dövr 1888-ci ildə konstitusiyanın bərpası ilə başa çatdı.[5]

1893-cü və 1911-ci illərdə knyaz (1908-ci ildən çar) I Ferdinandın dövründə konstitusiyaya monarxın hakimiyyətini gücləndirən və demokratiyanı məhdudlaşdıran düzəlişlər edildi. Tırnovo Konstitusiyası bir neçə dəfə müvəqqəti olaraq dayandırıldı. III Borisin dövründə 1934-cü ilin mayında hərbi çevriliş baş verdi, bundan sonra konstitusiya faktiki olaraq dayandırıldı. Bolqarıstan Kommunist Partiyası tərəfindən təşkil edilən 1944-cü il dövlət çevrilişi zamanı da konstitusiya qadağan olundu.

Ləğv edilməsi

[redaktə | mənbəni redaktə et]

1946-cı il sentyabrın 8-də Bolqarıstanda referendum keçirildi. Referendumda seçicilərin 91,63%-i (4509354 nəfərdən 4132007-si) iştirak etdi. Onlardan 92,72%-i respublikanın lehinə səs verdilər. Beləliklə 1946-cı il referendumu konstitusion monarxiyadan xalq respublikasına keçidə səbəb oldu. Referendum ölkənin SSRİ tərəfindən işğalı zamanı baş vermişdi. O, həm də texniki cəhətdən qanunsuz idi. Çünki Tırnovo konstitusiyası idarəetmə formasınının dəyişdirilməsini nəzərdə tutmamışdı.[1]

Tırnovo Konstitusiyası 1947-ci ilin dekabrında kommunist partiyasının lideri Georgi Dimitrovun adını daşıyan başqa bir konstitusiyanın qüvvəyə minməsi ilə həmişəlik ləğv edildi. Dimitrov Konstitusiyası senzuraya və təkpartiyalı sistemin qurulmasına imkan verən və vətəndaşları xüsusi mülkiyyət hüququ da daxil olmaqla müəyyən fundamental hüquqlardan məhrum edən hərtərəfli kommunist sənədi idi.[7]

  1. 1 2 Конституция на Княжество България от 1879 г. (Tarnovo Constitution), Article 4
  2. Конституция на Княжество България от 1879 г. (Tarnovo Constitution), Article 38
  3. Конституция на Княжество България от 1879 г. (Tarnovo Constitution), Article 18
  4. Конституция на Княжество България от 1879 г. (Tarnovo Constitution), Article 18
  5. 1 2 3 "Български хроники III", Стефан Цанев, 2008 ("Bulgarian Chronicles III" by Stefan Tsanev). ISBN 978-954-528-861-6
  6. Конституция на Княжество България от 1879 г. (Tarnovo Constitution), Article 71
  7. 1 2 "Български хроники IV", Стефан Цанев, 2009 ("Bulgarian Chronicles IV" by Stefan Tsanev)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • The text of the Constitution in Bulgarian at the site of the Bulgarian Parliament.
  • Translation of the Constitution into English can be found in Wright, Herbert F., redaktorBulgaria // The Constitutions of the States at War 1914-1918 (First), Washington: Government Printing Office, 1919, 87–104, İstifadə tarixi: 2012-12-24
  • Black, Cyril E. The Bulgarian Constitution of 1879 // The Establishment of Constitutional Government in Bulgaria. Princeton, NJ: Princeton University Press. 1943. 291-309. İstifadə tarixi: December 28, 2019 – Internet Archive vasitəsilə.