Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır.
“Empatiya” sözü yunan dilindəki ἐμπάθεια (empateya), “fiziki bağlılıq, meyl” sözündəndir. Bu da ἐν (en), “içində” + πάθος (patos), “hissiyat” sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır.
Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə “hiss, emosiya” mənalarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb. Tam mənası ilə empatiya şəxsin özünü başqa birinin yerinə qoyaraq onun hiss, həyəcanını, istəklərini, davranışlarını anlamaq qabiliyyətidir.
İnsan özünü başqa birinin yerinə qoyaraq bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hisləri keçirdiyini, mənəvi əziyyətləri, sevincini, kədərini və hətta həmin anda nələr düşündüyünü başa düşə bilir. Alman fenomenoloq Edit Styenə görə empatiya qurulmasını asanlaşdırmaq, maneə olmaq və ya qarşısı almaq mümkündür, amma heç vaxt olmayan empatiya formalaşdırıla bilməz. Editə görə empatiyanı qeyri-adi edən şey onun birdən ortaya çıxması, vəziyyətə uyğun özümüzü qarşı tərəfin yerində hiss etməyimiz və idarə oluna bilməməsidir. Empatiyanın əsas müsbət xüsusiyyəti bizi qarşı tərəfin hərəkətlərini qınamadan əvvəl onun niyə belə hərəkət etməsini analiz etməyimizə yardımçı olmasıdır. Empatiya qabiliyyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünün fərqində olan, müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır.
Empatiya əsasən iki yerə ayrılır.
1) Hissi (emosional) empatiya
Eyni zamanda duyğu empatiyası da deyilir. Bu empatiya növü əsasən insanları yaxşı başa düşməyə, hər hansı mövzuda onların hansı hiss-həyəcanı keçirdiklərini anlama qabiliyyətidir. Məsələn narahatlıq empatiyası. Belə empatiya növü hətta kiçik yaşlı uşaqlarda da özünü göstərir. Qarşısındakı insan ağladıqda uşaq həmin şəxslə birgə ağlaya, onu qucaqlaya və ya buna bənzər hərəkətlər nümayiş etdirə bilər.
2) İdrak empatiyası
Bu empatiya forması əsasən başqalarının hərəkətlərini nöqteyi nəzərdən və mənəvi baxımdan anlama formasıdır. İdrak, təfəkkür empatiya formasının özünün müxtəlif formaları mövcuddur. Məsələn, bu empatiya növünə sahib insanlar başqalarını psixoloji tərəfdən anlaya bilir, bir digər qrup insan isə yaratdığı xarakterlərlə təsəvvür yaratmağa meyllidir.
Bir çox hallarda bu iki söz qarışıq salınır. Simpatiya dedikdə, bir insanın sahib olduğu hiss və düşüncələrə rəğbət bəsləməkdir. Empatiya isə qarşımızdakı şəxsin fikir və düşüncələrini anlamağa əsaslanır. Simpatiya hiss etdiyimiz şəxslərin duyğularını, fikirlərini paylaşdığımız halda, empatiya yaratdığımız insanların isə düşüncə və davranışlarını anlaya bilirik. Empatiyanın əks anlamı antipatiya adlanır. Fransızcadan isə “qarşı duyğu, nifrət, sevməmək” kimi ifadə olunur.
Empatiya çox mühüm anlayışdır. Empatiyası olmayan şəxs normal insan düşüncəsinə sahib ola bilməz. Məsələn, İkinci Dünya müharibəsi dövründə alman əsgərlərinə “mən necə bir cinayət işləyirəm, mən nə edirəm” demək qadağa halını alıb və onun əvəzinə belə olmalıymış kimi fikir formalaşdırılıb. Beləliklə, belə təlim-tərbiyə görmüş insanlarda acıma hissi zamanla ortadan qalxmış və əziyyət çəkən tərəfə rəhm hissi tamamilə yoxa çıxmışdır. Bu cür psixologiya ilə həyat keçirən insanlarda empatiyadan söhbət gedə bilməz.
Empatiya anlayışının yox olduğu cəmiyyət isə sonda çoxlu sayda cinayətlərlə müşahidə oluna bilər.
Həqiqətləri nə qədər gizlətməyə çalışsanız da, empatlar həqiqi hədəfləri, düşüncələri və niyyətləri tanıyır. Onları başqalarından fərqləndirən şey budur.
Empatlar bu planetin ən istedadlı insanlarından biridir. Həm də başqalarının duyğularını hiss edə bildikləri üçün deyil. Bu insanlar yaxınlarına müsbət təsir göstərir - və bu təsir bəzən onların həyatını tamamilə dəyişdirmək gücünə malikdir, və ya əksinə, hər şeyi yerinə qoyur.
Tanışlarınız arasında empatiya duyğusu olan varsa, yəqin ki, yalan danışmağın faydasız olduğunu bilirsiniz. Elə görünür ki, ətrafdakıları tamamilə fərqli bir şəkildə qəbul edirlər və bunun sayəsində adi insanların nədə bacarıqsız olduqlarını görə və hiss edə bilirlər.
Bəzən empatlar yalana inandığını göstərə bilər, amma bu, o demək deyil ki, baş verənləri görmürlər. Bəli, onlar ümumiyyətlə, çox mehribandırlar və mehribanlıqlarını rəhbər tutaraq sizinlə birlikdə oynaya bilirlər. Ancaq bu, maskanızın arxasında gizlənənləri görə bilmədikləri ilə bağlı deyil.
Empatlar həmişə insanların yalnız müsbət cəhətlərini görməyə və bu dünyanı daha yaxşı bir yerə çevirməyə çalışırlar. Odur ki, zaman-zaman ətrafındakılara bu və ya digər yalanın başqa insanlara zərər verməyəcəyindən əmindirsə, onların yalan danışmasına icazə verirlər. Ancaq buna yalnız müəyyən bir həddə icazə verirlər.
Xeyr, onlar əsla icazə vermir ki, həyati vacib olan məsələlərdə onlara yalan deyəsiniz. Niyyətiniz çirkindirsə, heç bir halda yalanınızı görməzdən gəlməyəcəklər. İnanın, empatlar pis sözlər və əməllərinizə özünüzdən daha çox haqq qazandırmağa meyllidir. Ətrafınıza buraxdığınız dumanın arxasında nələr baş verdiyini görürlər...
Empatlar həqiqətin tezliyinə “uyğunlaşdırılmış” olduğundan, ətraflarında baş verən hər şeyi daha dərin səviyyədə - digər insanların sözlərini, düşüncələrini və əməllərini də başa düşür. Bəli, bəli, sizi də. Ancaq sizə qarşı nə qədər mehriban olsalar da, imkan daxilində heç vaxt başqalarının zərər görməsinə imkan vermir.
Bütün empatlar təbiətən şəfaverici olduğundan, ruhunuzu yaxşılaşdırmağa çalışa, daha yaxşı, xeyirxah və daha nəcib olmağın gətirdiyi üstünlükləri göstərə bilər. Bununla birlikdə, onlar müalicəvi sehrinin bütün hallarda işə yaramadığını və bəzən onlar üçün qalan yeganə yolun uzaqlaşmaq olduğunu da bilirlər. Ancaq bunu yalnız son vasitə olaraq edirlər. Onlara dəfələrlə yalan danışsanız da, dəyişə biləcəyinizi hiss etsələr, yenə də kömək əlini uzatmağa hazır olacaqlar və bu heyranlıq doğurmaya bilməz. Empatlar qərəzsiz və fədakardır. Təəssüf ki, bir çox insan bundan faydalanmağa çalışır.
Ancaq yalanınız digər insanları incitmişsə, empatlar heç bir tərəddüd və şübhə etmədən rolunuzu aşkar edə bilər. Empatlar yalnız bir halda susa bilər, əgər ona həqiqətən dəyişdiyinizi və yalanlarınızın nəticələrini ödəməyə hazır olduğunuzu sübut edə bilsəniz. Onlar yalanlarınızı üzünüzə vurmayıbsa, bu o demək deyil ki, olanlardan bixəbərdilər. İnanın, onların yaddaşı əladır. Onlara ümumiyyətlə yalan danışmamaq daha yaxşıdır.[1]