Təranə Arif qızı Quliyeva (25 iyun 1974, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini
Təranə Quliyeva | |
---|---|
8 iyul 2000 – 15 sentyabr 2015 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyun 1974 (50 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Arif Quliyev |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Təranə Quliyeva 25 iyun 1974-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, Naxçıvanın tanınmış ziyalılarından, görkəmli musiqiçi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır.
Təranə Quliyeva 1984-cü ildə Naxçıvan şəhər 3 nömrəli rus dili təmayüllü orta məktəbi bitirib. O, 1982–1988-ci illərdə Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində təhsil alıb.
1989-cu ildə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumuna (İndiki Musiqi Kolleci) qəbul olunub, 1993-cü ildə həmin texnikumu "Fortepiano" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1993–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Həmin akademiyada "Musiqişünaslıq" ixtisası üzrə təhsil alıb.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasını fərqlənmə diplomu ilə bitirib.
Təranə Quliyeva əmək fəaliyyətinə 1991-ci ildə müəllim kimi başlayıb. Əvvəlcə Naxçıvan şəhər uşaq incəsənət və musiqi məktəbində, 1993-cü ildən isə Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərib.
2000-ci il may ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət, sosial-mədəni və ictimai təşkilatlarla iş şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunub.
Həmin ilin iyul ayının 8-də Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin olunan Təranə Quliyeva 15 il bu vəzifədə çalışıb. 2015-ci il sentyabrın 15-də Baş nazirin müavini vəzifəsi ixtisara düşdüyündən tutduğu vəzifədən azad edilib.
2000–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri olub.
Təranə Quliyeva Baş nazirinin müavini kimi muxtar respublikada 10-dan çox dövlət orqanını kurasiya edib. O, xüsusilə Naxçıvanda təhsilin, səhiyyənin, idmanın, mədəniyyətin, incəsənətin inkişafında mühüm xidmətlər göstərib.
Onun Baş nazirin müavini olduğu dövrdə Naxçıvan Dövlət Flarmoniyasının fəaliyyəti genişləndirilib, muxtar respublikada uşaq filarmoniyası, uşaq teatrı, xalq teatrları, kamera və estrada orkestrləri, xor kapellası, yeni rəqs və muğam qrupları yaradılıb, vokal sənəti inkişaf etdirilib, ilk dəfə qadın vokalçı səhnəyə çıxarılıb. Bundan başqa, "Koroğlu" operası Naxçıvan teatrında ilk dəfə səhnəyə qoyulub, teatrın uzun illərdən sonra qastrol səfərləri bərpa edilib.
Təranə Quliyeva Naxçıvanda qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında da iştirak edib, bu sahələrdə muxtar respublikada əhəmiyyətli nailiyyətlərin əldə olunmasında mühüm rol oynayıb.
O, 2005 və 2010-cu illərdə BMT Baş Assambleyasının qadın və uşaq hüquqları ilə bağlı keçirilən sessiyalarında iştirak və çıxış edib.
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı (25 iyun 2011-ci il)