Taba və Nuveybəyə dron hücumları

Taba və Nuveybəyə dron hücumları — 27 oktyabr 2023-cü ildə "husilər"in İsrailə qarşı PUA-larla həyata keçirdiyi, lakin Misiri hədəf almış hücumlar.

Taba və Nuveybəyə dron hücumları
Ümumi məlumatlar
Yeri
Tarix oktyabr 2023
Silah(lar) Mobil sursat

2023-cü ildə Qəzzədə müharibənin başlamasından sonra Yəməndə "husilər" də daxil olmaqla, Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qruplar fələstinliləri dəstəklədiyini bildirmiş və İsraili hücumla hədələmişdir. "Husilər"in nəzarətində olan Yəmənin Səna şəhərində nümayişçilər FələstinYəmən bayraqlarını dalğalandırmışdılar. "Husi" hərəkatının şüarı "Allah uludur, Amerikaya ölüm, İsrailə ölüm, yəhudilərə lənət, islama qələbə" olmuşdur. "Husilər"in lideri Əbdülmalik əl-Husi ABŞ-yə müdaxilə etməmək barədə xəbərdarlıq etmiş, pilotsuz təyyarələr və raketlərlə qisas almaqla hədələmişdir.[1]

27 oktyabr 2023-cü ildə Qırmızı dənizin cənubundan şimala doğru iki pilotsuz təyyarə uçuşa keçmişdir. İsrail Silahlı Qüvvələri rəsmilərinin sözlərinə görə, onların hədəfi İsrail olmuşdur, lakin onlar Misirdən sərhədi keçə bilməmişdilər. İki pilotsuz təyyarədən biri Misirin Taba şəhərində xəstəxanaya bitişik binaya dəymiş, altı nəfər yaralanmışdır. Dronlardan digəri Misirin Nuveybə şəhəri yaxınlığındakı səhra regionunda elektrik stansiyasının yaxınlığında vurulmuşdur.[2][3][4] "Husi" rəsmisi daha sonra "Twitter"də pilotsuz təyyarənin Tabada qəzaya uğramasından sonra İsrailin yaxınlıqdakı "Eylat" şəhərini xatırladan bir söz yazmışdır.[5]

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi insidentdən sonra istehsalat sərgisindəki çıxışında 2023-cü il HƏMAS–İsrail müharibəsinin bütün tərəflərini Misirin suverenliyinə hörmət etməyə çağırmış, Misir Ordusunun bundan sonra hər hansı bir hücum vəziyyətində ölkəni qoruya biləcəyini vurğulamışdır.[6]

  1. Copp, Tara. "US military shoots down missiles and drones as it faces growing threats in volatile Middle East". Associated Press. 19 October 2023. 24 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2023.
  2. Hassan, Ahmed Mohamed; Williams, Dan. "Drone blasts hit two Egyptian Red Sea towns, Israel points to Houthi". Reuters (ingilis). 27 October 2023. 27 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2023.
  3. "Blasts hit two Egyptian Red Sea towns near Israel border, six injured". Al Jazeera English (ingilis). 7 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2023.
  4. Fabian, Emanuel. "Missile that hit Egypt likely came from Yemen, IDF indicates; 2nd Sinai impact reported". The Times of Israel. 31 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2023.
  5. "Yemen's Houthi rebels appear to threaten Israel: 'Eilat'". The Times of Israel. 28 October 2023. 30 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
  6. Moloney, Charlie; Fulton, Adam. "Israel-Hamas war live: Israel says 150 'underground targets' hit in Gaza during heaviest bombing of the war so far". the Guardian. 28 October 2023. 18 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2023.