Eylat (ivr. אילת) — İsrailin ucqar cənub hissəsində yerləşən şəhər. Aqaba körfəzinin və Qırmızı dənizin şimal sahillərində yerləşən məşhur liman və turizm şəhəridir. Eylat şəhərinin çimərlikləri, mərcan rifləri və səhra landşaftı onu yerli və beynəlxalq turizm üçün daha da cəlbedici hala gətirir.
Şəhər | |
Eylat | |
---|---|
ivr. אילת | |
29°33′ şm. e. 34°57′ ş. u.HGYO | |
Ölkə | İsrail |
Dairə | [[Cənub dairəsi]] |
Mer | Meir İshaq Halevi |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | E.ə. 7000 il |
Yaşayış məntəqəsi statuslu | 1959 |
Sahəsi | 84.789 km² |
Mərkəzin hündürlüyü | 16 m |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 50 072 nəfər (2016) |
Milli tərkibi | yəhudilər: 83% |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +972 8 |
Digər | |
eilat.muni.il (ivr.) | |
Vikianbarda əlaqəli mediafayllar |
İsrail hökuməti 1955-ci ildən etibarən şəhərin əhalisinin sayını artırmaq və infrastrukturu inkişaf etdirmək məqsədilə Mərakeşdən ölkəyə gəlmiş yəhudi ailələrini burada yerləşdirmişdir. Hal-hazırda şəhər əhalisi 50,072 nəfər təşkil edir. Neqev səhrasında yerləşən Eylat şəhəri Aravanın cənub hissəsini əhatə edir. Şəhər cənubdan Misirin Taba şəhəri, şərqdən İordaniyanın liman şəhəri olan Aqaba, cənub-şərqdən isə körfəz vasitəsilə Səudiyyə Ərəbistanı ilə əhatə olunmuşdur.
Eylat şəhərində quru səhra və zəif rütubətli iqlim şəraiti hökm sürür. Temperatur yayda tez-tez 40 °C-ni keçsə də, qışda təqribən 21 °C olur. Su temperaturu isə 20–26 °C arasında dəyişir. Ortalama olaraq ilin 360 günü günəşli hava olur.[1]
Ərazi geoloji və landşaft baxımdan müxtəlifdir. Maqmatik və metamorfik süxurlar, qumdaşı, əhəngdaşı kimi təbii ehtiyatlara sahibdir. Dağlar dəniz səviyyəsindən 892 metr yüksəklikdə yerləşir. Şəhər ərazisində Arava kimi geniş vadilər də vardır. Yayda temperatur 40 °C-dən çox olduğu üçün və orta illik yağıntı miqdarı təqribən 28 mm olduğu üçün su ehtiyatları məhduddur. Bölgənin tarix boyu əsas elementləri mis ehtiyatları və digər faydalı qazıntılar, həmçinin ərazidən keçən qədim beynəlxalq yollar, şəhərin geosiyasi və strateji mövqeyidir.
Eylatın əhalisinin bir hissəsini xarici işçilər təşkil edir. Onlar əsasən burada yerləşən hotellərdə işləyir və ya ticarətlə məşğul olurlar. Şəhərin ərəb əhalisinin sayı da ildən ilə artmaqdadır. Yay aylarında bura gələn ərəblərin əksər hissəsini İordaniyalı və Misirli turistlər təşkil edir.
2007-ci ildə Sudandan Misirə gəlmiş 200 nəfərdən çox məcburi köçkün işləmək məqsədilə qeyri-qanuni olaraq İsrailə keçmiş və Eylat şəhərində məskunlaşmışdır.[2][3]
Eylat şəhərində 67 uşaq bağçası, 10 ibtidai məktəb və 4 orta və ali məktəb yerləşir.[4] Ben-Qurion Universitetinin kampusu bu şəhərdədir. 2010-cu ildə Toronto Yəhudi Federasiyası (Raşi Federasiyası) tərəfindən şəhər ərazisində yeni tələbə yataqxanası inşa olunmuşdur.[5] İsrailin ətraf mühiti qoruma sosial təşkilatı Eylat şəhərində səhra ekologiyası, Qırmızı dəniz və başqa məsələlərlə əlaqədar olaraq xüsusi səyahətlər təşkil edir.[6]